Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-31/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 8(067)-37/2024 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar Şəməsəddin oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-37/2024 nömrəli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş və Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 26 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Borclu1 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-37/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Borclu1 şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1416/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Borclu1 16538,29 manat pul, həmin vəsaitin ili 5% məbləğində, yəni 552 manat məbləğində pul ödənilmiş dövlət rüsumuna görə cavabdehlərin hər birindən 105 manat pul və həmçinin mediasiya xərci üzrə cavabdehlərin hər birindən 100 manat tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, onun bankda hesablarının olmaması, gəlirlərinin olmaması, daşınar və daşınmaz əmlaklarının olmaması barədə arayışlar alınmışdır. Bundan başqa onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Həmçinin evində olan əşyalar siyahıya alınmış, həmin əşyalar 692 manat qiymətləndirilmiş və İcra Haqqında Qanuna əsasən tələbkara təklif olunmuş, tələbkar həmin əmlakları almaqdan imtina etmişdir. Bundan sonra onun barəsində Azərabaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş məhkəməyə müraciət edilmiş, məhkəmənin qərarına əsasən 500 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi o, məhkəmə qətnaməsi ilə borcunu ödəməkdən imtina etməmiş, sadəcə gəliri, iş yeri olmadığı üçün borcunu ödəyə bilməmişdir. Həmçinin onun evində olan əmlak da satışa çıxarılmış, lakin tələbkar almamışdır. Bundan başqa o, məhkəmə qətnaməsinə əsasən uşağına aliment ödəyir. Tələbkar onun əmlakını almaqdan imtina etdiyi üçün Maraqlı şəxs icra məmuru İcra Haqqında Qanunun 53-cü maddəsinə əsasən icra oluna bilməməsi əsası ilə icra sənədi geri qaytarılmışdır. Həmin qərardan tələbkar şikayət vermişdir. Şikayətə baxan Xaçmaz Rayon Məhkəməsi Maraqlı şəxs icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 26 oktyabr 2023-cü il tarixli qərarını ləğv etmişdir. Qərarı ləğv edən Xaçmaz Rayon Məhkəməsi qərardadında qərarı ləğv edilməsi əsası kimi iki hal qeyd etmişdir. Birincisi, “konkret olaraq lazımı icra tədbirləri görülməmiş”, ikinci “Quba Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 3(027)-1559/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunsa da, həmin cərimə ödənilməmiş, bununla bağlı icra məmuru tərəfindən müvafiq tədbir görülməmişdir. Məhkəmənin qərarı ləğv etməsinə dair əsaslandığı hər iki hal əsassızdır. Həmin hallar qərarı ləğv edilməsinə əsas vermir. Belə ki birinci halda məhkəmə qərardadında “konkret olaraq lazımı icra tədbirləri görülməmiş” qeyd etmişdir. Lazımı icra tədbirlərinin görülməməsinin nədən ibarət olması qeyd edilməmiş, lazımi icra tədbirinə nəyin daxil olduğu qeyd edilməmişdir. İcra məmuru İcra Haqqında Qanuna əsasən bütün icra təbdirlərini görmüşdür. Lazimi icra tədbiri dedikdə icra məmuru qanundan kənar hər hansı bir icra tədbiri görə bilməzdi. Bundan başqa məhkəmənin istinad etdiyi digər hal isə qərarı icra etməməsi ilə bağlı 500 manat məbləğində cərimə olunması ilə bağlıdır. Həmin hal da icra sənədinin icra şöbəsinə geri qaytarılması üçün əsas deyildir. O, cəriməni ödəsə də, bunun həmin icra sənədinə aidyyəti yoxdur. Onun barəsində tətbiq olunan tədbirlər icra sənədininin icrasına heç bir təsir göstərmir. Bundan başqa onun pulu olsa tələbkarın pulunu ödəyərdi, yaşadığı evdəki əşayalar satışa çıxarılmazdı. Onun cərimə olunması tələbkarın pulunun ödənilməsinə çətinlik yaradır. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 8(067)-37/2024 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-37/2024 nömrəli qərardadından Borclu1 şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Nərmin Abiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1416/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə X2 16538,29 manat məbləğində pul, həmin vəsaitin illik 5 % məbləğində, yəni 552 manat əlavə pul, Borclu2 28043,5 manat məbləğində pul, həmin vəsaitin illik 5% məbləğində, yəni 935 manat əlavə pul, ödənilmiş dövlət rüsumuna gərə cavabdehlərin hər birindən 105 manat pul və həmçinin mediasiya xərci üzrə cavabdehlərin hər birindən 100 manat tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Maraqlı şəxs icra məmuru Rauf Quliyevin “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1416/2022 nömrəlıi icra sənədi Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1416/2022 nömrəli icra sənədi Maraqlı şəxs icraatında daxil olduqdan sonra icra məmuru tərəfindən konkret olaraq lazımi icra tədbirləri görülməmiş, tələb olunan 16538,29 manat pul müqabilində borclunun siyahıya alınmış, tələb olunan borca mütənasib olmayan cəmi 692 manat qiymətləndirilən əmlakın tələbkar tərəfindən qəbul edilmədiyi və borclunun mülkiyyətində heç bir daşınar-daşınmaz əmlakın, həmçinin gəlir məlumatlarının aşkarlanmadığı əsası ilə icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Borclu1 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1416/2022 nömrəli icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməməsinə görə barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-1559/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunması barədə inzibati tənbeh tədbiri tətbiq edilsə də, borclu tərəfindən həmin cərimə ödənilməmiş və bununla bağlı icra məmuru tərəfindən müvafiq tədbir görülməmiş, şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmiş və xx.xx.2022-ci il tarixli, 2(067)-1416/2022 nömrəli icra sənədinin geri qaytarılması ilə kifayətlənilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 23.1.-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 26.-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 43.1.-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi Maraqlı şəxs icra məmuru Rauf Quliyev tərəfindən kifayət qədər icra tədbirləri görülmədən icra sənədini geri qaytardığı qənaətinə gəlmiş və şikayət ərizəsini təmin etməklə Maraqlı şəxs tərəfindən qəbul edilmiş “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 26 oktyabr 2023-cü il tarixli qərarını ləğv etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Maraqlı şəxs icra məmuru Rauf Quliyev tərəfindən kifayət qədər icra tədbirləri görülmədən icra sənədi əsassız olaraq geri qaytarılmışdır, borclunun şikayətdə qeyd etdiyi dəlillər mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 8(067)-37/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-31/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-31/2024
29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver