Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-33/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), hakimlər Qafari Səyyad Ağaəli və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi Borclu2 iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2012 saylı, 15 yanvar 2016-cı il tarixli icra sənədi üzrə icra icraatının dayandırılması barədə təqdimatına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2012 saylı, 15 yanvar 2016-cı il tarixli icra sənədi üzrə icra icraatının dayandırılması barədə təqdimatı məhkəməyə daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 115/2012 saylı, 15 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən X2 adından Borclu2 ilə Tələbkar arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14 137,20 manat pul Borclu2 Tələbkar xeyrinə tutulmalı, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26 000 manat məbləğində vəsait Borclu2 və Borclu1 bərabər hissədə tutularaq, Tələbkar ödənilməli, müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, göstərilən məbləğdə pulun Tələbkar xeyrinə tutulması ilə qeyri-yaşayış sahəsinin Borclu2 və Borclu1 qaytarılması eyni vaxtda icra olunmalı və ekspertiza xərci olan 396 manat məbləğində vəsaitin ödənilməsi tərəflərə aid edilməklə həmin vəsait Tələbkar tərəfindən tam ödənildiyindən Borclu2 132 manat və Borclu1 132 manat tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 05.07.2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında daxil olmuşdur. Həmin icra sənədi üzrə tərəf Tələbkar Qeybulla oğlu 29.12.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə (öhdəliyin icrası və müəyyən hərəkətlər etməkdən çəkinmə haqqında) iddia ərizəsi ilə müraciət etmişdir. Tələbkar Qeybulla oğlu Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun onu icra vərəqəsində qeyd olunan qeyri-yaşayış sahəsindən qanunsuz olaraq çıxarılmasını tələb etməsi ilə bağlı hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlar əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2012 saylı, 15 yanvar 2016-cı il tarixli icra sənədi üzrə icra icraatının dayandırılması barədə təqdimata baxılıb müvafiq qərar verilməsi xahiş olunur. Məhkəmə kollegiyası təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, təqdimat əsassızdır və o rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. “İcra haqqında” Azərbycan Respublikası Qanununun 18.1 və 18.1.4-cü maddələrinə əsasən icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Yenə həmin Qanunun 21.3-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qeyd edildiyi kimi icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Tələbkar Qeybulla oğlu Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun onu icra vərəqəsində qeyd olunan qeyriyaşayış sahəsindən qanunsuz olaraq çıxarılmasını tələb etməsi ilə bağlı hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-738/2022 saylı, 07.02.2022-ci il tarixli qərardadından məlum olur ki, iddiaçı X1 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi geri qaytarılmışdır. Başqa sözlə, təqdimatın verilməsi əsas olmuş hal artıq mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqdimat təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2012 saylı, 15 yanvar 2016-cı il tarixli icra sənədi üzrə icra icraatının dayandırılması barədə təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-33/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-33/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver