Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-35/2024 18.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Əlizadə (Quliyeva) Nərmin Qalib qızının Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə dair iş üzrə (Açar sözlər: icraata başlamaq haqqında qərarın ləğvi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə məhkəmə iclas katibi X3 iştirakı ilə Əlizadə (Quliyeva) Nərmin Qalib qızının Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə dair Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadından ərizəçi Əlizadə (Quliyeva) Nərmin Qalib qızı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Ərizəçi-borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızı şikayət ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızına və X7 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızından və X5 əsas borc olaraq 14460 manat, cərimə borcu olaraq 960 manat, əldən çıxmış fayda olaraq 1735 manat, məhkəmə xərci olaraq isə 30 manat olmaqla, ümumilikdə, 17185 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-960/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Əlizadə (Quliyeva) Nərmin Qalib qızı və X5 əsas borc olaraq 14460 manat və məhkəmə xərci olaraq 30 manat olmaqla, ümumilikdə 14490 manat məbləğində pul vəsaitinin iddiaçı X2 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə bütün instansiyalar üzrə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmişdir. Daha sonra Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin qərarın icrası ilə bağlı onun barəsində qanusuz icra hərəkətləri etmişdir. Belə ki, icraata başlamaq haqqında qərarın surətini dəfələrlə istəsə də, icra məmuru qərarın surətini ona verməmişdir. Halbuki, icraata başlama haqqında qərardan da müəyyən olunur ki, icra məmuru qərarın surəti onun qəbul edildiyi vaxtdan 1 gün müddətinə tərəflərə, habelə icra sənədini vermiş məhəkəməyə göndərilməlidir. Qərarın surətini o, 18 sentyabr 2023-cü il tarixdə icra məmuru ilə xeyli mübahisədən sonra əldə etmişdir. Ona görə də hesab edir ki, icraata başlamaq haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmədiyindən ləğv edilməlidir Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızının Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizənin mahiyyətindən müəyyən olunduğu kimi, borclu Əlizadə (Quliyeva) Nərmin Qalib qızı icra məmuru Nicat Ramazani tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli qərarın onun hüquq və mənafelərinə toxunduğunu iddia edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Mübahisələndirilən qərarın əsasını Abşeron Rayon Məhkəməsinin 2(012)-960/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi təşkil edir ki, həmin icra sənədi üzrə borclu qismində Əlizadə (Quliyeva) Nərmin Qalib qızı iştirak etmiş və borclular Əlizadə (Quliyeva) Nərmin Qalib qızı və X5 14460 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarla Abşeron rayon Məhkəməsinin 2(012)-960/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədinə əsasən icraata başlama haqqında icra məmurunun qərarı qanunla nəzərdə tutulmuş qaydada qəbul edilmişdir və onun ləğv olunmasına hər hansı bir əsas müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3-cü maddəsinə, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 2.1. 3.1, 85.1, 85.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsi”nə dair 02 sentyabr 2015-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Qərardaddan borclu şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)- 527/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətin rədd edilməsi barədə işə baxan məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Məhkəmə qərarını bu cür əsaslandırıb ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarla Abşeron rayon Məhkəməsinin 2(012)-960/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədinə əsasən icraata başlama haqqında icra məmurunun qərarı qanunla nəzərdə tutulmuş qaydada qəbul edilmişdir və onun ləğv olunmasına hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə onu da qeyd edib ki, borclu Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətini xx.xx.2023-cü il tarixdə almasını qeyd edərək, həmin qərarın ləğv olunmasını xahiş etmiş olsa da, qərarın surətini həqiqətən də xx.xx.2023-cü il tarixdə şəxsən imza etməklə almasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmaq olmaz. Çünki, icra işinin materiallarında onun Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətini xx.xx.2023-cü il tarixdə almağı müəyyən olunur. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 saylı, 20 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 85.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. 85.2-ci maddəsinə əsasən, qərarda aşağıdakılar göstərilir: 85.2.1. qərarın qəbul edildiyi tarix və yer; 85.2.2. qərarı qəbul etmiş icra məmurunun vəzifəsi, soyadı, adı və atasının adı; 85.2.3. qərarın hansı icraat üzrə qəbul edilməsi; 85.2.4. baxılan məsələ; 85.2.5. qərarın qəbul edilməsi üçün əsas olmuş və icra məmurunun istinad etdiyi qanunlar və digər normativ hüquqi aktlar; 85.2.6. baxılan məsələ üzrə çıxarılmış nəticə; 85.2.7. qərardan şikayət verilməsi qaydası və müddəti. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 15.1-15.3-cü maddələrinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Apellyasiya baxışının hədləri Şikayət iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyindən kollegiya Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 saylı, 24 oktyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. İşdən görünür ki, mübahisələndirilən qərarın əsasını Abşeron Rayon Məhkəməsinin 2(012)-960/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi təşkil edir ki, həmin icra sənədi üzrə borclu qismində Əlizadə (Quliyeva) Nərmin Qalib qızı iştirak etmiş və borclular Əlizadə (Quliyeva) Nərmin Qalib qızı və X5 14460 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında qərarla” Abşeron rayon Məhkəməsinin 2(012)-960/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədinə əsasən icraata başlama haqqında icra məmurunun qərarı qanunla nəzərdə tutulmuş qaydada qəbul edilmişdir və onun ləğv olunmasına hər hansı bir əsas müəyyən olunmur. Ona görə də Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-527/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-35/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-35/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver