Məhkəmə qərarları › İş №8(105)-4/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-4/2022

06.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-4/2022 06.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 8(012)-839/2021 saylı qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 8(012)-839/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Habil Əhmədov) Borclu Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra sənədinin qismən təmin edilməsi, Borclu 12T/HR saylı, 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrasının mümkün olmaması üçün icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Tələbkar1 şöbəsinin üzərinə qoyulması barədə şikayətinin təmin edilməməsi qərara alınmış, borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Borclu şikayətlə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra sənədinin qismən icra edilməsi, Borclu 12T/HR saylı, 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrasının mümkün olmaması üçün icra sənədinin məhkəməyə qaytarmaq barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Tələbkar1 şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Tələbkar1 şöbəsinin icra məmuru Borclunə e230754/2021-27-6-004 nömrəli, 24.09.2021-ci il tarixli bildirişi və ona əlavə olunmuş icra sənədinin icraata qəbul edilməsi barədə eyni tarixli qərarını göndərmişdir. Həmin sənədlərə əsasən icra məmuru Borclundən Tələbkar2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrinin ləğv edilməsi, Tələbkar2 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMCdən məcburi işburaxmaya görə Tələbkar2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı Tələbkar2 verilməsini tələb etmişdir. Həmin bildiriş və qərar 04.10.2021-ci il tarixdə Borclunə təhvil verilmişdir. 08.10.2021-ci il tarixdə Borclu rəsmi məktubla Tələbkar1 şöbəsinə müraciət edərək bildirmişdir ki, icra sənədində qeyd edilən tələblərdən biri, yəni 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrin ləğv edilməsi icra olunmuşdur. Bunu təsdiq edən 06.10.2021-ci il tarixli əmrin surəti icra məmuruna təqdim edilmiş və icra məmurundan xahiş edilmişdir ki, qalan iki tələbin icra olunması mümkün olmadığından icra sənədini məhkəməyə geri qaytarsın. Belə ki, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi ilə Tələbkar2 iddia tələbi qismən təmin edilərək, Borclu MMC-nin Tələbkar2 ilə bağladığı əmək müqaviləsinə xitam verilməsinə dair 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi, Tələbkar2 “Carlsberg Azerbaijan" MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə Tələbkar2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı Tələbkar2 verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Tələbkar2 05 yanvar 2015-ci il tarixdə Borclu MMC-də (əvvəlki "xxxx" MMC) hüquq işləri üzrə menecer vəzifəsinə qəbul olunaraq həmin tarixdə onunla 258 saylı əmək müqaviləsi bağlanmış və tələbkar borclunun müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Borclu MMC-nin 17 dekabr 2018-ci il tarixli, 131 saylı əmrinə əsasən, kommersiya fəaliyyətində işlərin optimallaşdırılması və səmərəliliyin yüksəldilməsi, eləcə də hüquqi dəstəyin təqdim edilməsinin səlahiyyətli kənar hüquq şirkətlərinə həvalə edilməsi səbəbindən hüquq departamentindəki ştatların ixtisarına başlanmışdır. Bu əsasla hüquq departamentindəki işçilərin sayı və ştatların ixtisarı və orada çalışan işçilərin (o cümlədən tələbkarın) əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmr verilmişdir. Əmrdə hüquq departamentinin rəhbəri Tələbkar2 əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdə xitam verilməsi qeyd olunmuşdur. Tələbkar2 həmin əmrlə razılaşmayaraq Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 18 dekabr 2018-ci il tarixli, 25 saylı əmrin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-6538/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərardadı ilə “Carlsberg Azerbaijan" MMC-nin 18 dekabr 2018-ci il tarixli, 25 saylı əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılmışdır. Bu səbəbdən də Borclu 18.12.2018-ci il tarixli, 25 saylı əmrin icrasının dayandırılması barədə 14.01.2019-cu il tarixdə əmr vermiş və tələbkarla əmək münasibətlərini davam etdirməyə məcbur olmuşdur. Borclu MMC-nin baş direktorunun 11 mart 2019-cu il tarixli, 01-S/HR saylı əmrinə əsasən müəssisədə işçilərin işə davamiyyətini yoxlamaq məqsədilə keçirilmiş yoxlama nəticəsində quraşdırılmış elektron buraxılış nəzarət sisteminin çıxarışına əsasən müvafiq iş günləri ərzində Tələbkar2 işə gəlməməsi, evdən gec gəlməsi, iş vaxtı yerində olmadığı aşkar olunmuşdur. 19 mart 2019-cu il tarixli, 01 saylı əmrlə hüquq departamentinin rəhbəri Tələbkar2 sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Borclunun 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmri ilə cavabdeh Tələbkar2 ilə bağlanmış 398 saylı, 31 mart 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli 2(105)-458/2020 saylı qərardadı ilə Borclu MMC-nin hüquq işlər üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılsın hissəsində ləğv edilmişdir. Qərardadda qeyd olunmuşdur ki, iddiaçı Tələbkar2 birinci instansiya məhkəməsinin iclasında təqdim etdiyi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müəyyən olunur ki, iddiaçı cavabdeh “Carlsberg Azerbaijan" MMC-nin hüquq işləri üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrinin ləğvi ilə bağlı iddia tələbindən imtina etdiyindən qeyd edilən iddianı təmin etmə tədbirinə qanuni əsas və zərurət aradan qalxmışdır və belə olan halda, cavabdeh Borclu MMC-nin 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icrasının dayandırılması barədə məhkəmənin qərardadı ləğv olunmalıdır və cavabdeh Borclu MMC-nin həmin əmrin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hərəkətləri icra etmək hüququ vardır. Borclu MMC hüquq işləri üzrə departamentinin rəhbəri Tələbkar2 vəzifəsinin ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrinin icra olunması barədə 28 oktyabr 2020-ci il tarixli, 28T/HR saylı əmr verilmişdir. Tələbkar2 Borclu MMC-də tutduğu vəzifə 17 dekabr 2018-ci il tarixli, 131 saylı əmrlə ixtisar olunmuş və tələbkarın əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdən xitam verilmişdir. Hazırda isə borcludan özünün 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrini ləğv etməyi, tələbkarı işə bərpa etməyi və məcburi işburaxmaya görə orta aylıq əmək haqqını ödəməyi tələb edilir. Bu tələblərdən yalnız birincisi icra oluna bilər. Belə ki, 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icrasından sonra 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmr öz hüquqi əhəmiyyətini itirmişdir, çünki birinci əmrə əsasən tələbkarla bağlanmış əmək müqaviləsi 15 yanvar 2019-cu il tarixdən xitam olunmuşdur. Belə olan halda, tələbkarın əmək müqaviləsinə təkrarən 12 aprel 2019-cu il tarixdə xitam verilməsi qeyri-mümkündür və belə zərurət də aradan qalxmışdır. Bu səbəbdən Tələbkar1 şöbəsinin tələbinə əsasən, həm də 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icra olunmasını nəzərə alaraq, 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrin ləğv olunması barədə 06.10.2021-ci il tarixli əmr imzalanmışdır. Həmin əmrin surəti məlumat üçün Tələbkar1 şöbəsinə təqdim olunmuşdur. Tələbkar1 şöbəsinin bildirişində qeyd edilən digər tələblərin, yəni tələbkarın işə bərpa olunması və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsinin icrası qeyri-mümkündür. Belə ki, 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrin ləğv olunması tələbkarın işə bərpa olunması üçün kifayət etmir, çünki Borclu MMC-nin 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmri icra olunmuş və həmin əmrə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdən xitam verilmişdir. Eyni zamanda, borclunun tələbkara məcburi işburaxmaya görə orta aylıq əmək haqqı ödəmək vəzifəsi mövcud deyildir. Əksinə, Tələbkar2 15 yanvar 2019-cu il tarixdən 12 aprel 2019-cu il tarixədək əsassız olaraq borcludan hər ay aldığı əmək haqlarını borcluya geri qaytarmalıdır. Bu barədə Borclu iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. “İcra haqqında” qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Hazırki iş üzrə Tələbkar2 Borclundə hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi və işdən çıxarıldığı gündən işə bərpa ediləcəyi günədək orta əmək haqqının ödənilməsi tələbləri obyektiv və üzürlü səbəblərə görə icra edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra sənədinin qismən icra edilməsi, Borclu MMC-nin 12T/HR saylı, 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsini Tələbkar1 şöbəsindən xahiş edilmişdir. Lakin Tələbkar1 şöbəsi Borclunə heç bir cavab verməmiş və icra tədbirlərini davam etdirmişdir. Belə ki, icra məmuru 14.10.2021-ci il tarixdə Borclu rəhbərinin onun yanına gəlməsini, izahat verməsini tələb etmişdir. Tələbkar1 şöbəsinin nümayəndəsi bu hərəkətləri ilə Borclunə qanunsuz təzyiq göstərir, borclunun xahişini icra etməkdən yayınır, həmin müraciətə heç bir rəsmi cavab vermir. Bu hərəkətsizliyi ilə də Tələbkar1 şöbəsi borclunun hüquqlarını pozur, onu çətin duruma salır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, Borclu MMC-nin 17 dekabr 2018-ci il tarixli, 131 saylı əmrinə əsasən, kommersiya fəaliyyətində işlərin optimallaşdırılması və səmərəliliyin yüksəldilməsi, eləcə də hüquqi dəstəyin təqdim edilməsinin səlahiyyətli kənar hüquq şirkətlərinə həvalə edilməsi səbəbindən hüquq departamentindəki ştatların ixtisarına başlanmışdır. Bu əsasla hüquq departamentindəki işçilərin sayı və ştatların ixtisarı və orada çalışan işçilərin (o cümlədən tələbkarın) əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmr verilmişdir. Əmrdə hüquq departamentinin rəhbəri Tələbkar2 əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdə xitam verilməsi qeyd olunmuşdur. Tələbkar2 həmin əmrlə razılaşmayaraq Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 18 dekabr 2018-ci il tarixli, 25 saylı əmrin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-6538/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərardadı ilə “Carlsberg Azerbaijan" MMC-nin 18 dekabr 2018-ci il tarixli, 25 saylı əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılmışdır. Bu səbəbdən də Borclu 18.12.2018-ci il tarixli, 25 saylı əmrin icrasının dayandırılması barədə 14.01.2019-cu il tarixdə əmr vermiş və tələbkarla əmək münasibətlərini davam etdirməyə məcbur olmuşdur. Borclu baş direktorunun 11 mart 2019-cu il tarixli, 01-S/HR saylı əmrinə əsasən müəssisədə işçilərin işə davamiyyətini yoxlamaq məqsədilə keçirilmiş yoxlama nəticəsində quraşdırılmış elektron buraxılış nəzarət sisteminin çıxarışına əsasən müvafiq iş günləri ərzində Tələbkar2 işə gəlməməsi, evdən gec gəlməsi, iş vaxtı yerində olmadığı aşkar olunmuşdur. 19 mart 2019-cu il tarixli, 01 saylı əmrlə hüquq departamentinin rəhbəri Tələbkar2 sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Borclunun 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmri ilə Tələbkar2 ilə bağlanmış 398 saylı, 31mart 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli 2(105)-458/2020 saylı qərardadı ilə Borclu MMC-nin hüquq işlər üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılsın hissəsində ləğv edilmişdir. Qərardadda qeyd olunmuşdur ki, iddiaçı Tələbkar2 birinci instansiya məhkəməsinin iclasında təqdim etdiyi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müəyyən olunur ki, iddiaçı cavabdeh “Carlsberg Azerbaijan" MMC-nin hüquq işləri üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018ci il tarixli əmrinin ləğvi ilə bağlı iddia tələbindən imtina etdiyindən qeyd edilən iddianı təmin etmə tədbirinə qanuni əsas və zərurət aradan qalxmışdır və belə olan halda, cavabdeh Borclu MMC-nin 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icrasının dayandırılması barədə məhkəmənin qərardadı ləğv olunmalıdır və cavabdeh Borclu MMC-nin həmin əmrin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hərəkətləri icra etmək hüququ vardır. Həmin qərardad qətidir və ondan şikayət verilə bilməz. Bu səbəbdən hazırki işdə qeyd edilən qərardadın preyudisial hüquqi qüvvəsi vardır və orada müəyyən edilən hüquqi faktlar hazırki işdə əlavə sübut edilməsi tələb edilməyən faktlar kimi nəzərə alınmalıdır. Borclu "xxxx" MMC-nin hüquq işləri üzrə departamentinin rəhbəri Tələbkar2 vəzifəsinin ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrinin icra olunması barədə 28 oktyabr 2020-ci il tarixli, 28 T/HR saylı əmr verilmişdir. Tələbkar2 "xxxx" MMC-də tutduğu vəzifə 17 dekabr 2018-ci il tarixli, 131 saylı əmrlə ixtisar olunmuşdur və tələbkarın əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdən xitam verilmişdir. Hazırda borcludan özünün 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrini ləğv etməyi, tələbkarı işə bərpa etməyi və məcburi iş buraxmaya görə orta qylıq əmək haqqını ödəməyi tələb edilir. Bu tələblərdən yalnız birincisi icra oluna bilər. Belə ki, 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icrasından sonra 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmr öz hüquqi əhəmiyyətin itirmişdir, çünki birinci əmrə əsasən tələbkarla bağlanmış əmək müqaviləsi 15 yanvar 2019-cu il tarixdən xitam olunmuşdur. Belə olan halda, tələbkarın əmək müqaviləsinə təkrarən 12 aprel 2019-cu il tarixdə xitam verilməsi qeyri mümkündür və belə zərurət də aradan qalxmışdır. Bu səbəbdən icra məmurunun bildirişində qeyd etdiyi kimi icra məmurunun tələbinə əsasən həm də 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icra olunmasını nəzərə alaraq, 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrin ləğv olunması barədə 06.10.2021-ci il tarixli əmr imzalanmışdır. Həmin əmrin surəti məlumat üçün icra məmuruna təqdim olunmuşdur. Lakin, icra məmurunun bildirişində qeyd edilən digər tələblərin, yəni tələbkarın işə bərpa olunması və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının ödənilməsinin icrası qeyri-mümkündür. Belə ki, 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrin ləğv olunması tələbkarın işə bərpa olunması üçün kifayət etmir, çünki Borclu MMC-nin 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmri icra olunmuşdur və həmin əmrə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdən xitam verilmişdir. Eyni zamanda, borclunun tələbkara məcburi işburaxmaya görə orta aylıq əmək haqqı ödəmək vəzifəsi mövcud deyildir. Əksinə, Tələbkar2 15 yanvar 2019-cu il tarixdən 12 aprel 2019-cu il tarixədək əsassız olaraq borcludan hər ay aldığı əmək haqqları borcluya geri qaytarmalıdır. Bu barədə Borclu iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra sənədinin qismən icra edilməsi, Borclu MMC-nin 12T/HR saylı, 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrası mümkün olmadığından məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsini Tələbkar1 şöbəsindən xahiş edilmişdir. Lakin Tələbkar1 şöbəsi Borclunə heç bir cavab verməmiş və icra tədbirlərini davam etdirmişdir. Belə ki, icra məmuru 14.10.2021-ci il tarixdə Borclu rəhbərinin onun yanına gəlməsini, izahat verməsini tələb etmişdir. Tələbkar1 şöbəsinin nümayəndəsi bu hərəkətləri ilə Borclunə qanunsuz təzyiq göstərir, borclunun xahişini icra etməkdən yayınır, həmin müraciətə heç bir rəsmi cavab vermir. Bu hərəkətsizliyi ilə də Tələbkar1 şöbəsi borclunun hüquqlarını pozur, onu çətin duruma salır. Məhkəmə Borclu şikayətini əsassız olaraq təmin etməməklə, icra məmurunun hərəkətsizliyinə, icra prosesindəki qeyri müəyyənliyə haq qazandırmış, borclunu çətin vəziyyətə salmışdır. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və şikayətin təmin olunması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Borclu üzrə 18.12.2018-ci il tarixli, 25 saylı əmrin surətindən görünür ki, 131 saylı, 17 dekabr 2018-ci il tarixli əmrlə əlaqədar hüquqi işlər üzrə menecer və hüquqşünas ştatları (vəzifələri) ixtisara salınmış, hüquqi işlər üzrə menecer Tələbkar2 ilə bağlanmış 31 mart 2017-ci il tarixli əmək müqaviləsinə 15 yanvar 2019-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) maddəsinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.10.2020-ci il tarixli, 2(105)-458/2020 saylı qərardadının surətindən görünür ki, cavabdeh Borclu MMC-nin nümayəndəsinin iddianın təmini tədbirinin ləğvi barədə ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11.02.2019-cu il tarixli, 2(105)- 1389/2019 saylı qərardadı iddianın təmini tədbiri barədə ərizənin təmin edilmiş hissəsindəcavabdeh Borclu MMC-nin hüquqi işlər üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci il tarixli əmrinin icrası üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə kimi dayandırılması hissəsində ləğv edilmişdir. İş materiallarında olan Borclu MMC üzrə 28.10.2020-ci il tarixli, 28T/HR saylı əmrin surətindən görünür ki, Borclu MMC-nin hüquq işləri üzrə departamentinin rəhbəri Tələbkar2 vəzifəsinin ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmri icra olunmalı, Borclu MMC-nin hüquq işləri üzrə departamentinin rəhbəri Tələbkar2 əmək müqaviləsi 15 yanvar 2019-cu il tarixdən xitam olunmuş hesab edilməli, 15 yanvar 2019-cu il tarixdən 12 aprel 2019-cu il tarixə kimi olan dövr ərzində aldığı əmək haqqının geri qaytarılması Tələbkar2 tələb edilməlidir. İş materiallarında olan Borclu MMC üzrə 06.10.2021-ci il tarixli əmrin surətindən görünür ki, Tələbkar1 şöbəsinin e230754/2021-27-6-004 nömrəli, 24.09.2021-ci il tarixli bildirişində qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra sənədinə əsasən Borclu MMC-nin Tələbkar2 ilə bağladığı əmək müqaviləsinə xitam verilməsinə dair 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmri ləğv edilməlidir. Qeyd edilən bildiriş və icraata başlamaq haqqında icra məmurunun qərarı 4 oktyabr 2021-ci il tarixdə Borclu MMC-yə poçt vasitəsilə daxil olmuşdur. Eyni zamanda, Borclu MMC-nin hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci tarixli əmrinə əsasən Tələbkar2 ilə bağlanmış əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdə xitam verilmişdir. Bu səbəbdən 12 aprel 2019-cu il tarixli 12T/HR saylı əmr öz hüquqi əhəmiyyətini itirmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq Borclu MMC-nin 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmri ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İşin mübahisə ediməyən hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar2 cavabdeh Borclunə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Borclu 12.04.2019-cu il tarixli, 12T/HR saylı Tələbkar2 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, Tələbkar2 Borclundə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclundən məcburi işburaxmaya görə Tələbkar2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı Tələbkar2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. “İcra haqqında” qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.2-ci maddəsinə görə işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş qətnaməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam icra olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Borclunun şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 8(012)-839/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar