Məhkəmə qərarları › İş №8(105)-38/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-38/2025

10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-38/2025 10.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Şamaxı Rayon Məhkəməsinin 8(074)-212/2024 nömrəli, 10 yanvar 2025-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim F.Yaqubov) şikayətin təmin edilməsi, icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs icra məmuru Babək İsmayılovun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-109/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Borclu2 qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim F.Yaqubov) Şamaxı Rayon Məhkəməsinin 8(074)-212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu2 həmin qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 8(074)-212/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməməsi və işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-109/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs icra məmuru Babək İsmayılovun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, icra sənədinin icra olunması üçün yenidən Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu2 Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. Onun 80 yaşı var, elektron kabineti yoxdur və ümumiyyətlə elektron kabinet nə olduğunu bilmir. Belə olduğu halda, o, Konstitusiya ilə müəyyən olunmuş hüququndan istifadə edə bilmir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmanın əsası kimi şikayətin elektron kabinet vasitəsilə verilmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əməl edilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu2 şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli və onunla bağlı 06 fevral 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar