Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-41/2025 14.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, Maraqlı şəxs ASCnin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Borclular Məmməd Elçin Məmməd oğlunun və Məmmədli Səbinə Məmməd qızının Cavabdeh hərəkətlərindən şikayət ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Məmməd Elçin Məmməd oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Borclular Məmməd Elçin Məmməd oğlu və Məmmədli Səbinə Məmməd qızı Cavabdeh hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə 2(060)-1311/2011 saylı, 17 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimatın verilməsi və əmək haqqından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması haqqında qərar qəbuİ edilməsini xahiş etmişdir. Borclular Məmməd Elçin Məmməd oğlu və Məmmədli Səbinə Məmməd qızı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə borclu şəxs Səbinə Məmmədli arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 336 K/08su saylı kredit müqaviləsinə əsasən sonuncunun bank qarşısında borc öhdəliyi yaranıb. Digər borclu şəxs Elçin Məmməd isə həmin öhdəliyin təminatı kimi zamin olub. Borcun ödənilməsində çətinlik yarandığından kreditor məhkəməyə müraciət edib və hazırkı iş üzrə borclu şəxslərdən ümumilikdə 16,193.09 ABŞ dollar borcun tutulması qət edilib. Həmin qətnamə qanuni qüvvəsini xx.xx.2013-cü il tarixdə alıb və icra vərəqəsi üzrə icraya yönəlib. Buna baxmayaraq həmin dövrdə tərəflər əsasında əldə edilmiş yazılı razılığa əsasən müvafiq cədvəl əsasında borcun ödənilməsi həyata keçirilmiş, tərəflər arasında borc öhdəliyi qalmamışdır. Lakin bu barədə bank tərəfindən icra idarəsinə hər hansı məlumat verilməyib. Göstərilən borc müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilsə də Cavabdeh tərəfindən 2020-ci ilin sonlarından etibarən yenidən tutulmalara başlanılmış və borclu şəxs Səbinə Məmmədliyə məxsus əmək haqqından indiyə qədər tutulma həyata keçirilməkdədir. Hətta bu proses kredit götürülən zamankı məzənnə və ölkədə baş vermiş devalivasiya da nəzərə alınmadan həyata keçirilir. Bu barədə dəfələrlə icra idarəsinə bildirilsə də nəticəsi olmayıb. Borc alanın bağlanmış öhdəliyini ASAN xidmət tərəfindən Azərbaycan Kredit Bürosundan verilmiş 02 may 2019-cu il tarixli çıxarış da təsdiq edir. Hətta kredit üzrə zamin Elçin Məmmədin Azərbaycan Kredit Bürosundan verilmiş 02 may 2019-cu il tarixdə əldə etdiyi çıxarışdan da görünür ki, onun da "xxxx" KB ASC qarşısında zamin kimi öhdəliyi yoxdur. Borclu şəxs Səbinə Məmmədli tərəfindən Azərbaycan Kredit Bürosundan verilmiş çıxarış da əlavə edilməklə Ədliyyə Nazirliyi İcra baş idarəsi və Cavabdehnə sonuncu dəfə 2021-ci ilin dekabrında yazılı ərizə təqdim edilməsinə baxmayaraq problem bu günə qədər öz müsbət həllini tapmamışdır. Mövcud problem borclu şəxs Səbinə Məmmədlinin maddi vəziyyətinə və ailəsinin minimal yaşayış tərzinə mənfi təsir edir. Həmçinin borclu şəxslərin mülkiyyət hüquqları pozulur. Səbinə Məmmədlinin qızı Rəbiə Məmmədlinin səhhəti pisdir və müalicəsi üçün kifayət qədər vəsait xərclənməlidir. Lakin olmayan kredit borcunun əmək haqqından tutulmasının hələ də davam etdirilməsi minimum yaşayış meyarlarının pozulması ilə yanaşı iddiaçı Səbinə Məmmədlinin qızının müalicəsinin lazımınca aparılmamasına gətirib çıxarır. Azərbaycan Kredit Bürosundan əldə edilən çıxarışdan da görünür ki, qeyd olunan icra vərəqəsi üzrə tələb olunan borc öhdəliyi artıq mövcud deyildir. Həmin borc üzrə öhdəliklər xeyli müddətdir ki, artıq icra olunmuşdur. Yəni, kreditor "Unibank” KB ASC-nın qarşısında iddiaçıların hər hansı öhdəlikləri mövcud deyildir. Yuxarıda qeyd etdiklərinə əsasən, borclular şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclular Məmməd Elçin Məmməd oğlunun və Məmmədli Səbinə Məmməd qızının Cavabdeh hərəkətlərindən şikayət ərizəsi təmin edilməmişdir. Borclu Məmməd Elçin Məmməd oğlu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, borclu Məmməd Elçin Məmməd oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayəti ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(105)-120/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu Məmməd Elçin Məmməd oğlunun şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli və onunla bağlı 02 sentyabr 2024-cü il tarixli qərardadları ləğv edilmiş, borclular Məmməd Elçin Məmməd oğlu və Məmmədli Səbinə Məmməd qızı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) borclular Məmməd Elçin Məmməd oğlunun və Məmmədli Səbinə Məmməd qızının Cavabdeh hərəkətlərindən şikayət ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1311/2011 saylı, 17 mart 2011-ci il tarixli icra sənədi üzrə icra işinin materialları ilə isə icra sənədinin borclular tərəfindən tam məbləğdə icra edilmədiyi öz təsdiqini tapmışdır. Sözügedən icra sənədi üzrə qalan borcun dəqiq məbləği hazırki icraat üzrə araşdırma predmeti deyildir. Belə ki, həmin icra sənədi üzrə bugünki tarixə bu və ya digər məbləğdə borc məbləğinin qalması hazırki şikayət ərizəsinin təmin edilməməsinə kifayət edir. Borclu Məmməd Elçin Məmməd oğlu Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qərardadından şikayət verərək, Sumqayıt şəhər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini və Cavabdeh üzərinə 2(060)-1311/2011 saylı, 17 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimatın verilməsi və Məmmədli Səbinə Məmməd qızının əmək haqqından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu tərəfindən öhdəlik tam icra edilsə də tələbkar bank tərəfindən icra idarəsinə hər hansı məlumat verilməyib. Göstərilən borc müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilsə də Cavabdeh tərəfindən 2020-ci ilin sonlarından etibarən yenidən tutulmalara başlanılıb və borclu şəxs Səbinə Məmmədliyə məxsus əmək haqqından indiyə qədər tutulma həyata keçirilməkdədir. Borc alanın bağlanmış öhdəliyini ASAN xidmət tərəfindən Azərbaycan Kredit Bürosundan verilmiş 02 may 2019-cu il tarixli çıxarış da təsdiq edir. Hətta kredit üzrə zamin Elçin Məmmədin Azərbaycan Kredit Bürosundan verilmiş eyni tarixli çıxarışdan da görünür ki, onun da Unibank KB ASC qarşısında zamin kimi öhdəliyi yoxdur. Sumqayıt Şəhər Məhkəməsi hazırki iş üzrə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə bütün sübutları tam və hərtərəfli qiymətləndirməmiş, yalnız mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs ASC-nin təqdim etdiyi etirazda göstərilənlərə əsaslanmışdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə bu günkü tarixə bu və ya digər məbləğdə borc məbləğinin qalması hazırki şikayət ərizəsinin təmin edilməməsinə kifayət edir. Bundan əlavə, İcra sənədinin əslinin məhkəməyə təqdim olunması ilə bağlı Məhkəmənin sorğusuna Cavabdeh cavab məktubunu xx.xx.2025-ci il tarixdə imzalasa da məhkəməyə xx.xx.2025ci il tarixdə daxil olmuşdur. Yəni, həmin sənədlər məhkəmənin yekun aktı qəbul edildikdən sonra əldə edilmişdir. Məhkəmə bu icra sənədini araşdırmadan necə yekun nəticəyə gələ bilmişdir? Halbuki, bu apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş əsas göstərişlərdən biri idi. Görünən odur ki, birinci instansiya işin ədalətli araşdırılmasında maraqlı olmamış və öncədən hasil olmuş qənaəti əsasında mübahisələndirilən məhkəmə aktını qəbul etmişdir. Bununla da mövcud vəziyyətin zamin kimi onu da əlverişsiz vəziyyətə saldığından məhkəmə obyektiv nəticəyə gəlməyib. Ona görə də qərardad ləğv edilməli və şikayətçilərin ərizəsi təmin edilməlidir. Belə ki, tələbkar "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilir ki, kredit müqaviləsi barədə icra işləri (hazırki iş) 2022-ci il tarixindən BOA Kollektor Agentliyinə satıldığı üçün borc vəziyyəti barədə maliyyə arayışını təqdim etmək mümkün deyildir. Görünən odur ki, bank özü də etiraf edir ki, bağlanmış öhdəliyin aqibəti barədə onlarda hər hansı məlumat yoxdur. Tələbkar bankın özünün belə aqibətindən məlumatı olmadığı borc üzrə öhdəliklərin icrası Cavabdeh tərəfindən necə icra edilmişdir? Tələbin digər quruma keçməsi və həmin tələbin icra edilməsinin davam etdirilməsi ilə bağlı hər hansı sənəd İcra İdarəsinə təqdim edilibmi? Eyni zamanda Unibank KB ASC tərəfindən borc tələbi satılan Maraqlı şəxs ASC-nin xx.xx.2024-cü il tarixli arayışdan və xx.xx.2025-ci il tarixli etiraz ərizəsindən görünür ki, həmin kredit müqaviləsi üzrə Səbinə Məmmədlinin 5696,29 ABŞ dolları borcu qalıb. Bu borc heç azalmır? Halbuki artıq 4 ildir ki, Səbinə Məmmədlinin əmək haqqından hər ay avtomatik borc tutulur və indiyə qədər borcun qalması isə praktiki mümkün deyildir. Belə ki, "xxxx" ASC-nin etirazında qeyd edilir ki, ərizəçilər tərəfindən təqdim edilən Azərbaycan Kredit Bürosunun (AKB) 02 may 2019-cu il tarixli çıxarışı birbaşa ödənişləri təsdiq edən sənəd olmadığından və üzərindəki zəruri məlumat rekvizitlərində əskiklik olduğundan mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin xüsusilə çatdırmaq istəyir ki, həmin sənəd mötəbər sübut olmasaydı, hər hansı vətəndaşa kredit verilərkən ilk öncə onun kredit tarixçəsi öyrənilməz və əsas mənbə də AKB-nin Mərkəzləşmiş Kredit Reyestrindən alınmış həmin çıxarışlar olmazdı. Hətta kredit müraciəti zamanı bankda vətəndaşdan bununla bağlı razılıq ərizəsi də alınır. Həmin çıxarışın üzərindəki zəruri məlumat rekvizitlərində əskiklik olması onların problemi deyildir və mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas deyildir. Əgər təqdim olunan bu çıxarışlarda reallığı öyrənmək mümkün deyilsə, onda AKB-nin funksiyası nədir? Həmin məntiqlə BOA-nın təqdim etdiyi çıxarışda göstərilən bağlı kreditlər üzrə digər kreditorlar da ödəniş tələblərini davam etdirməli idi? Hətta BOA nümayəndəsinin təqdim etdiyi son çıxarışda da tələblərin tam ödənildiyi əksini tapmışdır. Nümayəndə isə etirazında Səbinə Məmmədliyə aid AKB-dən olan çıxarışdakı “Borcalanın bağlanmış öhdəlikləri” adlı bölmənin bloklarında isə belə sətirlərin olmadığını, silinməyə oxşar ləkələrin olunduğunu və həmin blokların çərçivədə olmadığını göstərir. Vətəndaşı bu qədər ələ salmağın, qanunlara hörmətsizliyin və vətəndaşa qarşı qərəzli münasibətin səbəbi nədir?! Bu illər ərzində ərizəçilərin borcun bağlı olması barədə məsələ qaldırmamasının səbəbi isə borcu artıq bağlı bilmələri olmuş və ona görə digər kredit ehtiyacları üçün 2019-cu ildə AKB-dən məlum çıxarış götürülmüşdür. Ödəniş isə icra idarəsinin tələbi ilə 2021-ci ilin sonlarından etibarən əmək haqqıdan avtomatik olaraq tutulur. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən verilmiş 2021-2024-cü illəri əhatə edən əməkhaqqıdan tutulmaları əks etdirən arayış məhkəməyə təqdim edilib. Məhkəmə qərardad qəbul edərkən işə aid zəruri olan bütün halları nəzərə almayıb, yalnız Maraqlı şəxs ASC-nin etirazında göstərilənlərə əsasında və icra sənədləri ilə tanış olmadan icra sənədi üzrə borc məbləğinin mövcud olması qənaətinə gəlib. Lakin məhkəmə tərəfindən Azərbaycan Kredit Bürosunun şikayətçilərin öhdəliklərinin olmaması ilə bağlı 02 may 2019-cu il tarixli çıxarışına heç münasibət belə göstərilməyib. Halbuki həmin rəsmi dövlət qurumunun təqdim etdiyi çıxarış borcla bağlı movcud vəziyyət əsasında tərtib edilib. Tərəflər arasında mübahisə olduğu üçün həmin məbləğ araşdırılmalı, şərh olunan hallarla bağlı şübhə və anlaşılmazlıqları aradan qaldırmaq üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli idi. Məhkəmə hazırki iş üzrə icra sənədini araşdırmadan hesab etmişdir ki, icra sənədi üzrə bu günkü tarixə bu və ya digər məbləğdə borc məbləğinin qalması hazırki şikayət ərizəsinin təmin edilməməsinə kifayət edir. İcra sənədinin əslinin məhkəməyə təqdim olunması ilə bağlı məhkəmənin sorğusuna Cavabdeh cavabı (icra sənədləri) məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Yəni, həmin sənədlər məhkəmənin yekun aktı qəbul edildikdən sonra əldə edilmişdir. Məhkəmə isə bu icra sənədini araşdırmadan yekun nəticəyə gəlmişdir. Halbuki, bu apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş əsas göstərişlərdən biri idi. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(105)-41/2025 nömrəli qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, tələbkarla aralarında tələbin güzəşti müaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdən tələb hüququ Maraqlı şəxs ASC-yə keçmişdir. Hazırda borcluların 5690 dollar, 61 sent məbləğində borcu var. Borclunun kredit reyestrində borcunun görünməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, bununla əlaqədar olaraq "xxxx" MMC ilə telelfon əlaqəsi saxlanılmış, şifahi olaraq bildirilmişdir ki, texniki səhvlə bağlı olaraq borcun bağlandığı görünsə də, sonradan borcluların hələ də borclarının aktiv statusunda olduğu məlum olmuşdur. Əgər borclular borclarının həqiqətən də bağlandığını iddia edirlərsə, "xxxx" MMC-yə rəsmi müraciət ünvanlayaraq onu təsdiq edən sənədləri əldə edib təqdim edə bilərdilər, lakin bununla bağlı heç bir addım atmamışlar. Ona görə də şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, borclular məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1311/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən kredit üzrə 12718,37 ABŞ dolları, faiz üzrə 2937,29 ABŞ dolları, cərimə üzrə 537,43 ABŞ dolları, cəmi 16193,09 ABŞ dolları ABŞ dolları və dövlət rüsumu kimi 20 manat məbləğində pul vəsaitinin cavabdehlər (borcalan) Məmmədli Səbinə Məmməd qızı və (zamin) Məmməd Elçin Məmməd oğlundan müştərək qaydada tutularaq, iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməsi, kredit üzrə borcunun cavabdeh Məmmədli Səbinə Məmməd qızma məxsus 2 ədəd kompyuter (iş avadanlığı), kserokopiya (iş avadanlığı), yumşaq dəsti (iş avadanlığı), televizor (iş aVadaniığı), soyuducu, divar dəsti, qaz plitəsi, televizor, tv altı, yumşaq dəsti, xalça və paltaryuyandan ibarət əşyalara yönəldilməsi, Məmmədli Səbinə Məmməd qızına məxsus 2 ədəd kompyuter (iş avadanlığı), kserokopiya (iş avadanlığı), yumşaq dəsti (iş avadanlığı), televizor (iş avadanlığı), soyuducu, divar dəsti, qaz plitəsi, televizor, tv altı, yumşaq dəsti, xalça, paltaryuyandan ibarət əşyaların götürülməsi və hərracda satılması, satışdan əldə edilən pul hesabına kredit üzrə borcun "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1311/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün xx.xx.2013-cü il tarixdə Cavabdehnə göndərilmişdir. İcra işində olan və məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilən "xxxx" KB ASC ilə borclu arasında olan xx.xx.2012-ci il tarixli razılaşmadan görünür ki, tərəflər qalıq 15655,66 ABŞ dollar borc məbləğini hər ay 434,87 ABŞ dolları ödəməklə, 36 ay müddətinə ödəməyə razılaşmışlar. İcra işində olan və məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilən "xxxx" KB ASC-nin nümayəndəsinin Sumqayış şəhər İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə qalıq borcun 11671 ABŞ dolları təşkil etməsi qeyd olunmuşdur. İcra işində olan və məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilən icra məmurunun tərəflərə və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ünvanladığı 31 avqust 2020-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə borc məbləği 5835,5 ABŞ dolları təşkil edir. İş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışından görünür ki, S.Məmmədlinin əmək haqqında 2020-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına kimi 7377,24 manat pul tutulmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, borclular icra sənədi üzrə öhdəliklərinin tam icra olunduğunu iddia edərək, dolayısı ilə icra sənədi üzrə icraata xitam verilməli olmasını iddia etmişlər ki, borcluların bu iddiası "xxxx" MMC-nin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli kredit tarixçəsinə dair çıxarışlara əsaslanmışdır. Borclu Cavabdeh üzərinə 2(060)-1311/2011 saylı, 17 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimatın verilməsi öhdəliyinin qoyulmasını xahiş etsə də əslində borclunun tələbi icra sənədinin icrasına xitam verilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyindən şikayət olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən isə tərəflər icraatda icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmçinin, borclular Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışına əsasən ümumilikdə borclu S.Məmmədlidən tutulmuş 7377,24 manat pulun geri qaytarılmasını xahiş etmişlər ki, məhkəmə kollegiyası şikayətin dəlilləri həddində işə baxmışdır. Məhkəmə kollegiyası borclulunarın təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli kredit tarixçəsinə dair çıxarışa münasibətdə qeyd edir ki, öhdəliyin lazımınca icrasını təsdiq edən sənəd, borcun ödənilməsinə dair müvafiq ödəniş sənədləri və ya kreditorun öhdəliyə xitam verildiyi barədə təsdiqlənmiş arayışı hesab olunur. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli kredit tarixçəsində kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsinə dair olan məlumat borclunun öhdəliyini lazımınca icra etməsini təsdiq edən sənəd hesab olunmur. Belə ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən Bu Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən kredit bürosu - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış və bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxsidir. ; Həmin qanunun 6.1-ci maddəsinə əsasən Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. Həmin qanunun 6.2-ci maddəsinə əsasən Bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növü ilə yanaşı kredit bürosu aşağıdakı fəaliyyət növlərini həyata keçirir: 6.2.1. kredit tarixçələrinin tərtib edilməsi və onlardan istifadənin avtomatlaşdırılması üçün xüsusi proqram təminatının hazırlanması və realizə edilməsi; 6.2.2. kredit bürolarının fəaliyyətinə aid olan xüsusi ədəbiyyatın və digər məlumat materiallarının realizə edilməsi; 6.2.3. kredit tarixçələrinin tərtib edilməsi və onlardan istifadə ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi; 6.2.4. kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi və kredit tarixçəsinin subyektlərinə fərdi kredit reytinqlərinin verilməsi; 6.2.5. statistik tədqiqatların aparılması; 6.2.6. kredit bürosunun əsas fəaliyyətini dəstəkləyən digər fəaliyyət. Həmin qanunun 13.2.2-ci maddəsinə əsasən isə kredit tarixçəsinin subyekti kredit bürosundan kredit hesabatlarını almaq hüququna malikdir. Göründüyü kimi "xxxx" MMC-nin fəaliyyətinin istiqamətləri “Kredit büroları haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənir ki, borclunun kredit tarixçəsinin subyekti qismində kredit bürosundan kredit hesabatlarını almaq hüququ vaddır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, borclu "xxxx" MMC-yə müraciət etməklə, qeyd olunan kredit müqaviləsi üzrə bağlanmış öhdəliyə dair məlumatın tarixçəyə yerləşdirilməsinə əsas olan müvafiq sənədi və ya buna əsas verən hallar barədə məlumat almaq hüququna malikdir ki, qeyd olunan məlumatın kredit tarixçəsinə yerləşdirilməsinə əsas olan sənəd kreditorun öhdəliyin borclu tərəfindən lazımınca icrasını təsdiq edən müvafiq sənədi olduğu təqdirdə həmin sənədi əldə edib, icra məmuruna təqdim etməklə icra sənədi üzrə icraata xitam verilməsini yenidən tələb edə bilər. Buna görə də məhkəmə kollegiyası borclunun "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli kredit tarixçəsinə dair çıxarışda qeyd olunan məlumata əsasən öhdəliyinə xitam verilməsi ilə bağlı dəlilini əsassız hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, borclunun digər tələbi icra məmurunun hərəkət və ya hərəkətsizliyi adı altında icra şöbəsindən pul tələb etməsi ilə bağlı olmuşdur ki, qeyd olunan şikayət çərçivəsində həmin tələbə baxılması da mümkünsüz olmuşdur. Belə ki, icra sənədinin icrası zamanı borcludan artıq məbləğdə pulun tutularaq tələbkara verilməsi halında borclunun əsassız varlanma qaydalarına müvafiq olaraq, müvafiq icra şöbəsinə qarşı deyil, əsassız varlanan tələbkara qarşı tələb irəli sürməsi əsaslı hesab olunur ki, bu halda da icra icraatı çərçivəsində icra sənədi üzrə pulun artıq tutulması müəyyən edilmiş olsun. Buna görə də məhkəmə kollegiyası borclunun şikayətini əsassız hesab etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası borclunun gələcəkdə edə biləcəyi prosessual hərəkətlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, borclular tərəfindən edilmiş ödənişlərə əsasən öhdəliyin tam icra olunub-olunmamasını müəyyən etmək üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi əldə edilmişdir ki, həmin rəydə xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinədən borclu tərəfindən 5648,51 ABŞ dollarının ödənilməsi qeyd olunmuşdur. Lakin, həmin rəydə Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışda 2020-ci ilin oktyabr və noyabr ayları üzrə edlmiş 426,87 manat ödəniş, həmçinin 2022-ci il və 2023-cü il tarixlərdə edimiş 4347,74 manatlıq ödəniş məbləğləri nəzərə alınmamışdır. Ümumiyyətlə isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışında tutulmaların hansı icra sənədi üzrə aparılması müəyyən edilməməkdədir. Digər tərəfdən isə iş materiallarında S.Məmmədlinin "xxxx" KB ASC qarşısında xx.xx.2020-ci il tarixli, 3624nkSUM/20 saylı kredit müqaviləsi üzrə əlavə olaraq 2318 manatlıq kredit öhdəliyinin də olması müəyyən edilməkdədir. Yuxarda istinad olunan "xxxx" KB ASC ilə borclu arasında bağlanmış xx.xx.2012-ci il tarixli razılaşmaya əsasən qalıq borc məbləği 15655,66 ABŞ dolları müəyyən edilmiş, həmin tarixdən 2020-ci ilin sentyabr ayına kimi isə ekspert rəyi və icra işində olan ödəniş qəbzlərinə (həmin qəbzlər ekspert rəyində nəzərə alınmışdır) əsasən borclular tərəfindən 3984,61 ABŞ dolları ödənilmişdir. Həmçinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışında isə 2020-ci ilin oktyabr və noyabr ayları üzrə 426,87 manat pulun ödənilməsi müəyyən edilir ki, bununla da xx.xx.2012-ci il tarixli razılaşmadan sonra 2020-ci ilin sentyabr ayınadək 4235,71 ABŞ dolları ödənişin aparılması təsdiq olunur. Belə olduğu təqdirdə qalıq borc məbləği müvafiq hesablamaya əsasən 11419,95 (15655,66-4235,71=11419,95) təşkil edir ki, bu da yuxarıda istinad olunan "xxxx" KB ASC-nin nümayəndəsinin Sumqayış şəhər İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunan 11671 ABŞ dolları məbləğinə uyğun olmaqla, həmçinin yuxarıda istinad olunan icra məmurunun S.Məmmədlinin əmək haqqısından tutulma aparılmasına dair 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ünvanladığı 31 avqust 2020-ci il tarixli məktubda qeyd olunan icra sənədi üzrə 5835,5 ABŞ dolları qalıq borc məbləğinə uyğun olmamışdır. Həmçinin, icra məmuru icra sənədi üzrə 5835,5 ABŞ dolları qalıq borc müəyyən etdiyi halda, ümumi borcun 7 faizi miqdarında 566,75 ABŞ dolları icra ödənişi tələb etmişdir ki, 566,75 ABŞ dolları icra ödənişi məbləği nə ümumi borun (15655,66), nə nümayəndənin iddia etdiyi qalıq borcun (11671), nə də ki icra məmurunun müəyyən etdiyi borcun 7 faizlik məbləğinə (5835,5) uyğun olmuşdur. Yəni, iş materiallarında olan ödəniş məbləğləri və "xxxx" KB ASC-nin nümayəndəsinin Sumqayıt şəhər İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunan 11671 ABŞ dolları məbləği nəzərə alındıqda icra məmurunun 31 avqust 2020-ci il tarixinə qalıq borcun 5835,5 ABŞ dolları məbləğində olmasını müəyyən etməsi anlaşlan olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci ilin sentyabr ayınadək qalıq borcun 5835,5 ABŞ dolları olması nəzərə alındıqda belə qeyd olunan borc məbləğinin tam olaraq ödənilməsi iş materialları ilə müəyyən edilməməkdədir. Belə ki, iş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışında 2020-ci ilin oktyabr ayından 2023-cü ilin avqust ayına kimi 7377,24 manat məbləğin, yəni (7377,24:1,7=4339,55 ABŞ dolları) 4339,55 ABŞ dollarının ödənilməsi təsdiq olunur ki (həmin ödənişlərin qeyd olunan icra sənədi üzrə aparılması nəzərə alındıqda) bu da qalıq borc məbləğinin tam olaraq ödənilməməsini təsdiq edir. Bundan başqa "xxxx" KB ASC-nin nümayəndəsinin Sumqayıt şəhər İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunan qalıq borcun 11671 ABŞ dolları olması nəzərə alındıqda da borcun tam olaraq ödənilməsi müəyyən edilmir. Belə ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışında isə 2020-ci ilin oktaybr ayından 2023-cü ilin avqust ayına kimi ümumilikdə 7377,24 manat pul vəsaitinin əmək haqqından tutulması qeyd olunmuşdur ki, ekspert rəyində xx.xx.2021-ci il tarixinə kimi edilmiş ödənişlərlə Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışındakı xx.xx.2021-ci il tarixinədək olan ödənişlərin hətta ayrı-ayrı ödənişlər olması belə nəzərə alındıqda icra sənədi üzrə öhdəliyin tam olaraq icra olunmaması müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası borcluya izah edir ki, ilk əvvəl "xxxx" MMC-yə müraciət edərək xx.xx.2019-cu il tarixli kredit tarixçəsinə dair çıxarışa daxil edilən öhdəliyə xitam verilməsinə dair məlumatın yerləşdirilməsinə əsas olan sənədi əldə etməli və ya buna dair müvafiq məlumat almalı, qeyd olunan məlumat və ya sənəd kreditorun borclunun öhdəliyinin lazımınca icrasına dair müvafiq sənəd olduğu təqdirdə həmin sənədi əldə edib, icra məmuruna təqdim etməklə icra sənədi üzrə icraata xitam verilməsini yenidən tələb etmək hüququna malikdir. Bundan başqa borclu icra məmuruna müraciət edib, "xxxx" KB ASC-nin nümayəndəsinin Sumqayıt şəhər İcra İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunan 11671 ABŞ dolları qalıq borcu ilə icra məmuru tərəfindən 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ünvanlamış 31 avqust 2020-ci il tarixli məktubda qeyd olunan 5835,5 ABŞ dolları qalıq borc məbləği arasındakı ziddiyyətin aydınlaşdırmasını, ekspert rəyində və Abşeron-Xızı Regional Təhsil İdarəsinin 06 sentaybr 2023-cü il tarixli əmək haqqından tutulmalara dair arayışında qeyd olunan məbləğlərin icra sənədi üzrə, yoxsa S.Məmmədlinin "xxxx" KB ASC qarşısında mövcud olmuş xx.xx.2020ci il tarixli, 3624nkSUM/20 saylı kredit müqaviləsi üzrə 2318 manatlıq kredit öhdəliyinə silinib-silinməməsini müəyyən etməklə, icra sənədi üzrə qalıq borcunun dəqiqləşdirməsini tələb etmək hüququna malikdir. Bundan baqşa icra işində icra məmuru tərəfindən borclu E.Məmmədovun işlədiyi "xxxx" MMC-yə icra sədinin icra olunmasına dair göndəriş olsa da E.Məmmədovun əmək haqqından tutulmaların olub-olmamasında dair iş materiallarında hər hansı bir məlumat mövcud olmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Məmməd Elçin Məmməd oğlunun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-41/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-41/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver