Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-34/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə icra üsulunun dəyişdirilməsi haqqında iddiaçı X11 tərəfindən verilmiş ərizəyə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunması üçün icra üsulunu dəyişdirilməsi, ünvan 1 ünvandakı mənzilinə sahiblik hüququna maneçiliyin aradan qaldırılması məqsədilə mənzilin boşaldılaraq ona verilməsi öhdəliyini Abşeron Rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 2(105)-525/2024 nömrəli 21 noyabr 2024-cü il tarixdə qüvvəyə minmiş, 13 yanvar 2025-cü il tarixdən icraya yönəldilmiş icra sənədinə əsasən Borclu MMC və X11 arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh Borclu MMC tərəfindən ünvan 1 ünvandakı mənzilin iddiaçı X6 təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsi cavabdeh Borclu MMC-nin üzərinə qoyulmuşdur. İcra sənədi 13 yanvar 2025-ci il tarixdən icraya yönəldilsə də, cavabdeh “FAM-88" MMC-nin rəhbər işçilərinin qanunsuz hərəkətlərinə görə həbs olunması ucbatından qətnamə icra oluna bilmir, mənzilin təhvil verilməsi prosesi icra olunmur. Belə ki, qanunsuz və əsassız olaraq mənzilinə cavabdeh Borclu MMC-nin rəhbər işçiləri tərəfindən yerləşdirilmiş şəxs sahiblik hüququna dair maneçilik törədir. Məhkəmə iclasında X4n ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Borclunə və qətnamə ilə maraqlarına toxunan şəxs X7 və üçüncü şəxs X3, Abşeron Rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X11 iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Borclu MMC ilə 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin şərtlərinə əsasən cavabdeh Borclu MMC tərəfindən pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi və Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 294 ünvandakı mənzilin qeyd-şərtsiz onun sahibliyinə təhvil verilməsi vəzifəsinin cavabdeh Borclu MMCnin üzərinə qoyulması, iddiaçı X6 cavabdeh Borclu MMC tərəfindən vurulan 30700 (otuz min yeddi yüz) manat miqdarında maddi və mənəvi zərərin cavabdeh Borclu MMC-dən tutularaq iddiaçı X6 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-4147/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, "xxxx" MMC ilə X11 arasında 28 dekabr 2017-ci il tarixdə bağlanmış 005 saylı Mənzil Tikintisi haqqında müqavilənin şərtlərinə əsasən cavabdeh Borclu MMC tərəfindən ünvan 1 ünvandakı mənzilin iddiaçı X6 təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneçiliyin qadağan edilməsi vəzifəsinin cavabdeh Borclu MMC-nin üzərinə qoyulması, cavabdeh Borclundən 50 manat dövlət rüsumuna görə pulun tutulub iddiaçı X6 ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-693/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: Lalə Rəhimli - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Ayaz Mahmudov) Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4677/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər: Aqil Abbasov - məruzəçi, Zaur Əliyev və Vidadi Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi, pozulan sahiblik hüququnun tanınması, sahiblik hüququna dair maneənin qadağan edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3040/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-525/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16 yanvar 2025-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa görə işə baxmış hakimin, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə dair səlahiyyəti yalnız işdə iştirak etmiş şəxslərin ərizəsi əsasında yaranır. Burada ifadə olunan dispozitivlik prinsipi məhkəməyə göstərilən hərəkətlərin müstəqil olaraq öz təşəbbüsü ilə tətbiqinə imkan vermir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra etdirilməsi, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri işə baxmış hakim tərəfindən həll edilir. Qeyd etmək lazımdır ki, bu maddədə söhbət iş üzrə son (yekun) qətnaməni qəbul edən məhkəmədən getmir. Qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa müvafiq olaraq, möhlət verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinə baxmağa haqlıdır. Göründüyü kimi, adı çəkilən qərarda həmçinin qeyd olunmuşdur ki, qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Beləliklə məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, X1 icra sənədinin icra üsulunun dəyişdirilməsi haqqında ərizəsi təmin edilmədən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ərizəçinin qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyə dair ərizə ilə aidiyyəti üzrə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 15, 231, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 icra sənədinin icra üsulunun dəyişdirilməsi haqqında ərizəsi təmin edilmədən geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-34/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-34/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver