Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-37/2021 04.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-234/2020 saylı qərardadından tələbkar “xxxx” MMC-nin nümayəndəsi Y.V.Ağazadənin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-234/2020 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) tələbkar “xxxx” LTD MMC-nin Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından verdiyi şikayət geri qaytarılmış və tələbkar “xxxx” LTD MMC-yə göstərilən nöqsanı aradan qaldırmaqla aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. “xxxx” MMC-nin nümayəndəsi Y.V.Ağazadə şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-234/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-234/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-2238/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədinə əsasən Səfərəliyev Yunis Möhübbət oğlundan cəmi 474 manat borc tutularaq tələbkar “xxxx” LTD MMC-yə ödənilməlidir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə icra sənədi Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar “xxxx” MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edib, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Y.V.Ağazadə şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən “İcra haqında” Azərbaycan Respublikası Qanunun 20, 23.7, 87.2-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tələbkar “xxxx” LTD MMC tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 2(067)- 2238/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra sənədi üzrə mövcud olmayan xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından şikayət verilmişdir (şikayətin yuxarı hissəsində xx xxxxxxxx 2020-ci il tarixli qərardan şikayət verildiyi göstərilsə də nəticə hissəsində xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın ləğv edilməsi xahiş olunur). Birinci instansiya məhkəməsi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından verdiyi şikayəti geri qaytarılması barədə nəticəyə gəldikdə Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı olduğundan şikayət təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli qərarına əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017ci il tarixli qərarına əsasən tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Tələbkarın nümayəndəsi tərəfindən hazırkı iş üzrə mövcud olmayan xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Belə ki, şikayətin yuxarı hissəsində xx xxxxxxxx 2020-ci il tarixli qərardan şikayət verildiyi göstərilsə də, nəticə hissəsində xx xxxxxxx 2020-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarın ləğv edilməsi xahiş olunur. İş üzrə mövcud olmayan qərarın məhkəmə tərəfindən ləğv edilməsi isə qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Tələbkar “xxxx” MMC-nin nümayəndəsi Y.V.Ağazadənin verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-234/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(105)-37/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-37/2021
04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver