Məhkəmə qərarları › İş №8(105)-39/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-39/2021

08.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-39/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Tələbkarın nümayəndəsi: X2, Borclu: X1 iştirakları ilə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(067)-284/2013 saylı qərardadından tələbkarın nümayəndəsi E.Quliyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Ə.Xəlilov) tələbkar Ləğv Prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(067)-284/2013 saylı qərardadından verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-284/2013 saylı, qərardadı ilə Borclu Abdulxalıq oğlunun Xaçmaz Rayon Məhkəməsinin 8(067)-284/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadından şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-284/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ləğv edilmiş, “VAZ- 21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Tələbkar Ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-284/2013 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkarın nümayəndəsi E.Quliyev şikayəti onunla əsaslandırmışdır ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan məlum olur ki, o, Tələbkar ASC-nə olan borcu tam olaraq icra etmişdir, həmçinin mülkiyyətində olan “VAZ-21013” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi yararsız vəziyyətdədir. Bu səbəblərdən də onun mülkiyyət hüquqları pozulur və ərizənin təmin edilməsini xahiş etmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək tələbkar qarşısında icra sənədi üzrə olan öhdəliklərini tam icra etməmişdir. Qərardadda göstərilmişdir ki, şikayət verilməsi müddəti ötürüldüyündən və buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edilmədiyindən geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(067)-284/2013 saylı axırıncı qərardadı rəsmi qaydada onlara xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Onlar tərəfindən müddət ötürülməmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(067)-284/2013 saylı qərardadını ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tələbkarın nümayəndəsi N.Ə.İbrahimov şikayətin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunması barədə yeni qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Borclu şikayətin dəlillərini qəbul etmədi, tələbkara heç bir borcunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə təqdimat verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan poçt xəbərnaməsindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı tələbkar Ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Lakin şikayət xx xxxxxx 2020-ciı il tarixdə tərtib edilmiş və xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayətin göndərildiyi zərfdən onun nə vaxt poçta verildiyi müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qanunvericilikdə şikayətin qaytarılmasını tənzimləyən hüquq norması olmadığından, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normasına, yəni apellyasiya şikayətinin geri qaytarılmasını nəzərdə tutan MPM-nin 363.1.3-cü maddəsinə istinad etməyi məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi X3 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 8(067)-284/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar