Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-3/2023 13.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, ərizəçi X4 nümayəndəsi X2 iştirakı ilə, Şamaxı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “borclunun axtarılması haqqında” qərarının ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə X4 nümayəndəsi X5 tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 saylı, 13 fevral 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilmiş, tərəflər arasında bağlanmış 17 avqust 2012-ci il tarixli nikah pozulmuş, ilk iddia qalan hissədə rədd olunmuş, tərəflərin birgə nikahından 27 iyun 2013-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın atası X8 oglunun himayəsində saxlanılması və iş üzrə 230 manat pul vesaitinin Tələbkar1 dövlət nəfinə tutulması qət olunmuşdur (hakim İ.Kərimli). Qətnamədən ilk iddia üzrə iddiaçı Tələbkar1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birgə nikahdan doğulmuş uşağın onun himayəsində saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1845/2017 nömrəli, 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 nömrəli, 13 fevral 2017-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunmaması, habelə qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilməsi, bu hissələrdə yeni qətnamə qebul edilməsi, ilk iddianın qismən təmin olunaraq, tərəflərin birgə nikahlarından 27 iyun 2013-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın atası X4 himayəsindən alınaraq anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 hər ay 136.6 manat sabit pul məbləğində alimentin tutularaq Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin «tərəflər arasında baglanmış 17 avqust 2012-ci il tarixli nikahın pozulması» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X6 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7005/2017 nömrəli, 11 oktyabr 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1845/2017 nömrəli, 06 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1845/2017 nömrəli, 06 iyun 2017-ci il tarixli qətnaməsi əsasında 20 noyabr 2017-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Şamaxı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə X4 barəsində axtarış elan olunması və onun tapıldıqdan sonra Şamaxı Rayon İcra və Probasiya şöbəsinə təqdim olunması qərara alınmışdır. X1 nümayəndəsi X5 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Şamaxı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “borclunun axtarılması haqqında” qərarının ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə oğlu X6 ilə Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızı arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş Ayxan adlı uşağın atası Sahib Aşurovun himayəsində saxlanılması qət edilmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1845/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi qismən ləğv edilmiş və tərəflərin birgə nikahından olan övladları Ayxan atası Sahib Aşurovun himayəsindən alınaraq, anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilmiş və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sahib Aşurovdan hər ay 136.6 manat məbləğində alimentin Tələbkar1 xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsinin icrası Şamaxı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Şamaxı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə oğlu X6 barəsində axtarış elan edilmişdir. Qeyd olunan axtarış qərarına zərurət olmaması barədə cavabdeh orqana onun tərəfindən xx.xx.2022-ci il tarixində müraciət edilməsinə və buna dair mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq, cavabdeh onun müraciətini nəzərə almamış və hərəkətsizlik nümayiş etdirmişdir. Baxmayaraq ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1845/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları Ayxanın atası Sahib Aşurovun himayəsindən alınaraq, anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməsi qət edilsə də, azyaşlı Ayxan hər zaman atasının yanında olmuşdur. Qeyd olunan fakt cavabdeh orqana müraciət edilən zaman və hazırki iddia ərizəsinə əlavə edilmiş ekspert və komissiya rəylərində öz əksini tapmışdır. Bununla yanaşı, yetkinlik yaşına çatmamış Ayxan faktiki olaraq atası Sahib Aşurovun himayəsində olduğundan, alimentlə bağlı mövcud olan məhkəmə aktının icrasının hansı vaxtdan aparılmalı olduğuna dair izahın verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1845/2017 saylı qərardadı ilə qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1845/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixində doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 hər ay 136.6 manat sabit pul məbləğində alimentin tutularaq Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməsi həmin uşağın atası X3 alınaraq anası Tələbkar1 himayəsinə verildiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə o fakt öz təsdiqini tapmışdır ki, tərəflərin birgə nikahından olan övladları Ayxan kiçik yaşlarından bu günə kimi atası Sahib Aşurovun yanında qalmış və Ayxanın qavrayışında Tələbkar2 “ana” obrazı kimi formalaşmamışdır. Bununla yanaşı, Ayxanın atası Sahib Aşurovun yanında qaldığı və ona bağlılığı Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2022ci il tarixli rəyində də öz əksini tapmışdır. Qeyd olunanları əsas gotürərək xx.xx.2022-ci il tarixində onun tərəfindən cavabdeh orqana müraciət edilmiş və formal olaraq hesablanmış ailment borcunun silinməsinin təmin edilməsi və axtarış qərarının ləğv edilməsi barədə zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin, cavabdeh onun müraciətinə 35 gündən çox müddət keçməsinə baxmayaraq, heç bir münasibət bildirmədiyindən Sumqayıt İnzibati Məhkəməsinə Şamaxı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “borclunun axtarılması haqqında” qərarın ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi öhdəliyinin cavabdeh Şamaxı Rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin Məhkəmənin 2- 1(118)-3535/2022 saylı, xx.xx.2022-ci il tarixli qerardadı ilə sozügedən iddia tələbi mümkün hesab edilməyərək qeyd edilmişdir ki, “...hazırki iddia ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edilə bilər.” Məhkəmə kollegiyası iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X4 nümayəndəsi X5 qeyd olunan ərizə ilə icra hərəkətlərini aparan icra məmurunun olduğu yer üzrə birinci instansiya məhkəməsinə müraciət etməli, müraciət edəcək ərizədə maraqlarına toxunacaq şəxs kimi həmçinin Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızını da göstərməlidir, lakin buna baxmayaraq birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən X4 nümayəndəsi X5 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231.3, 263-264, 365, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şamaxı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “borclunun axtarılması haqqında” qərarının ləğv edilməsi və əsassız olaraq hesablanmış aliment borcunun silinməsi barədə X4 nümayəndəsi X5 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-3/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-3/2023
13.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver