Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-40/2022 28.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-8/2021 saylı, 29.03.2021-ci il tarixli icra sənədi üzrə borclunun avtomobilinin üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının təqdimatı üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 18.01.2022-ci il tarixli qərardadından borclu "X1 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) təqdimatın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-8/2021 saylı, 29.03.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu MMCnin adına «Nissan Sunny» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, «Honda CRV» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi L200» minik markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı, «UAZ Xüsusi. TƏY.» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, «VAZ 21065» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-8/2021 saylı, 29.03.2021-ci il tarixli icra sənədi üzrə Borclu MMC-nin adına «Nissan Sunny» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, «Honda CRV» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi L200» minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, « UAZ Xüsusi. TƏY.» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, «VAZ 21065» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması, açıq hərracda satılması və tələbin satışdan əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)- 12/2020 saylı, 07.08.2020-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 22.05.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 187273,91 manat məbləğində əsas borc və 30.04.2019-cu il tarixə hesablanmış (5%-lə birlikdə) 2109,62 manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə tutulmalı, 18.01.2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 150000 ABŞ dolları məbləğində əsas borc və 30.04.2019-cu il tarixə hesablanmış (5%-lə birlikdə) 30600 ABŞ dolları məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan Atrabank” ASC-nin xeyrinə tutulmalı, cavabdeh Borclu MMC-dən 30manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan Tələbkar ASCnin xeyrinə tutulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 8/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 22.05.2015ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 20000 manat məbləğində cərimənin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh Borclu MMC-dən 22.05.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə tutulacaq dəbbə (cərimə) borcu 10000 manat məbləğində müəyyən edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-12/2020 saylı, 07.08.2020-ci il tarixli qətnaməsi cavabdeh Borclu MMC-dən 18.01.2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi üzrə 10000 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh Borclu MMC-dən 18.01.2016-cı il tarixli KXM 04 saylı kredit xətti müqaviləsi uzrə tutulacaq dəbbə (cərimə) borcu 5000 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına 10.11.2021-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Borclunun nümayəndəsi M.Bağırov şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin qüvvədən düşmüş 07 avqust 2020-ci il tarixli 2(119)-12/2020 saylı icra sənədi üzrə deyil, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2-2(105)-8/2021 saylı icra sənədi icra edilməli olduğu halda, icra məmuru Sumqayıt Kommersiya Məhkəməsinin qüvvədən düşmüş 2(119)-12/2020 saylı 07 avqust 2020-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır ki, bu da qanuni sayıla bilməz. Təəssüf ki, işə baxan məhkəmə bütün bu halları nəzərə almayaraq ədalətsiz bir qərara imza atmışdır. Məhkəmə iş üzrə mövcud olan hallara düzgün hüquqi qiymət verə bilməmiş, qanun normalarının tətbiqi və təfsirində aşkar səhvlərə, həmçinin müvafiq maddi və prosessual hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanun və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təstiq edilməli olan işin başqa sübutlarla təstiq oluna bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 8(060)-25/2022 saylı qərardadının qismən, yəni icra məmurunun təqdimatının təmin edildiyi hissədə ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarına əlavə edilmiş elektron məlumatdan görünür ki, Borclu MMC-nin adına «Nissan Sunny» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, «Honda CRV» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, «Mitsubishi L200» minik markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı, « UAZ Xüsusi. TƏY.» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, «VAZ 21065» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21074» minik markalı, 50-AA394 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.Qeyd edilən Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, tələbin əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi «İcra haqqında» və «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunları ilə tənzimləndiyindən və həmin məsələnin həlli icra məmurunun səlahiyyətinə aid olduğundan təqdimat həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, borclu tərəf uzun müddət qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır və qətnamənin icrası ilə bağlı icraçı haqlı olaraq təqdimatla məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi Maarif Bağırovun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 18 yanvar 2022-ci il tarixli 8(060)-25/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-40/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-40/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver