Məhkəmə qərarları › İş №8(105)-3/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-3/2025

13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-3/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X23 (sədrlik edən və məruzəçi), X10 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Maraqlı şəxs1 icra məmuru X19, X1 iştirakı ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, icra məmuru tərəfindən qəbul edilmiş icraata xitam verilməsi barədə qərarın ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və məcburi icra hərəkətlərinin aparılması vəzifəsinin icra məmurunun üzərinə qoyulmasına dair şikayət ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)- 260/2024 nömrəli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən yanında qalmalı olan qızı xx.xx.2013-cü il təvəllüdlü X8 onun yanında qalması üçün borclu Maraqlı şəxs2 tərəfindən ona qaytarılması üzrə icra hərəkətlərinin edilməsindən imtina olunmasına dair Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması və sözügedən icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X8 ona qaytarılması üçün icra hərəkətlərinin edilməsi vəzifəsinin Maraqlı şəxs1 üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsinə əlavə təqdim edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən yanında qalmalı olan qızı xx.xx.2013-cü il təvəllüdlü X8 onun yanında qalması üçün borclu Maraqlı şəxs2 alınması üzrə icra hərəkətlərinin edilməsindən imtina olunmasına dair Maraqlı şəxs1 rəisinin və icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi, X8 onun yanına qaytarılması üçün icra hərəkətlərinin davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunaraq, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və borcludan tutulması vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla Maraqlı şəxs2 arasında Cəbrayıl rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2012-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X11 onun yanında qalmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir və icra işi hazırda Maraqlı şəxs1ndə icra məmuru Vadim Əliyevin icraatındadır. xx.xx.2024-cü il tarixdən qızı Menese borclunun yanındadır. Borclu qızını ona geri qaytarmaqdan imtina edir. Bu barədə icra məmuru Vadim Əliyevə dəfələrlə şifahi məlumat verərək, qızının qaytarılmasını təmin etməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək, qızı Menesenin artıq 5 gündür atası tərəfindən aparıldığı barədə məlumat vermişdir. Daha sonra xx.xx.2024-cü il tarixli ərizə ilə yenidən müraciət edərək, artıq bir aydan çoxdur ki, borclu Maraqlı şəxs2 xx.xx.2013-cü il təvəllüdlü X12 öz yanına apararaq ona geri qaytarmadığını, borclu və onun ailə üzvlərinin qızında onun əleyhinə fikir formalaşdırmaqla uşağa psixoloji təzyiq etdiklərini bildirərək, qızı Menesenin onun himayəsinə qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs1 rəisinin bu ərizəsinə cavab olan xx.xx.2024-ci il tarixli məktubunda qızının onun himayəsinə qaytarılması tələbi ilə bağlı şöbənin icraatında hər hansı icra sənədinin olmadığı göstərilmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı mülki işinin elektron icraat materiallarından məlum olur ki, həmin iş üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsində nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X11 anaları X4 yanında qalmaları qət edilmişdir. Bu icra sənədi xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1ndə qəbul olunmuş və icra məmuru Vadim Əliyevin icraatına verilmişdir. Hazırda həmin icra sənədinə əsasən borclu olan Maraqlı şəxs2 qızı Meneseni özündə saxlayaraq uşağın onun yanında qalmasına mane olur və icra vərəqəsini icra etmir. Lakin icra məmuru Vadim Əliyev də həmin icra sənədi üzrə hər hansı icra hərəkətləri etməkdən imtina edir. Hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş icra məmuru Vadim Əliyev həmin icra sənədi üzrə icraata xitam verdiyini bildirdi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. X29 sözügedən icraata xitam verilməsi barədə qərarını tələbkara göndərməmişdir. Digər tərəfdən icra məmuru Vadim Əliyev məhkəmə iclasındakı izahatında borclu Maraqlı şəxs2 izahatında X8 hazırda onun yanında olduğunu təsdiq etdiyini bildirdi. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi zərurətdir, lakin icra məmuru həmin icra sənədi üzrə icraata xitam verdiyini əsas gətirərək, hər hansı icra hərəkətini etməkdən imtina etmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə icra məmuru Vadim Əliyevin qərarı ləğv olunmalı və həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilərək, X15 onun yanına qaytarılmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş və hazırda icra məmuru Vadim Əliyevin icraatında olan icra işində digər mübahisəli məqam isə uşaqlar üçün tutulmalı olan alimentin borcunun hesablanması zamanı alimentin tutulmalı olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 6*450=2700 manat pulun tutulmasından icra məmurunun imtina etməsidir. İcra məmuru imtinasının əsası kimi xx.xx.2023-cü il tarixədək alimentin ödənilməsi barədə tələbkarın ərizəsini göstərir. Lakin o, həmin ərizəni borclunun təhdidi nəticəsində yazmışdır, əslində borclu xx.xx.2023-cü il tarixə kimi olan aliment borcunu ödəməmiş və sözügedən ərizəni etibarsız hesab edərək geri götürmüşdür. Bu barədə icra məmuruna xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müraciətlər olunmuşdur. Borclu da həmin dövrə aid aliment ödənişlərinə dair hər hansı sübut təqdim edə bilmir. Lakin icra məmuru xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 6*450=2700 manat məbləğində alimentin tutulmasından qanunsuz olaraq imtina edir. Bu barədə Maraqlı şəxs1 rəisinin xx.xx.2024-cü il tarixli məktubu ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Qeyd edilənlərə əsasən o, şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli, “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməsi və icra hərəkətləri davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkəti (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcu xx.xx.2023-cü il tarixdən hesablanması, şikayətin digər hissələrdə rədd edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylı tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8(105)-109/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1 rəisi Ayaz Nuqaylının şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli və onunla bağlı 30 iyul 2024-cü il tarixli qərardadları ləğv edilmiş və qərardadın təsviri-əsaslandırıdıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-260/2024 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və icra hərəkətləri davam etdirilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması, şikayətin digər hissələrdə rədd edilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Maraqlı şəxs1 rəisi X24 xx.xx.2024-cü il tarixində şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icra məmuru Vadim Əliyevin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarın ləğv edilməsi və icra hərəkətlərin davam etdirilməsi; Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulması barədə icra məmurunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Aşağıdakılara əsasən hesab edirlər ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməlidir. İlk öncə qeyd olunmalıdır ki, Abşeron Rayon Məhkəməsi tərəfindən ilkin icraat zamanı sözügedən məsələ üzrə tələbkarın ərizəsinə baxılarkən qəbul edilmiş 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-109/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilmiş və qərardadın təsviri-əsaslandırıcı hissədə göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Lakin əfsuslar olsun ki, Abşeron Rayon Məhkəməsində yenidən ərizəyə baxılarkən yalnız tələbkarın mövqeyi və izahatı nəzərə alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-109/2024 saylı qərardadında göstərilənlər nəzərə alınmamış və işin real vəziyyəti obyektiv şəkildə araşdırılmamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı iş üzrə verilmiş 2 müxtəlif tələbli icra sənədləri ayrı-ayrı vaxtlarda Maraqlı şəxs1 icraatına daxil olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Maraqlı şəxs2 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü Menese adlı, xx.xx.2014-cü il təvəllüdlü Murad adlı və xx.xx.2017-ci il təvəllüdlü Ədalət adlı uşaqların anaları X4 yanında qalmaları qət edilmişdir. Göründüyü kimi qeyd olunan icra sənədlərində iddia tələbi (predmet kimi) uşağın və ya uşaqların atadan alınaraq anaya verilməsi nəzərdə tutulmamışdır. Başqa sözlə məhkəmə iş üzrə qətnamə qəbul edərkən uşaqların ananın yanında olması faktını təsdiqləyib. Lakin Abşeron Rayon Məhkəməsinin 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə icra məmurunun qərarını əsassız şəkildə ləğv edilməsi və predmetdən kənar bir tələb üzrə icra hərəkətlərin davam etdirilməsi (yəni tələbkarın istəyinə uyğun atanın yanında qalan uşağın alınaraq anaya verilməsi üzrə icra hərəkətlərin davam edilməsi) nəticəsinə gəlmişdir. Bununla da AR MPM-in 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. AR MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Digər tərəfdən qeyd olunur ki, icra məmurunun xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarın qəbul edilməsinə əsas tələbkar Güntəkin Qaybullayevanın xx.xx.2023-cü il tarixli ərizəsi olmuşdur. Lakin buna baxmayaraq məhkəmə işin real vəziyyətinə və sübutlara deyil, tələbkarın mülahizələrinə əsaslanmaqla yenidən səhv bir nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il təvəllüdlü Menese adlı uşaq anası G.Qaybullayeva tərəfindən könüllü şəkildə uşağın atası Maraqlı şəxs2 verilib, lakin sonradan aralarında mübahisə yaşanmış və tələbkar belə bir nəticəyə gəlmişdir ki, uşağı icra məmuru atadan alıb borcluya verməlidir. Halbuki bir daha vurğulanır ki, icra şöbəsinin icraatında “uşağın atadan alınıb anaya verilməsi” tələbinə dair icra sənədi yoxdur. Belə olan halda icra məmuru tərəfindən icraatında olmayan iddia tələbi üzrə hər hansı icra hərəkətlərin aparılması qanunamüvafiq deyildir. Bundan başqa, 8(012)-260/2024 saylı qərardadda göstərilən digər nəticə - xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulması barədə icra məmurunun hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcu xx.xx.2023-cü il tarixdən hesablanması da heç bir normaya əsaslanmır. Çünki icra işindən görünür ki, tələbkar şəxsən özü xx.xx.2023-cü il tarixli ərizə ilə icra şöbəsinə (rəsmi qeydiyyata alınıb) müraciət edərək həmin günədək aliment üzrə borcun olmamasını qeyd etmişdir. Yalnız 3 aydan sonra, yəni xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli ərizənin etibarsız sayılmasını xahiş edir. Bununla bağlı qeyd olunur ki, tələbkar artıq xx.xx.2023-cü il tarixinə olan vəziyyət ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə iradə ifadəsini əks etdirmişdir. İşin qeyd olunan halları ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli icra sənədləri, tələbkarın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələri və sair zəruri sənədlər məhkəməyə təqdim edilmiş, həmçinin elektron məhkəmə portalına əlavə edilmişdir. AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı vəziyyətdə sübutetmə yükü tələbkarın üzərinə düşür ki, bununla bağlı hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir, yəni tələbkar özü könüllü şəkildə xx.xx.2013-cü il təvəllüdlü Menese adlı uşağı borcluya verdiyi halda “uşağın alınıb verilməsi” tələbi barədə iddia şəklində deyil, predmetdən kənar ərizə ilə məhkəməyə müraciət etmiş, həmçinin könüllü şəkildə xx.xx.2023-cü il tarixli ərizəni yazdığı halda təkzib ərizəsini qısa zaman kəsiyində deyil, 3 ay müddət keçdikdən sonra verməsi ilə bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə işin hallarını obyektiv şəkildə araşdırmadan yalnız tələbkarın şəxsi mülahizələrinə əsasən 8(012)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın qəbul edilməsi xoşagəlməz bir məhkəmə presedentinin yaranması ilə nəticələnə bilər. AR MPMin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. AR MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Odur ki, göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-260/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(105)-3/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-260/2024 nömrəli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət üzrə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 icra məmuru X25 şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının yalnız xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması hissələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Maraqlı şəxs2 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarında olan Maraqlı şəxs1 icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan X6 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs2 hər ay cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq ərizəçiyə ödənilməlidir. Qeyd edildiyi icra sənədi üzrə borclu Maraqlı şəxs2 hazırki günə heç bir aliment borcu yoxdur. Gələcəkdə aliment ödənişlərində hər hansı problem yaranarsa bu barədə rəsmi məlumat verəcək. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü Menese adlı, xx.xx.2014-cü il təvəllüdlü Murad adlı və xx.xx.2017-ci il təvəllüdlü Ədalət adlı uşaqların anaları X4 yanında qalmaları qət edilmişdir. İş materiallarında olan X6 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən üç azyaşlı uşaq tələbkarın himayəsində qaldığından, ərizəçi icra sənədinin icraatına “İcra haqqında” AR Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Maraqlı şəxs1 icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədində qeyd olunan tələb tam icra olunduğundan Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-260/2024 nömrəli qərardadı ləğv edilməli, tələbkarın şikayət ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, işın hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs2 arasında Cəbrayıl Rayon Qeydiyyat Şöbəsində bağlanmış 28 aprel 2012-ci il tarixli, 119 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2017-ci il təvəllüdlü X9 anaları X4 yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs2 tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə ayrı-ayrı vaxtlarda iki icra sənədi Maraqlı şəxs1 icraatına daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi cavabdeh Maraqlı şəxs2 X4 xeyrinə alimentin tutulması ilə bağlıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi isə uşaqların anaları X4 yanında qalması ilə bağlıdır. Belə ki, işdən görünür ki, X3 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Digər tərəfdən, tələbkar Güntəkin Qaybullayeva tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, tələbkar alimentin tutulması ilə bağlı icra sənədi üzrə borclu Maraqlı şəxs2 ərizə verilən günədək heç bir aliment borcunun olmamasını bildirmişdir. Sonradan tələbkar xx.xx.2024-cü il tarixdə yenidən Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli ərizənin etibarsız sayılmasını xahiş etmişdir. Hal-hazırda tələbkar xx.xx.2023-cü il tarixli ərizənin borclunun təhdidi və aldatması nəticəsində yazılmasına əsaslanaraq, borcludan tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunaraq, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanması və borcludan tutulması vəzifəsinin icra məmurunun üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, tələbkarın Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, icra məmuru tərəfindən qəbul edilmiş icraata xitam verilməsi barədə qərarın ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanmasına dair şikayət ərizəsi təmin olunmamalıdır. Kollegiya hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən üç azyaşlı uşaq tələbkarın himayəsində qaldığından (X6 tərəfindən Maraqlı şəxs1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsi əsasında), tələbkar isə apellyasiya icraatı zamanı məhkəmə iclasında “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmədiyindən, uşaqların tələbkarın himayəsində qalması ilə bağlı artıq icra olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv oluna bilməz. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1, 20.1.5-ci-ci maddələrnə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Kollegiya, Güntəkin Qaybullayevanın Maraqlı şəxs1nə ünvanlanmış alimentin tutulması ilə bağlı icra sənədi üzrə borclu Maraqlı şəxs2 heç bir aliment borcunun olmamasına dair xx.xx.2023-cü il tarixli ərizənin borclunun təhdidi və aldatması nəticəsində yazılmasına əsaslansa da, buna dair məhkəməyə hər hansı mötəbər, şübhələrdən kənar sübut təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Abşeron Rayon Məhkəməsinin e-2(012)-2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borclu Maraqlı şəxs2 tutulmalı olan alimentin məbləğinin hesablanması zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün alimentin tutulmaması barədə icra məmurunun hərəkətinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, sözügedən icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanmasına dair gəldiyi nəticə düzgün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-260/2024 nömrəli qərardadı ləğv edilsin. X1 Abşeron Rayon Məhkəməsinin 2(012)- 2444/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə Maraqlı şəxs1 icra məmuru Vadim Əliyevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, icra məmuru tərəfindən qəbul edilmiş icraata xitam verilməsi barədə qərarın ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, icra sənədi üzrə aliment borcunun xx.xx.2023-cü il tarixdən hesablanmasına dair şikayət ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar