Məhkəmə qərarları › İş №8(105)-4/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-4/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-4/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X15 və X9 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraata başlamaq haqqında qərarından şikayətə dair iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadından Tələbkar QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X8 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarından X8 tərəfindən verilmiş şikayət təmin edilməmişdir (hakim İlqar Məmmədov). X1 şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X4 vəkili Vəkil Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadından şikayət və müddətin bərpası barədə ərizə verərək, həmin qərardaddan şikayət verilməsi müddətinin bərpa edilməsi, qərardadın ləğv olunaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili Vəkil şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş, X4 vəkili Vəkil Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddət bərpa edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(105)-43/2022 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraata başlamaq haqqında qərarının ləğv edilməsi haqqında X4 şikayətinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadından X8 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş və o, qəbul olunmamış hesab olunmuş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ləğv edilmiş, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 şikayəti və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayət və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə təkrar olaraq, 20 iyul 2022ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayət ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(105)- 115/2022 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddət bərpa edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadının ləğv edilməsi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi üzrə xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Qərardaddan tələbkar “Accessbank “ Qapalı Səhmdar Cəmiyyəti tərəfindən şikayət verilərək Quba Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadının ləğv edilməsi, X4 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(027)- 50/2022 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi, həmçinin Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarından borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(027)-50/2022 saylı qərardadı əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-520/2020 saylı icra sənədi icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Quba rayon İcra Şöbəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada iş üzrə icra tədbirləri həyata keçirilmiş, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Həyata keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan AccessBank QSC-yə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun bir hissəsinin qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Hazırda da həmin əmlak bankın mülkiyyətindədir. Məhkəmə borclunun şikayətini təmin edərək icra məmurunun icraata başlama qərarını ləğv edərkən yalnız borclunun izahatına əsaslanmışdır. Quba rayon İcra Şöbəsi tərəfindən Xaçmaz rayonunda yerləşən əmlakın açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilməsi qanunla qadağan edilməmişdir və bu hal icra məmurunun icraata başlama qərarının ləğv edilməsi üçün əsas deyildir. İcra məmuru icraatına daxil olan iş üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka predmeti olan əmlakın hərrac vasitəsi ilə realizə edilməsi üçün hərrac mərkəzinə sifariş vermişdir. Hazırki iş üzrə borcluların bir qismi Quba rayonu ərazisində, digər qismi isə Xaçmaz rayonunda yaşayırlar. “İcra haqqında” Qanunun 10-cu maddəsi icra hərəkətlərinin həyata keçirildiyi yerdən bəhs edir. Belə ki, həmin maddəyə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Borclunun məqsədi qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına əsassız maneələr yaratmaqdan ibarətdir. Bundan başqa məhkəmə borclunun şikayətini təmin edərkən poçt xidmətinin əməkdaşının notarial qaydada təsdiq edilmiş ərizəsinə əsaslanmışdır. Poçtalyon ərizəsində qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını X7 deyil, səhvən başqasına vermişdir. Bu ərizə tamamilə əsassızdır və heç bir halda sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, Poçt haqqında Qanunun tələblərinə əsasən poçtalyonun poçt göndərişinin açıb oxumaq kimi bir səlahiyyəti yoxdur, o poçt göndərişini məktubunun üzərində qeyd olunan ünvan sahibinə çatırmalı, çatdıra bilmədiyi təqdirdə üzərində müvafiq qeydlər edərək onu vermiş orqana qaytarılmasını təmin etməlidir. Poçtalyon konvertin içində olan məktubun Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı olması barədə məlumatlı ola bilməzdi. Həmin ərizənin notarial qaydada təsdiqlənməsinə gəldikdə isə qeyd edilməlidir ki, notarius ərizədə yazılan məlumatların düzgünlüyünü deyil, ərizə verən şəxsin şəxsiyyətini, fəaliyyət qabiliyyətli olub olmamasını yoxlayır və ərizənin onun tərəfindən imzalanması faktını təsdiq edir. Həmin ərizə heç bir halda mötəbər sübut kimi qəbul edilib qiymətləndirilə bilməz. İş materiallarından müəyyən olunur ki, X8 03 iyun 2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixl 8(027)-50/2022 saylı qərardadını imza etməklə almışdır. Mülki Prosessual qanunvericiliyə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şikayətdə Quba Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadının ləğv edilməsi, X4 Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(027)-50/2022 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi, həmçinin Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarından borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə iş materiallarına əlavə olunmuş Xaçmaz rayonu Mərkəzi Poçt şöbəsində poçtalyon işləyən X2 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olununmuş ərizəsinə əsasən 03 iyun 2022-ci il tarixdə Quba Rayon Məhkəməsindən daxil olmuş SS786726511AZ nömrəli məktubu X5 deyil səhvən başqasına verilməsini müəyyən edərək buraxılmış prosessual müddəti bərpa etmiş, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)- 520/2020 saylı icra sənədinin cavabdehlərin yaşayış yerinə və əmlakın yerləşdiyi yerə uyğun göndərilməməsini, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun bu faktı nəzərə almayaraq, icra sənədi üzrə Quba rayonunda yaşayan cavabdehlərə aid hissədə icraata başlamaq, digər cavabdeh X4 yaşayış yeri və əmlakın yerləşdiyi yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərməli olduğu halda, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 7, 8 və 26-cı maddələrinin tələblərini pozaraq, xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi icraata başlamaq haqqında qərar qəbul etməsini, yalnız xx.xx.2021-ci il tarixdə sözü gedən icra sənədini ərazi aidiyyatı üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərməsini müəyyən edərək Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından verdiyi şikayətin təmin olunması, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadının və Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa olunması barədə gəldiyi nəticəni əsaslı saymışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 396.1-ci maddəsinə əsasən qərardaddan şkayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki ,Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X4 vəkili və nümayəndəsi Vəkil şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardad X5 xx.xx.2022-ci il tarixli məktubla xx.xx.2022-ci il tarixdə də poçt vasitəsi ilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə xəbərnaməyə “Bilalov E” qeydi ilə imza edilərək alınmışdır. İşə əlavə edilmiş X2 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X6 qeyd etmişdir ki, o, Xaçmaz rayonu, Mərkəzi poçt şöbəsində poçtalyon işləyir, Xaçmaz şəhəri, Əliağa Vahid küçəsi onun nəzarətindədir. xx.xx.2022-ciil tarixdə Quba Rayon Məhkəməsindən SS**********AZ nömrəli məktub daxil olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)50/2022 saylı qərardadı X5 deyil, səhvən başqasına verilmişdir. Təsdiq edir ki, həmin məktub X5 çatdırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 8(027)50/2022 saylı qərardadın ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınması təsdiqini tapmadığından, eləcə də həmin qərardadın göndərilməsi barədə məktubun poçtalyon tərəfindən Elman Bilalova deyil, səhvən başqa şəxsə təqdim edilməsi iş materialları ilə təsdiq edildiyindən qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə məhkəmənin gəldiyi nəticəni qanunvericilik normalarına uyğun hesab edir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə məhkəmənin Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından verilmiş şikayətin əsaslı olması və həmin qərardadın ləğv edilməsi, eləcə də Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi icra məmurunun icraatına daxil olmuş, icra məmuru həmin tarixdə icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğunu müəyyən edərək, icraata başlamaq haqqında qərar qəbul etmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi barədə qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi ərazi aidiyyatı üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 24.1.2-ci maddəsinə əsasən icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə aidiyyəti üzrə göndərilmiş hesab edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və “İcra haqqında” 7, 8 və 26-cı maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda,eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Eyni zamanda, məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir” İş materiallarından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icraatına daxil olmuş, icra məmuru həmin tarixdə icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğunu müəyyən edərək, icraata başlamaq haqqında qərar qəbul etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)- 520/2020 saylı icra sənədi cavabdehlərin yaşayış yerinə və əmlakın yerləşdiyi yerə uyğun göndərilməmişdir. Belə ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru icra sənədi üzrə Quba rayonunda yaşayan cavabdehlərə aid hissədə icraata başlamaq, digər cavabdeh X4 yaşayış yeri və əmlakın yerləşdiyi yer üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərməli olduğu halda, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 7, 8 və 26-cı maddələrinin tələblərini pozaraq, xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədi icraata başlamaq haqqında qərar qəbul etmiş, yalnız xx.xx.2021-ci il tarixdə icra sənədini ərazi aidiyyatı üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Bununla da müəyyən edilir ki, borclu Xaçmaz rayonunda qeydiyyatda olduğundan icra sənədi üzrə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul etməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar