Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-33/2024 13.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun mütəxəssis dəvət edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ "xxxx" MMC Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun mütəxəssis dəvət edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, xx.xx.2024-cü il tarixli qərarın dəyişdirilərək mütəxəssis qarşısında “2022ci ilin may ayından 2023-cü ilin dekabr ayınadək aylıq 1200 manat olmaqla əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının 1 faizi məbləğində pul hansı şəkildə hesablanmalıdır?” sual qoyulması öhdəliyinin qoyulmasını xahiş etmişdir. "xxxx" MMC yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, şikayətdən imtina etdiyini bildirərək, şikayətin geri qaytarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ərizədən imtina edilməsini tənzimləyən bilavasitə norma olmadığından, oxşar münasibətlərin tənzimləyən, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina edilməsi ilə bağlı münasibətləri tənzimləyən normalara uyğun ərizəyə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1. maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır (Mülki Prosessual Məcəllənin 363.1.4. maddəsi) Mülki Prosessual Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC şikayətini geri götürdüyündən, şikayət ərizəsi ona geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 263, 264., 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ "xxxx" MMC-nin ərizəsi təmin edilsin və şikayət ona geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-33/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-33/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver