Məhkəmə qərarları › İş №8(105)-33/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-33/2023

06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-33/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6693/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə baxılmasına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-7/2023 nömrəli qərardadından tələbkar İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6693/2022 nömrəli qətnaməsi ilə cavabdehlər X7 və X2 müştərək qaydada 3123.28 manat borc və 51.23 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(060)-6693/2022 nömrəli qətnaməsinin hissə-hissə icra olunması, yəni tutulmalı olan 3174.51 manat məbləğində pul vəsaitinin hər ay 100 manat məbləğində olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, eləcə də həmin kredit müqaviləsi bağlanan zaman onunla bank arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc 60 ay müddətinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6693/2022 nömrəli qətnaməsi ilə cavabdehlər X3 və ondan müştərək qaydada 3123.28 manat borc və 51.23 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. O, Birinci Qarabağ müharibəsinin qazisidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Prezident təqaüdünə layiq görülmüşdür. Özü ailəlidir, üç övladı var. Onun oğlu X4 görmə qabiliyyətində problemlər var, ikinci dərəcəli əlildir. O, bununla bağlı dövlət dəstəyi olaraq hər ay 180 manat pensiya alır. Lakin, hal-hazırda ailənin maddi durumu çox ağırdır. Heç bir yerdə işləmirlər. Dolanışıqları yalnız dövlətdən alınan maddi dəstəklə təmin olunur. Bunun üçün də məhkəmənin qət etdiyi məbləği ödəməyə imkanları yoxdur. O, aldığı aylıq pensiyasının 100 manatını İddiaçı ASC-nin xeyrinə ödəməyə qadirdir. Tələbkar İddiaçı ASC xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və qətnamənin icrasının uzadılması üçün belə bir addım atmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci maddəsində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6693/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilən borcun hissə-hissə ödənilməsi ilə bağlı borclu X4 ərizəsinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 xx.xx.2023-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, ödəniş məbləğini artıraraq hər ay 250 manat ödəməklə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-7/2023 nömrəli qərardadı ilə ərizə təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6693/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə X1ndan hər ay 250 (iki yüz əlli) manat məbləğində pulun tutularaq tələbkar İddiaçı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Həmin qərardaddan narazı qalan tələbkar İddiaçı ASC şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-7/2023 nömrəli qərardadınının ləğv edilməsini, əks təqdirdə 7 gün müddətində şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(060)-6693/2022 saylı qətnaməsinə əsasən cavabdehlər X7 və X2 tələbkar İddiaçı ASC-nin xeyrinə ümumilikdə 3123,28 manat məbləğində kredit borcunun və 51,23 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd olunan qətnamənin qəbul olunmasından xeyli müddət keçməsinə baxmayaraq bu günə qədər borc ödənilməmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(060)- 6693/2022 saylı qətnaməsi üzrə ödəməli olduğu borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı qərardad çıxarılmasını xahiş etmiş və Sumqayıt şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 8(060)-7/2023 saylı qərardadı ilə borclunun ərizəsi təmin edilərək, qətnamə üzrə ödənilməli olan 3174,51 manat məbləğində pulun ayda 250 manat olmaqla hissə-hissə ödənilməli olduğu qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 8(060)-7/2023 saylı qərardadı ilə razı deyillər. Borclu üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, ödəniş etməkdən yayınmış və bankın xəbərdarlığından sonra da, borc öhdəliyini yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq, bank məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir. Bunları qeyd etməklə məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, borclu bu dövrlər ərzində hər hansı bir ödəniş etməmiş, icra məmurunun çağırışından sonra qətnamənin icrasını ləngitmək məqsədi ilə hissə-hissə ödəniş etmək barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və icra sənədinin icrasının uzadılması üçün belə bir addım atmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci maddəsində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 8(060)- 7/2023 nömrəli qərardadı əsassızdır və ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 8(060)-7/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-7/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6693/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər X7 və X2 müştərək qaydada 3123.28 manat borc və 51.23 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş X5, Veteranları və şəhid X8 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Vəsiqənin surətindən görünür ki, X6 İ qrup müharibə əlilidir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, X6 Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar İ qrup əlillik verilmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumat vərəqinin surətindən görünür ki, X7 İİ dərəcəli gözdən əlildir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6693/2022 nömrəli qətnaməsi ilə cavabdehlər X7 və X2 müştərək qaydada 3123.28 manat borc və 51.23 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, qeyd edilən qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün İcra şöbəsinə yönəldilmiş və icra sənədi əsasında icra işi başlanılmışdır. Hazırda X1 ərizə ilə məhkəməyə müraciət edərək birinci Qarabağ müharibəsi qazisi olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşduğunu, bununla əlaqədar İ qrup əlil olduğunu, ailəli olmaqla üç övladının olduğunu, oğlu X4 görmə qabiliyyətində problemlər olduğunu, gözdən ikinci dərəcəli əlil olduğunu, hər ay 180 manat pensiya aldıqlarını, heç bir yerdə işləmədiklərini və maddi vəziyyətlərinin ağır olduğunu əsas göstərərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6693/2022 nömrəli qətnaməsi üzrə yaranmış borcun hissə-hissə hər ay 250 manat olmaqla icra olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə və apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri, eləcə də borclunun ailə və maddi vəziyyətini, icra sənədinə əsasən mövcud olan borc məbləğini, eləcə də hazırki mərhələdə borclunun əlilliyə görə alınan təqaüddən başqa qazancının və ya gəlirinin olması ilə bağlı hər hansı bir halın müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən borclunun borcu ödəməkdən yayınmadığını da nəzərə almışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(060)-7/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar