Məhkəmə qərarları › İş №8(105)-36/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-36/2025

25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-36/2025 25.02.2025 SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi -hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, X2 Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(105)- 875/2024 nömrəli qətnaməsinin icra qaydasının dəyişdirilməsinə dair ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X18 cavabdeh X8 qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 25 iyul 2022-ci il təvəllüdlü X17 ilə hər həftənin əsasən cümə günü saat 20:00-dan bazar günü 20:00-dək, onun işdə olduğu hallarda şənbə -bazar gününün əvəzinə həftə içi başqa gün, ümumilikdə ayda 12 gündən az olmamaqla, gecə də onun yanında qalmaq şərti ilə ünsiyyət hüququnun təmin edilməsinə, hər həftənin çərşənbə günləri onlayn vasitəsi görüntülü ünsiyyət hüququmun tanınmasına, X14 və X4 bazar günləri 09:00-dan 20:00-dək canlı, mümkün olmadıqda isə görünütülü onlayn qaydada nəvələri -25 iyul 2022-ci il təvəllüdlü X17 ilə ünsiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(012)-226/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı X15 xx.xx.2022-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə və ya bazar günü saat 15:00dan 18:00-dək olmaqla anası X7 iştirakı ilə görüşün verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov ). Qətnamədən narazı qalan iddiaçı X18 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(012)-226/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini - həftənin iki günü şənbə və bazar günləri gecə də onun yanında qalmaq şərti ilə sərbəst surətdə, heç kimin iştirakı olmadan ünsiyyət hüququnun verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2024-cü il tarixli, 2(105)-875/2024 nömrəli qətnaməsi ilə iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(012)-226/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddiaçı X15 övladı 25 iyul 2022-ci il təvəllüdlü X17 ilə hər həftənin cümə və şənbə günləri saat 14:00-dan 19:00-dək olmaqla ünsiyyət hüququnun verilməsi qət edilmişdir (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli, Fuad Məmmədov). Qətnamədən narazı qalan cavabdeh kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddiaçıya xx.xx.2022-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə və ya bazar günü saat 15:00-dan 18:00-dək olmaqla anası X7 iştirakı ilə görüş vaxtı müəyyən edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-3119/2024 nömrəli, xx.xx.2024-cü il tarixli kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-875/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Mehparə Əhmədova (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Əhməd Nurməmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2024-cü il tarixli, 2(105)-875/2024 nömrəli qətnaməsi əsasında 26 dekabr 2024-cü il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nəsimi rayonu İcra Şöbəsinə göndərilmişdir. X5 ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-875/2024 nömrəli qətnaməsinin icra qaydasının dəyişdirilməsi, xx.xx.2022-ci il təvəllüdlü X17 ilə hər həftənin cümə və şənbə günü saat 14:00-dan 19:00-dək olmaqla (sərbəst görüş olmadıqda onlayn formada telefon vasitəsilə videogörüntü şəklində aparılmaqla) ünsiyyət hüququnun müəyyən edilməsini, borclunun üzərinə uşaqla ünsiyyət hüququnun təmin edilməsi ilə əlaqədar xx.xx.2022-ci il təvəllüdlü övladım X17 ilə bağlı bütün məsələlərdən (xəstəlik, təhsil və sair) onu xəbərdar etmək vəzifəsinin qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda o, Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhəri X13 İdarəsində işləyir, borclu dəfələrlə yaşayış yerini dəyişməklə məhkəmənin qətnaməsinin icra edilməsinə maneə törədir. Hazırda iş Bakı şəhəri Nəsimi rayon İcra İdarəsindədir. İşi ilə əlaqədar olaraq hər həftə Bakı şəhərinə gedə bilmir. Bəzən borclu bilərəkdən evdə olmur və bu barədə ona məlumat vermir. O, Bakı şəhərinə getdikdə Gəncə şəhərinə gəldiklərini öyrənir.Həmçinin, bəzən gücləndirilmiş iş rejimi ilə işlədiyindən hər hansısa bir həftənin cümə və şənbə günləri ümumiyyətlə işdən çıxa bilmir. Belə olduqda övladı ilə görüşün onlayn keçirilməsini istəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-629/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar X9 və X4 nəvələri 25 iyul 2022-ci il təvəllüdlü X17 ilə ünsiyyət hüququ müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin cümə və şənbə günləri saat 14:00-dan 19:00-adək (sərbəst görüş olmadıqda online formada telefon vasitəsilə videogörüntü şəklində aparılmaqla) görüş vaxti təyin edilməsi qət edilmişdir. Həmçinin övladı ilə bağlı olan bəzi məsələlərdə borclu ilə əlaqə saxlaya bilmir. Belə ki, övladının səhhətində bir problem olanda onun suallarına cavab verilmir, bununla da o, bir valideyn kimi öz üzərinə düşən vəzifəni icra edə bilmir. X3 tərəfindən ərizəyə etiraz verilərək bildirilmişdir ki, tələbkarın öz ərizəsində göstərdiyi xüsusatlar yalandır və həqiqəti əks etdirmir. Belə ki, tələbkar öz ərizəsində onun dəfələrlə yaşayış yerini dəyişməklə məhkəmənin qətnaməsinin icra edilməsinə manə törətdiyini qeyd etsə də, o, xx.xx.2024-cü il tarixdən atası X10 məxsus ünvan 1 ünvanında qeydiyyatda olmaqla övladı ilə birgə yaşayır. Tələbkarın yalan və həqiqətə uyğun olmayan ərizəsini əsassız sayır və hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-875/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş tələbkarın uşaqla ünsiyyət hüququ onun tərəfindən maneə yaradılmadan təmin edilir, əgər belə olmasaydı tələbkar bu barədə qətnaməni icra edən quruma öz etirazını və ya iradını bildirmiş olardı. Göründüyü kimi tələbkar sözügedən qətnamə ilə verilmiş uşaqla ünsiyyət hüququndan istifadə etmək niyyətində olmadığını, lakin uşaqla ünsiyyət hüququndan sui-istifadə etmək niyyəti ilə onun şəxsi həyatına müdaxilə etməyə yönəlik belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olmasaydı tələbkar “sərbəst görüş olmadıqda online formada telefon vasitəsilə videogörüntü şəklində aparılmaqla” uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməzdi. Buna görə tələbkarın uşaqla ünsiyyət qaydalarının dəyişdirilməsi zərurəti yaranarsa, uşağın yaşını, sağlamlığını və digər zəruri halları nəzərə almaqla, tələbkar tərəfindən yeni smartfon mobil telefon (videogörüntü dəstəklənən mobil telefon) vasitəsi təmin edilməklə (sərbəst görüş olmadıqda onlayn formada telefon vasitəsilə videogörüntü şəklində aparılmaqla) hər həftənin şənbə günü saat 13:00dan 14:00 aralığı cəmi 10 (on) dəqiqə olmaqla uşaqla ünsiyyət vaxtı müəyyən edilməsini və tələbkarın ərizəsinin qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, X18 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə -hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, mövcud mülki prosessual prinsiplərə uyğun şəkildə vətəndaşların konstitusion hüququnun geniş mənada təsbiti baxımından hazırkı müraciətə müvafiq birinci instansiya məhkəməsində baxılması, nəticəsindən narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayətlə müraciət hüququnun tanınması qəbul edilmiş məhkəmə aktının ədalətli və qanuniliyini təmin edəcəkdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi X18 qətnamənin icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə müvafiq birnci instasniya məhkəməsinə müraciət etməli olduğu halda birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən X18 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(105)-875/2024 nömrəli qətnaməsinin icra qaydasının dəyişdirilməsinə dair ərizəçi X18 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Tələbkara aidiyyəti üzrə qeyd olunan ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar