Məhkəmə qərarları › İş №8(105)-4/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-4/2021

11.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-4/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X5 və X6 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli 8(067)- 294/2016 saylı icra sənədinə əsasən borclu X4 əmlakın həbsdən azad olunması barədə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.B.Sadıqov) nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: X7 ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016cı iltarixli 8(067)-294/2016 saylı icra sənədinə əsasən “FORD” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə X2 “FORD” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Lakin hüquqi savadı olmadığından alqısatqı müqaviləsi bağlamadan 99 illik etibarnamə ilə almışdır. Bir müddət avtomobili sürəndən sonra onu yol patrul xidməti əməkdaşları saxlayıb avtomobilə həbs olduğunu bildirmişlər. Bu vaxta qədər avtomobilinin həbsdə olması barədə heç bir məlumatı olmamışdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsinə müraciət edəndən sonra ona məlum olmuşdir ki, V.Məmmədovun borclu qismində Xaçmaz rayon İcra və Probasiya Şöbəsində icra işi vardır. İcra məmuru avtomobili ondan alınacağı və hərracda satılaraq V.Məmmədovun borcunun ödəniləcəyini bildirmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı iltarixli 8(067)-294/2016 saylı qərardadı ləğv edilərək, borclu X3 məxsus“FORD” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclu R.Ə.Qədirov şikayəti onunla əsaslandırmışdır ki, o, “Ford” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili V.N.Məmmədovdan 99 illik etibarnamə ilə nağd pulunu verərək almışdır. Lakin hüquqi savadı olmadığından alqı-satqı müqaviləsi bağlamadan almışdır. O, həmin avtomobili alanda həbs olmamışdır. Onun bu barədə sonradan xəbəri olmuş, xəbər tutan kimi Xaçmaz Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə buna baxmayaraq onun ərizəsini təmin etməmişdir, bununla da onun hüquqlarını pozmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)- 100/2020 saylı qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə ərizəçi, tələbkarın nümayəndəsi və İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(067)-294/2016 saylı qərardadından müəyyən olunur ki, X3 məxsus “FORD” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə kollegiyası ərizəçi R.Ə.Qədirovun hüquqi savadının olmaması və bununla əlaqədar olaraq mübahisə olunan nəqliyyat avtomobilin rəsmi qaydada alqı-satqı edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Həmin dəlil qərardadın ləğvi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: X1 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 8(067)-100/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar