Məhkəmə qərarları › İş №8(105)-34/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-34/2024

12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-34/2024 12.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, X9 Məmmədbəy qızının nümayəndəsi X2, Borclu iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-738/2022 nömrəli icra sənədinin məhkəməyə geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönədilməsi barədə X9 Məmmədbəy qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Şirinova Şəhalə Məmmədbəy qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair 22 fevral 2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş seriya RX №1480397 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi, cavabdeh Borclu ilə birgə nikah dövründə əldə etdikləri, seriya RX №1234795, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsindən, seriya RX №0133201, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi, birgə nikah dövründə Borclu "xxxx" ASC ilə bağladığı xx.xx.2011ci il tarixli 292-L/ll və xx.xx.2012-ci il tarixli, 783-L/12 nömrəli lizinq müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd MTZ-82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezin dəyərinin müəyyən edilərək yarısının, yəni ona düşən 1/2 payının pulla dəyərinin müəyyən edilib alınıb ona verilməsi barəda qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə X4 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsindən, RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə Borclu və 1/2 hissədə Şirinova Şəhalə Məmmədbəy qızının payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə Şirinova Şəhalə Məmmədbəy qızının azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Borclu, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X7 və X8 apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)204/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X7 və X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)- 189/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Şirinova Şəhalə Məmmədbəy qızı ilə cavabdeh Borclu birgə nikah dövründə əldə etdikləri, RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı Şirinova Şəhalə Məmmədbəy qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6506/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçı Şirinova Şəhalə Məmmədbəy qızının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin X1 dair 22 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə X4 adına verilmiş xx.xx.2019cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin olunması, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsinin - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin X1 dair 22 fevral 2019-cu il tarixli alğısatqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə X4 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Borclu Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə X4 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, iddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci cavabdeh (vəkil X11) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(102)-4754/2022 nömrəli qərarı ilə cavabdeh Borclu, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və qətnamə ilə maraqların toxunulan şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə icraya yönəlmişdir. X9 Məmmədbəy qızı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli icra sənədinin məhkəməyıə geri qaytarılmasına dair Maraqlı şəxs icra məmuru Vahid Məmmədovun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilib, icra sənədinin icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələrinə əsasən 0,03997 ha torpaq sahəsinin ½ hissəsi ona məxsusdur. Cavabdeh onun hüquqlarını pozaraq ona məxsus torpaq sahəsi də daxil olmaqla 0,03997 ha torpaq sahəsində qeyri-yaşayış binası tikmişdir. İcra sənədinin icra olunması üçün torpaq sahəsinə gedərkən həmin sahə boş olmuş, qeyri yaşayış binası mövcud olmamışdır. İcra məmuru icra sənədinin icrası ilə bağlı lazımi və zəruri tədbirlər zamanında həyata keçirməmiş, icra vərəqəsinin icrasını səbəbsiz və qanunsuz olaraq yubatmışdır. Məhkəmə kollegiyasının iclasında X9 Məmmədbəy qızının nümayəndəsi X3 şikayəti müdafiə edərək bildirdi ki, mübahisə olunan torpaq sahəsi birgə nikah dövründə əldə olunmuşdur və sahəsi təxminən 0,02 ha (2 sot)-dur. Torpaq sahəsinin bölgüsü aparılmasına baxmayaraq icra məmuru Vahid Məmmədov icra sənədinin icrası ilə bağlı lazımi tədbirləri vaxtında həyata keçirmədiyindən orada sonradan tikilinin inşa olunmasına şərait yaratmış və orada tikilinin olduğuna görə icra sənədini icra etmədən məhkəməyə geri qaytarmışdır. Odur ki, Maraqlı şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli icra sənədini məhkəməyə geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək, həmin icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul etməyini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətə etiraz edərək bildirdi ki, həmin torpaq sahəsi 190 kv. metr ərazidir və orada tikili mövcuddur. Həmin yerdə o, iki övladının rahat yaşaması üçün ev tikdirirdi. Əvvəlcədən də qarşı tərəfin məlumatı var idi, lakin evin dam hissəsinin vurulması zamanı qarşı tərəf Şirinova Şəhalə anası Məmmədbəyova Kəmalənin təsiri ilə bu razılıqdan imtina etdi. Tikili mövcud olduğundan icra sənədinin icrası mümkün olmamışdır və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Odur ki, icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərardan verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-738/2022 nömrəli icra sənədinin məhkəməyə geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarından tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarından görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilməsi müəyyən edilsə də, icra sənədinin geri qaytarılması barədə qərardan şikayətin məhz həmin icra sənədinin vermiş məhkəməyə verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda həmin qərardan şikayət ümumi qaydada icra məmurunun olduğu yer üzrə məhkəməyə verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda tələbkar icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarından onun olduğu yer üzrə məhkəməyə- Quba Rayon Məhkəməsinə şikayət verməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-738/2022 nömrəli icra sənədinin məhkəməyə geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönədilməsi barədə X9 Məmmədbəy qızı tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar