Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-37/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 8(027)-465/2021 saylı qərardadından borclu X2 tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) şikayət ərizəsinin təmin edilməsi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Quba rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı icra sənədi üzrə 27 sentyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsi, Quba rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(027)- 1044/2020 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Borclu X2 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə Borclu Quba Rayon Məhkəməsinin 8(027)-465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayət təmin olunmaması və şikayət baxılması üçün 8(027)-465/2021 nömrəli işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərardadı ilə borclu X2 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) iş üzrə borclu X1 Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu Tamerlan Nəcəfov 25 oktyabr 2021-ci il tarixli qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) iş üzrə Borclu Quba Rayon Məhkəməsinin 8(027)- 465/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayətin təmin olunmaması və şikayət baxılması üçün 8(027)-465/2021 nömrəli işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası borclu X2 tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi, qərardaddan verilmiş şikayət elektron qaydada vəkil X5 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1. maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 74.1., 74.2. maddələri). Mülki Prosessual Məcəllənin 361.2. maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin elektron qaydada verilmiş şikayətindən görünür ki, vəkil Elgün Əlixanlının səlahiyyətini təsdiq edən order şikayətə əlavə edilmiş olsa da, şikayəti imzalamaq hüququnu təsdiq edən etibarnamə şikayətə əlavə edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Quba Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadından borclu X2 tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, borclu X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Borclu X2 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-37/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-37/2022
16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver