Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-30/2024 06.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayətə dair iş üzrə Qusar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadından X1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Qusar rayon İcra və Probasiya Şöbəsinin 13 dekabr 2023-cü il tarixli qərarı ilə Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(029)-68/2023 saylı, 12 may 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədi üzrə tələbkar X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon İcra və Probasiya Şöbəsinin həmin qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin e-2(029)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Borclu tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X3 məxsus olan, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələr aradan qaldırılmış, cavabdeh Borclu həmin torpaq sahəsindən çıxarılmış və həmin torpaq sahəsi X2 qanuni sahibliyinə və istifadəsinə qaytarılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, icra edilməsi üçün Qusar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş üzrə icra tədbiri təyin edilmiş torpaq sahəsinə gedilmişdir. Torpaq sahəsinə gedilən zaman Borclu ona məxsus torpaq sahəsində meyvə ağacları əkdiyi, suvarma sistemləri çəkdiyi, dirəklər basdırıldığı məlum olmuşdur. Borclu bunları o, torpaq sahəsini aldıqdan sonra etmiş, hətta həmin şəxsə torpaq sahəsində meyvə ağacları əkməməsini desə də bunun heç bir nəticəsi olmamış, həmin torpaq sahəsinin ona məxsus olmadığını bilə-bilə qəsdən orada bağ salmışdır. İş üzrə 29 sentyabr 2023-cü il tarixdə keçirilən icra tədbiri zamanı torpaq sahəsi hasarlanmış, torpaq sahəsindəki ağacların hazırda çıxarılan zaman quruyacağı üçün, meyvə qələmlərinin çıxarılması üçün noyabr ayının sonuna kimi ona vaxt verilmişdir. Lakin, Borclu meyvə ağaclarını çıxarmaqdan, ona məxsus torpaq sahəsində maneələri aradan qaldırmaqdan imtina edir. O, icra sənədinin icrası ilə bağlı icra şöbəsinə gəlsə də, ona məlum olmuşdur ki, Qusar rayon İcra və probasiya şöbəsi 13 dekabr 2023-cü il tarixli qərarla icra sənədi üzrə icraata xitam vermişdir. Halbuki, icra sənədi icra edilməmiş, ona məxsus torpaq sahəsində maneələr aradan qaldırılmamış, torpaq sahəsindən meyvə qələmləri, suvarma qurğuları, beton dirəklər çıxarılmamış, torpaq sahəsindən istifadə etmək mümkün deyildir. Qusar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 8(029)-2/2024 saylı qərardadı ilə X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir (hakim Anar Qasımov). X1 nümayəndəsi-vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 8(029)-2/2024 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin e-2(029)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsilə iddia təmin edilmiş, cavabdeh Borclu Hağı oğlu tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X3 məxsus olan Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələr aradan qaldırılmış, cavabdeh Borclu həmin torpaq sahəsindən çıxarılmış və həmin torpaq sahəsi X2 qanuni sahibliyinə və istifadəsinə qaytarılmışdır, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, icra edilməsi üçün Qusar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş üzrə icra tədbiri təyin edilmiş torpaq sahəsinə gedilmişdir. Torpaq sahəsinə gedilən zaman Borclu iddiaçıya məxsus torpaq sahəsində meyvə ağacları əkdiyini, suvarma sistemləri çəkdiyini, dirəklər basdırıldığı məlum olmuşdur. Borclu bunları iddiaçı torpaq sahəsini aldıqdan sonra etmiş, hətta həmin şəxsə ona məxsus torpaq sahəsində meyvə ağacları əkməməsini desə də, bunun heç bir nəticəsi olmamış, həmin torpaq sahəsinin ona məxsus olmadığını bilə-bilə qəsdən orada bağ salmışdır. İş üzrə 29 sentyabr 2023- cü il tarixdə keçirilən icra tədbiri zamanı torpaq sahəsi hasarlanmış, torpaq sahəsindəki ağacların hazırda çıxarılan zaman quruyacağı üçün, meyvə qələmlərinin çıxarılması üçün noyabr ayının sonuna kimi ona vaxt verilmişdir. Lakin, Borclu meyvə ağaclarını çıxarmaqdan, ona məxsus torpaq sahəsində maneələri aradan qaldırmaqdan imtina edir. İcra sənədinin icrası ilə bağlı icra şöbəsinə gəlsə də, ona məlum olmuşdur ki, Qusar rayon İcra və probasiya şöbəsi 13 dekabr 2023-cü il tarixli qərarla icra sənədi üzrə icraata xitam vermişdir. Halbuki, icra sənədi icra edilməmiş, iddiaçıya məxsus torpaq sahəsində maneələr aradan qaldırılmamış, torpaq sahəsindən meyvə qələmləri, suvarma qurğuları, beton dirəklər çıxarılmamış, torpaq sahəsindən istifadə etməyi mümkün deyildir. Həmin qərardan məhkəməyə şikayət verilmişdir. Qusar Rayon Məhkəməsi şikayətini təmin etməmişdir. Şikayətinin təmin edilməməsinin əsası kimi torpaq sahəsinin tələbkara qaytarılması, icra sənədində ağaclar, beton dirəklər barədə heç bir qeydin olmaması bildirilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Ona görə ki, icra işinin materiallarından da göründüyü kimi, icra sənədi üzrə tədbir 29 sentyabr 2024-cü il tarixdə keçirilmişdir. Həmin vaxtı torpaq sahəsi müvəqqəti olaraq dəmir tellə hasara alınmış, borcluya torpaq sahəsində olan ağacların və beton dirəklərin çıxarılması üçün vaxt verilmişdir. Lakin, verilmiş vaxta borclu torpaq sahəsində maneələri aradan qaldırmamışdır. Bundan sonra həmin icra sənədinin icrası tələb edildikdə icra sənədi üzrə dekabr ayında icraata xilam verilmişdir. Yəni əgər icra sənədi həmin vaxt icra olunsa idi, sentyabr ayında icraata xitam verilərdi. Bundan başqa məhkəmənin gəldiyi digər nəticə ilə də razılaşmırlar. Torpaq sahəsi üzrə maenələrin aradan qaldırılması dedikdə torpaq sahəsində olan bütün maneələr nəzərdə tutulur. Torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması geniş məna kəsb edir, buraya torpaq sahəsində olan bütün maneələr daxildir. Hazırkı vaxtdan da göründüyü kimi, icra sənədi icra olunarkən belə maneələr aradan qaldırılmamışdır. Hazırkı halda məhkəmə qətnaməsi heç bir əhəmiyyət kəsb etmir. Torpaq sahəsini iddiaçı cavabdehin qanunsuz sahibliyindən geri ala bilməmişdir. Məhkəmə qətnaməsi formal xarekter daşıyır. Məhkəmənin müəyyən etdiyi kimi yenidən məhkəməyə müraciət etməyi, heç bir əsas olmadan məhkəmənin yüklənməsinə səbəbdir. Göstərilənlərə əsasən məhkəmənin gəldi nəticə əsassızdır. Qusar Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 8(029)-2/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadı ləğv edilməli, X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2(029)-68/2023 saylı mülki işin predmetini torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma təşkil etmiş və iş üzrə qəbul edilmiş 12 may 2023-cü il tarixli qətnamə ilə cavabdeh Borclu tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X3 məxsus olan, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh Borclu həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin X2 qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra olunmaqla qətnamədə göstərilən torpaq sahəsi tor çəpərlə hasarlanmaqla tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Bununla da, qətnamə üzrə tələb tam təmin olunmaqla torpaq sahəsi borclu şəxsin qanunsuz sahibliyindən alınmış, borclu tərəfindən torpaq sahəsinə münasibətdə maneənin mövcudluğu aradan qalxmışdır. Torpaq sahəsində olan ağaclarla və dirəklərlə bağlı isə tələbkar Rəsul Əyyubov tərəfindən məhkəmədə hər hansı tələb irəli sürülməmiş və bu barədə qətnamə qəbul edilməmişdir. Torpaq sahəsində ağacların və dirəklərin mövcud olması mülkiyyətə qəsdlə əhatə olunsa belə, bununla bağlı irəli sürülmüş tələb əsasında müvafiq məhkəmə araşdırması aparılmalı, ağacların növü, cinsi, miqdarı, hansı şəxslər tərəfindən hansı miqdarda əkilməsi, o cümlədən hansı miqdarda dirəklərin basdırılması dəqiq müəyyən olunmalı, nəticəsindən asılı müvafiq qərar qəbul edilməlidir. Lakin, tələbkar Rəsul Əyyubovun tərəfindən məhkəmədə belə bir tələb irəli sürülmədiyindən, eləcə də bu tələb məhkəmədə dəqiqləşdirilməyərək cavabdeh tərəfindən törədilən maneələrin nədən ibarət olması barədə məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılmamış və hər hansı qərar qəbul olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə icra sənədində torpaq sahəsində əkilmiş ağacların və dirəklərin hər hansı şəxsin hesabına çıxarılması qeyd olunmadığından icra sənədini icra edən icra məmurunun bu barədə icra hərəkətlərinin həyata keçirilməsi səlahiyyəti olmamış və ona görə də məhkəmə Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin məzmunundan və icra sənədindən görünür ki, cavabdeh Borclu tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli çıxarışa əsasən, iddiaçı X3 məxsus olan, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,1952 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh Borclu həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin X2 qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Göründüyü kimi, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tələbkarın qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Belə ki, iş materiallarında olan aktdan görünür ki, qətnamə xx.xx.2023-cü il tarixdə icra olunmaqla qətnamədə göstərilən torpaq sahəsi tor çəpərlə hasarlanmaqla tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Tələbkar tərəfindən verilmiş şikayətin məzmunundan görünür ki, 29 sentyabr 2023cü il tarixdə keçirilən icra tədbiri zamanı torpaq sahəsi hasarlanmış, torpaq sahəsindəki ağacların hazırda çıxarılan zaman quruyacağı üçün, meyvə qələmlərinin çıxarılması üçün noyabr ayının sonuna kimi ona vaxt verilmişdir. Lakin, Borclu meyvə ağaclarını çıxarmaqdan, ona məxsus torpaq sahəsində maneələri aradan qaldırmaqdan imtina edir. Bununla da icra sənədi icra edilməmiş, ona məxsus torpaq sahəsində maneələr aradan qaldırılmamış, torpaq sahəsindən meyvə qələmləri, suvarma qurğuları, beton dirəklər çıxarılmamış, torpaq sahəsindən istifadə etmək mümkün deyildir. Göründüyü kimi, tələbkar 29 sentyabr 2023-cü il tarixdə keçirilən icra tədbiri zamanı borclu ilə aralarında razılıq əldə edildiyini, torpaq sahəsindəki ağacların hazırda çıxarılan zaman quruyacağı üçün, meyvə qələmlərinin çıxarılması üçün noyabr ayının sonuna kimi ona vaxt verilməsini xahiş etmiş, lakin sonradan borclunun qeyd edilən razılaşmaya əməl etməməsini mübahisələndirilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, icra sənədi üzrə tərəflər arasında hər hansı razılıq olmaması, torpaq sahəsinin həmin tarixli akt əsasında tələbkarın nümayəndəsinə təhvil verilməsi nəzərə alınarsa icra sənədi üzrə icraata xitam verilməsi də həmin tarixdə qəbul edilməli idi. Lakin iş materiallarından müəyyən edilir ki, torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə təhvil verilməsi nəzərə alınmaqla icra sənədi üzrə icraata 13 dekabr 2023-cü il tarixdə xitam verilmə barədə qərar qəbul edilmişdir ki, məhkəmə kollegiyası qeyd ediləni ağlabatan hesab etmir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi akt əsasında torpaq sahəsinin xx.xx.2023-cü il tarixdə təhvil verilməsinə baxmayaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın hansı səbəbdən xx.xx.2023-cü il tarixdə qəbul edilməsini aydınlaşdırmamışdır. Bundan əlavə torpaq sahəsindəki ağacların çıxarılan zaman quruyacağı üçün meyvə qələmlərinin çıxarılması üçün noyabr ayının sonuna kimi vaxt verilməsi ilə əlaqədar tərəflər arasında hər hansı razılaşmanın olub-olmaması məsələsini aydınlaşdırmaq üçün borclunun məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə onun fikrini öyrənməmişdir. Halbuki, qeyd edilən halın aydınlaşdırılması üçün tərəflərin iştirakı zəruridir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X7 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X7 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarkən tərəflərin iştirakı təmin edilməli, tərəflər arasında yuxarıda qeyd edilən müddətə hər hansı razılığın olub-olmaması aydınlaşdırılmalı, zərurət yaranarsa tərəflərin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirməli, eləcə də torpaq sahəsinin akt əsasında xx.xx.2023-cü il tarixdə təhvil verilməsi nəzərə alınarsa hansı səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın xx.xx.2023-cü il tarixdə qəbul edilməsi araşdırılmalı, bundan sonra şikayətə münasibət bildirilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadı ləğv edilməli, X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 8(029)-2/2024 nömrəli qərardadı ləğv edilsin. X1 Qusar rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-30/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-30/2024
06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver