Məhkəmə qərarları › İş №8(105)-41/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-41/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-41/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən şikayət verilməsi (Açar sözlər: müddət bərpası) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X8 ibarət tərkibdə, Rüstəmli Aytən Kamil qızının katibliyi Borclu, Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadından Borclu tərəfindən şikayətə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, Şuşa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(077)-2/2012 saylı qətnaməsinin mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Masazır Bələdiyyəsinin cavabdehlər X4 və Borclu qarşı “Dövlət Torpağının və XK-nin Abşeron rayon Şöbəsinin tərtib etdiyi yerquruluşu planından çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, DƏDRX-nin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş **********78 reyestr nömrəli çıxarışa düzəliş edilməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə bələdiyyəyə təhvil verilməsi tələbinə dair” iddiasının təmin edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması, qətnamənin Borclu Masazır kəndi, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə bitişik 0,2263 ha torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılması, Borclu ailə üzvləri ilə birlikdə 0,2263 ha torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətdə bələdiyyəyə təhvil verilməsi hissəsində ləğv edilməsi, Masazır bələdiyyəsinin iddiasının bu hissədə təmin olunması, mübahisəli torpaq sahəsinə bitişik özbaşına tutulmuş uzunluğu 18 metr, eni 28,55 metr olan torpaq sahəsinin Masazır Bələdiyyəsinə qaytarılması qət edilmişdir.

2. Qətnamə xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almış və onun əsasında verilmiş 2(105)-1691/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1nə göndərilmiş və xx.xx.2019-cu il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır.

3. Maraqlı şəxs1 “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2020-ci il tarixli qərarına əsasən, icra sənədinin icra olunmadığı əsas gətirilməklə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsi rəhbər tutulmaqla, icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

4. Həmin Qərardan tələbkar Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən şikayət verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-1/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, qərar ləğv edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar tədbirlərin davam etdirilməsi qərara alınmışdır.

5. Maraqlı şəxs1 icra məmuru X1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra işinə əlavə olunan sənədə əsasən, icra sənədinin icrası mümkün olmaması səbəbindən, Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

6. Abşeron rayon Masazır Bələdiyyəsi bu qərardan şikayətlə xx.xx.2022-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(105)- 109/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır.

7. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, icra vərəqinin geri qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll olunmalıdır.

8. Abşeron rayon Masazır Bələdiyyəsi şikayətlə xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(012)-597/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırki icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verildiyindən bu icra sənədi üzrə icra məmurunun qərarından şikayət ərizəsi də məhz həmin məhkəməyə verilməlidir.

9. Bu qərardaddan Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(105)-137/2022 saylı qərardadı ilə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-597/2022 saylı qərardadı ləğv edilərək, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-597/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, 03 mart 2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.

11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-292/2023 saylı qərardadı ilə həmin qərardaddan Borclu verdiyi şikayət təmin edilmiş, qərardad ləğv edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, 03..03.2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından tələbkar Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

12. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, üçpilləli məhkəmə sisteminin mövcud olduğu şəraitdə işdə iştirak edən şəxslərin məhkəmə aktlarından şikayət vermək hüququnun təmin edilməsi məqsədilə Abşeron rayonu Masazır Bələdiyyəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayətə Şuşa Rayon Məhkəməsində baxılmalıdır.

13. Həmin qərardad yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

14. Maraqlı şəxs1 icra məmuru X1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icrası mümkün olmaması səbəbindən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

15. Bundan sonra tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi şikayətlə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra vərəqi üzrə icranın davam etdirilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(105)-1691/2015 qətnaməsinin icra olunması ilə əlaqədar icra tədbirləri davam etdirilməsi qərara alınmışdır.

17. Borclu qərardaddan şikayət vermişdir.

18. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-108/2023 saylı qərardadı ilə Borclu şikayəti qismən təmin edilərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və onunla bağlı xx.xx.2023-cü il tarixli qərardadlarının ləğv edilməsi, Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

20. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(077)–7/2023 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət müddətin bərpasına dair ərizə verilmədiyinə görə geri qaytarılmışdır.

21. Tələbkar yenidən həmin qərardaddan şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir.

22. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Masazır bələdiyyəsinin rəsmi müraciətindən sonra bu qərar bələdiyyəyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Həmin qərardan ilkin olaraq şikayətlə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(105)-109/2022 saylı qərardadı ilə birinci instansiya məhkəməsində baxılması əsas gətirilərək, şikayət geri qaytarılmışdır. Masazır bələdiyyəsi xx.xx.2022-ci il tarixdə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından şikayəti Abşeron Rayon Məhkəməsinə təqdim etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 8(012)-597/2022 saylı qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)- 137/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)- 597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Borclu tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilərək, “İcra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından tələbkar tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Masazır bələdiyyəsi tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin 8(012)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)- 292/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Masazır bələdiyyəsi tərəfindən müddət ötürülmədən xx.xx.2023-cü il tarixdə Şuşa Rayon Məhkəməsinə şikayət vermişdir. Şuşa Rayon Məhkəməsinin 8(077)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmuşdur. Borclu tərəfindən verilmiş şikayət Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-108/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qismən təmin edilərək, iş yenidən yenidən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Şuşa Rayon Məhkəməsinin 8(077)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Şuşa rayon məhkəməsinin 8(077)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-131/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə Masazır bələdiyyəsinin şikayəti təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də müddət bərpa edilməlidir.

23. Borclu müddətin bərpa edilməsinə dair ərizəyə etiraz edərək göstərmişdir ki, Maraqlı şəxs1 üç dəfə xx.xx.2022-ci il tarixli qərarla qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2015-cı il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 2-ci abzasında sonuncu tələbin icrasının mümkünsüzlüyünü müəyyən etmiş və icra sənədini Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmışdır. Abşeron İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı əvvəlki qərarlar kimi iştirakçılara, o cümlədən, ona və Masazır Bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə ümumi şöbənin məsul işçisi Səma Əliyevanın şəxsi imzası ilə qəbulu əsasında təhvil vermişdir. Belə ki, Masazır Bələdiyyəsinin hazırda mahiyyətcə mübahisələndirmək istədiyi xx.xx.2022-ci il tarixli Qərar xx.xx.2022-ci il tarixdə hüquqi şəxs olan Bələdiyyəyə qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmişdir. Qərarın xx.xx.2022-ci il tarixdə Masazır Bələdiyyəsinə təqdim edilməsi Bələdiyyənin ümumi şöbəsinin məsul işçisi Səma Əliyevanın şəxsi imzası ilə təsdiqini tapır. Hesab edir ki, məhkəmə araşdırmalarında qanunla müəyyən edilmiş müddətin ötürülməsinə aid prosessual normalar nəzərə alınaraq, Masazır Bələdiyyəsinin həmin qərardan verdiyi şikayət ərizələri, o cümlədən apellyasiya şikayətləri geri qaytarılmış, təmin edilməmişdir. Belə ki, Şuşa Rayon Məhkəməsi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Abşeron İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayəti AR MPM-nin 130.1-ci maddəsinə əsasən, .qanunla müəyyən olunan prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Həmin qərardaddan verilən şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, qəradadı qüvvəsində saxlanılmışdır. Hesab edir ki, X7 mübahisələndirilən qərardan verdiyi şikayət üzrə müddəti üzrsüz buraxmışdır. Belə ki, müddətin bərpası haqqında verilən ərizə özü-özlüyündə müddətin bərpası üçün yetərli deyildir. Bunun üçün həmin şəxs ərizəsində müddətin buraxılmasının üzrlü səbəbləri göstərməlidir. Mübahisələndirilən qərarı ümumi şöbənin işçisi Səma Əliyevanın imzası ilə qəbul etdiyi halda, Masazır Bələdiyyəsi bütün şikayətlərində iddia edir ki, məktub verilsə də, qərardad onun arxasında olmamışdır. Masazır Bələdiyyəsi bu əsasla çıxış etsə də, məhkəmələr həmin əsasları üzrlü səbəb saymamış və son nəticədə Masazır Bələdiyyəsinin qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və verilən şikayətlərin də prosessual müddətin bərpası üçün yetərli olmadığını bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Masazır Bələdiyyəsi hüquqi şəxs olduğu üçün müddətin ötürülməsi ilə bağlı istinad edilən səbəblər qanunvericliyin tələbinə uyğun olaraq, üzrlü səbəb sayıla bilməz. Odur ki, Masazır Bələdiyyəsi tərəfindən buraxılmış prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin edilməmədir.

24. Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadı ilə (hakim S.Mehrəliyev) Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(105)- 1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından tələbkar Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən şikayət verilməsi üçün müddətin buraxılması üzrlü hesab edilərək, buraxılmış müddət bərpa edilmiş və şikayətə baxılması 19 mart 2024-cü il tarixə, saat 11:30-a təyin edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə Maraqlı şəxs1“İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı tələbkara xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmuş, tələbkar tərəfindən həmin qərardan bütün hallarda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsi ilə müəyyən edilmiş 30 gün müddəti bitmədən məhkəməyə şikayətlə müraciət olunmuşdur. Məhkəmə hazırkı işdə Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsini analogiya üzrə tətbiq edərək hesab edir ki, xx.xx.2022-ci il tarixli qərarın Abşeron rayon Masazır Bələdiyyəsinə təqdim edilməsi Borclu tapşırılmadığından, onun tərəfindən həmin qərarın xx.xx.2022-ci il tarixdə bələdiyyənin işçisinə verilməsi rəsmi təqdim edilmə kimi qəbul edilə bilməz. Həmçinin, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra işinin təqdim olunmuş kserosurətində olan sənədlərdən tələbkar tərəfindən qərarın məhz xx.xx.2022-ci il tarixdə əldə olunması faktı birmənalı olaraq təsdiqini tapmışdır. Ona görə də, məhkəmənin gəldiyi qəti qənaətə əsasən qərarın tələbkara təqdim olunması tarixi kimi məhz xx.xx.2022-ci il tarixi əsas götürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisə predmeti olan qərardan şikayətə hansı məhkəmədə baxılması ilə bağlı prosessual qeyri-müəyyənliyin olması, nəticə etibarı ilə şikayətə baxılması müddətinin buraxılmasına səbəb olmuşdur.

26. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 70.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 128.1, 130.1, 133.1, 133.2, 133.3, 133.4, 133.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

27. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müddətin bərpa edilməsi barədə mövqeyi əsassız və qanunsuzdur. AR MPM-nin 136-137-ci maddəsinə əsasən, məhkəmə aktları və sənədləri işdə iştirak edən şəxslərə bildiriş vərəqəsinə imza etdirməklə verilir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli məktubla Maraqlı şəxs1 icraatında olan xx.xx.2020-ci il tarixli, 2(105)1691/2015 saylı icra sənədi qoşma: qərar, icra sənədinin əsli və materialların surəti əlavə edilməklə, xx.xx.2022-ci il tarixdə Abşeron rayon Masazır Bələdiyyəsinə ümumi şöbənin məsul şəxsi Səma Əliyevanın qəbul etdim dərkənarı ilə daxil olması qeydə alınmışdır. Müşaiyət məktubunun qəbul edilib imza edilmiş digər nüsxəsi Maraqlı şəxs1nə qaytarılmışdır. Masazır Bələdiyyəsinə təqdim edilmiş müşaiyət məktubunun, üzərinə qəbul edilmiş imzası qoyulmuş digər orginal nüsxəsi Abşeron rayon İcra Şöbəsinə verilmişdir. Bu əhəmiyyətli fakt Abşeron İcra və Probasiya Şöbəsinin cavab məktubunda da aydın təsdiqini tapır. AR MPM-nin 137-ci maddəsində göstərilir ki, məhkəmə aktlarının və sənədlərinin verilməsi barədə maddəyə əsasən, məhkəmə icraatında iştirak edən hüquqi şəxs olduqda, məhkəmə aktları və sənədləri həmin hüquqi şəxsin vəzifəli şəxsinə və ya səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir. İş materiallarından həmçinin görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarı Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi Maraqlı şəxs1 müşaiyət məktubunun ikinci əsl nüsxəsinə daxil olma tarixi qeyd edilməklə və nümayəndənin imzası ilə qəbul edilmişdir. Bu fakt mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərardadın X7 tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi alınmasını təsdiq edir. Qanunvericilik müddətin bərpası üçün təkcə ərizənin verilməsini yox, eyni zamanda bərpası tələb edilən müddətin buraxılma səbəbinin üzürlü olmasını zəruri şərt kimi qeyd etmişdir. Hazırkı halda belə bir səbəb nə ərizədə qeyd olunmamış, nə də ki iş materiallarında mövcud deyildir. Lakin işə baxan məhkəmə heç bir üzürlü səbəb olmadan müddətin təmin edilməsi barədə əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

28. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasından şifahi icraata keçərək, tərəflərin dinlənilməsi zəruri hesab edilmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmənin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli məktubla Maraqlı şəxs1 icraatında olan xx.xx.2020-ci il tarixli, 2(105)1691/2015 saylı icra sənədi (qoşma: qərar, icra sənədinin əsli və materialların surəti əlavə edilməklə) xx.xx.2022-ci il tarixdə Abşeron rayon Masazır Bələdiyyəsinə ümumi şöbəyə təqdim edilmiş və şöbənin məsul şəxsi Səma Əliyeva tərəfindən “qəbul etdim” dərkənarı ilə qeydə alınmışdır. Müşaiyət məktubunun qəbul edilib imza edilmiş digər nüsxəsi Maraqlı şəxs1nə qaytarılmışdır. Qərardan qanunda nəzərdə tutulan müddət çərçivəsində şikayət verilməmişdir. Bundan sonra Masazır Bələdiyyəsi dəfələrlə şikayət vermiş və apellyasiya instansiya məhkəməsinin qərardadı ilə şikayət təmin edilməmişdir. Bu qədər müddət keçməsinə baxmayaraq Bələdiyyənin qərardan şikayət verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddəti bərpa edilməsi barədə vəsatətini işə baxan məhkəmə əsassız olaraq təmin etmişdir. Müddətin üzürlü səbəbdən ötürülməsinə dair vəsatətdə heç bir dəlil yoxdur. Belə olan halda məhkəmənin mövqeyi qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən Borclu sonda şikayətin təmin edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X5 şikayətə etiraz edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə Maraqlı şəxs1 “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı tələbkara rəsmi qaydada təqdim olunmamışdır. Borclu sözügedən qərarı Bələdiyyəyə təqdim etmək səlahiyyəti olmamışdır. Ona icra şöbəsindən bu iş həvalə edilməmişdir. Mübahisələndirilən qərar Masazır bələdiyyəsinin rəsmi müraciətindən bələdiyyəyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Həmçinin Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli, 17/75 1534 – İQ nömrəli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı Abşeron rayon Masazır Bələdiyyəsinə təqdim edilməsi üçün Borclu təqdim edilməmişdir. Belə olan halda Masazır Bələdiyyəsinin qərardan şikayət vermə müddətini ötürməsində söhbət gedə bilməz. İşdən göründüyü kimi Bələdiyyə qərardan şikayəti ilk dəfə vaxtında vermiş, daha sonra isə məhkəmə qərarlarındakı mövqeyə uyğun olaraq sonrakı prosessual hərəkətləri etmişdir. İşə baxan məhkəmənin vəsatəti təmin etməsi barədə mövqeyi əsaslıdır. Hazırkı şikayətdə qeyd olunanlar isə əsassızdır. Ona görə də nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

32. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

33. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Şikayətdən görünür ki, apellyator Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

35. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməsinə dair Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadı ləğv edilməklə, həmin vəsatətə yenidən baxılması üçün mülki iş Şuşa Rayon Məhkəməsinə qaytarılmalıdır.

37. Belə ki, işin yuxarıda sadalanan ardıcıllığından görünür ki, hazırki mübahisə, daha dəqiq formada ifadə edilərsə şikayətçi Masazır Bələdiyyəsinin şikayətinin əsas dəlili onun xeyinə qəbul edilmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə qəbul edilmiş “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə” Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsindən ibarətdir.

38. Belə ki, işə baxan məhkəmə şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti bərpa etmiş, bu qərardan narazı qalan Borclu şikayət vermişdir. Şikayətçi qeyd edir ki, hazırkı halda müddətin bərpa edilməsi üçün heç bir əsas mövcud olmadığı halda məhkəmə vəsatəti təmin etmişdir.

39. Məhkəmə kollegiyası şikayətin mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, işin yuxarıda sadalanan ardıcıllığından bəlli olduğu kimi son nəticədə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(077)–7/2023 saylı qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1691/2015 saylı icra sənədi üzrə “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş şikayət müddətin bərpasına dair ərizə verilmədiyinə görə geri qaytarılmışdır. Yəni qanuni qüvvəsini almış məhkəmə aktına əsasən Masazır Bələdiyyəsinin mübahisələndirilən qərarı rəsmi qaydada alması tarixi məhz Bələdiyyənin nümayəndəsinin imza etməklə qəbul etdiyi xx.xx.2022-ci il tarix qəbul edilmişdir. Belə olan halda Bələdiyyənin qərardan şikayət vermə müddətini ötürməsi halı işin mübahisəsiz halını təşkil edir.

40. Şikayət üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, müddətin bərpa edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi, müddətin ötürülməsinin hansı üzrlü səbəbdən baş verməsini tam araşdırmamış, mübahisələndirilən icra sənədinin geri qaytarılması barədə qərarın aid olduğu icra işini tələb edərək, icra məmurunu dinləmədən, yuxarıda qeyd olunan halları əlaqəli şəkildə yoxlamamış, sözügedən qərarı tərəflərə (o cümlədən Masazır Bələdiyyəsinə) rəsmi poçt vasitəsilə, yaxud proses iştirakçıları vasitəsilə göndərilməsini, həmçinin icra məmurunun məktubları arasındakı ziddiyyətli halları aydınlaşdırmadan qərar qəbul etmişdir.

41. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi eyni qurum tərəfindən verilmiş və bir-biriləri ilə ziddiyyətli halları əks etdirən cavab məktublarına hüquqi qiymət verməmiş, hazırkı mübahisə üzrə işin həqiqi hallarının bir-biriləri ilə ziddiyyət təşkil edən hansı arayışla düzgün əks olunduğunu müəyyən etməmiş və bu ziddiyyətlərə ümumiyyətlə hüquqi aydınlıq gətirməmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalı, Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Vəsatətin təkrar araşdırması zamanı mübahisə ilə bağlı işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməli, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 8(077)-1/2024 saylı, 05 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin, Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli qərarından şikayət verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin bərpasına dair Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş vəsatətə yenidən baxılması üçün iş Şuşa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar