Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-37/2024 27.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Xaçmaz Rayon Məhkəməsinin 2(067)-273/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs1 icra məmurunun xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönədilməsi barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli. 8(067)- 1/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 Maraqlı şəxs1 icra sənədi üzrə icraata xitam verilməsi haqqında 08 may 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və qətnamənin icra edilməsi məqsədi ilə icra sənədinin yenidən Maraqlı şəxs1nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli. 8(067)-1/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs1 icra sənədi üzrə icraata xitam verilməsi haqqında 08 may 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə X1 şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən onun özünə geri qaytarılması qərara alınmışdır (hakim Nərmin Abiyeva). X2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-1/2024 saylı qərardadından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsi və tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli. 8(067)-1/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında X1 nümayəndəsi Nümayəndə şikayətin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə borclu Maraqlı şəxs2 və Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tələbkar tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Xaçmaz Rayon Məhkəməsinin 2(067)-273/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs1 icra məmurunun xx.xx.2020ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönədilməsi barədə ərizəsinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli. 8(067)- 1/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №8(105)-37/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-37/2024
27.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver