Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-40/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1578/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-151/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1578/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1578/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, 1F saylı evin elektrik enerjisi ilə təmin edilməsi üçün "xxxx" ASC-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Borclu həvalə edilməlidir. Bakı şəhəri, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, 1F saylı evin su ilə təmin edilməsi üçün "xxxx" ASC-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Borclu həvalə edilməlidir. Bakı şəhəri, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, 1F saylı evin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB-yə müraciət edərək texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi vəzifəsi Borclu həvalə edilməlidir. Borclu 100 manat dövlət rüsumu Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, (dəfələrlə “Elektron icra” informasiya sistemi vasitəsilə də sms-bildirişlər göndərilmişdir) icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yaşayan xx.xx.1960-cı il təvəllüdlü Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-151/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1578/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatının təmin edilməməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Tələbkar tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-151/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərardadından şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin Texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsinə dair xx.xx.2023-cü il tarixli e- 2(001)-1578/2023 saylı qətnaməsinin icra edilməsi məqsədilə Sumqayıt İcra İdarəsi tərəfindən Borclu məcburi gətirilməsi ilə bağlı təqdimat baxılması və qərar verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixində tərəflərin razılığı ilə Sumqayıt İcra İdarəsinin iş üzrə icra məmuru Anar Hacıyev iclasda iştirak etmədən iclas keçirilmişdir. Sonradan onun tərəfindən əldə olunmuş məlumatlara əsasən icra məmuru Anar Hacıyevin Sumqayıt İcra İdarəsi ilə əmək müqaviləsinə xitam verilməsinə görə iclasda iştirak etməməsi məlum olmuşdur. İşin icrası Sumqayıt İcra İdarəsinin böyük icra məmuru Tural İsayevə həvalə edilmişdir. Bundan əlavə qeyd edir ki, Borclu və onun vəkili Vəkil xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında borclunun 3 dəfə Sumqayıt İcra İdarəsinə getməsi barədə məhkəməyə yalan məlumat vermişlər və Borclu məhkəmə qərarının icra edilməsindən boyun qaçırmaqdadır. Bununla bağlı Sumqayıt İcra İdarəsində akt tərtib edilmişdir. Bununla əlaqədar Sumqayıt İcra İdarəsi tərəfindən təqdim edilmiş akta əsasən və Sumqayıt İcra İdarəsinin iş üzrə heç bir icra məmurunun iclasda iştirak etməməsini nəzərə alaraq, Sumqayıt İcra İdarəsi tərəfindən göndərilmiş təqdimata əsasən borclunun məcburi gətirilməsi ilə bağlı işə yenidən baxılması, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-151/2024 saylı qərardadının ləğv edilərək Borclu məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-151/2024 saylı, 13 mart 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-151/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. İşə apellyasiya məhkəməsində yazılı icraat qaydasında baxılarkən, Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən etiraz verilərək qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, "icra məmurunun çağırışlarına gəlməməsi barədə” Akt tam qanunazidd bir Aktdır va heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Belə ki, Borclu icra işi icra məmuru Anar Hacıyevin icraatında olmuşdur və bu Aktın tərtib edilməsində o iştirak etməmişdir. Aktı imzalayan şəxslər Borclu hansı vaxtlarda İcra İdarəsinə gəlməsinin qeydiyyatını aparan şəxslər deyildir, həmin şəxslər qeyd edilən məlumata malik olan şəxslər də deyildirlər. Onlar ancaq xx.xx.2024-cü il tarixdə həqiqətən də Borclu mobil telefonuna zəng edilmişdirsə və zəngə cavab verilməmişdirsə onu təsdiq edə bilərlər. Ancaq Aktı tərtib edən və imzalayan icra məmurları tərəfindən hansı mobil nömrədən zəng vurulduğu göstərilməmişdir. Eyni zamanda borcluya SMS-bildiriş və ya poçt vasitəsi ilə bildiriş də göndərilməmişdir. Bunun özü Aktın həqiqiliyini şübhə altına almaqla tələbkarın təzyiqi nəticəsində tərtib edildiyini göstərir.Borclu olaraq məhkəmə qətnaməsini icra etmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq bütün imkanlardan istifadə edir və bu barədə daima icra məmurunu rəsmi qaydada məlumatlandırır və onun icra məmurunun çağırışı ilə icra İdarəsinə gəlməsindən yayınması üçün heç bir səbəb yoxdur.Budan əlavə məhkəmə prosesində icra məmuru tərəfindən təqdimata borclu qismində Borclu rəsmi qaydada İcra İdarasinə dəvət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir.(SMS-bildiriş, Poçtla bildiriş va sairə). Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1578/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə ərizəsi təmin edilməli və Borclu məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmiş və Borclu xx.xx.2023-cü il tarixdə qeyd edilən qərarla tanış olmuş və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə borcluya məxsus ***-***-**-** nömrəli telefon nömrəsinə göndərilmiş SMS bildirişdən də müəyyən olunur ki, Borclu məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət olunacağına dair xəbərdar olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Anar Hacıyev tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. Borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiq olmuşdur. Qeyd edilənlərlə yanaşı Borclu icra məmurunun çağırışları üzrə vaxtında icra şöbəsinə getməsi və icra məmuruna məlumat göndərməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburi olduğundan və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, həmçinin Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirildiyindən, habelə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan, icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, təqdimat əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi ərizənin təmin olunmamasına dair düzgün hüquqi nəticəyə gəlməmişdir. Beləliklə məhkəmə kollegiyası şikayətin dəlillərini və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1578/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə ərizəsi təmin edilməli və Borclu məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-151/2024 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyevin Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1578/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə ərizəsi təmin edilsin. Borclu – xx.xx.1960-cı ildə Qazax rayonu, Eynallı kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilsin. Qərardadın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-40/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-40/2024
16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver