Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-42/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin 8(031)-9/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim A.Məmmədov) ərizənin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 2(031)- 339/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay bir uşağa görə sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləği 0.60 misli həddində indeksasiya aparılması, qərardadın icrası Maraqlı şəxsnə həvalə edilməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 8(031)-9/2025 nömrəli mülki işi üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardadından həmin iş üzrə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin 8(031)-9/2025 nömrəli mülki işi həmin iş üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardadından Borclu tərəfindən verilmiş şikayət ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 ərizə ilə məhkəməyə müraciət edərək, Şabran rayon məhkəməsinin 2(031)- 339/2021 nömrəli 07 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Borclu ilə 22 iyul 2010-cu il tarixində rəsmi qeydiyyatdan keçərək ailə həyatı qurmuşdur. Ailə münasibətlərindən övladlarıxx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Şabran Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(031)-613/2014 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Şabran Rayon Məhkəməsinin 2(031)-339/2021 nömrəli 07 may 2021-ci il tarixli qətnaməsinə əsasən hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh müəyyən edilmiş aliment məbləğini vaxtlı-vaxtında ödəmir, cavabdehin ödənilməmiş aliment borcları qalmışdır. Uşaqlar artıq böyüyüb və hazırda uşağların maddi vəsaitlə həll olunan sosial qayğıları, habelə təhsillərinə çəkilən xərclər artıb, bu səbəbdən müəyyən olunan alimentin məbləği, uşaqlar üçün aylıq nəzərdə tutulan minimum həddən az məbləğdə qət edildiyindən, uşağların sadəcə olaraq gündəlik minimum həddə yeməyinə, geyiminə, habelə kefiyyətli təhsil almalarına kifayət etmir. Başqa sözlə, hazırda aldığı aliment pulu ilə uşaqları yuxarıda qeyd edilən sosial təminatlarla əhatə olunmuş həddində saxlaya bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Şabran Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X4 alimentin indekisasiya edərək minimum əmək haqqı məbləğinin 0.80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şabran Rayon Məhkəməsi qərarı qismən təmin edərək 0.60 misli miqdarda artım qərarı qəbul etmişdir. Təbii ki, qismən olsa da yenə də minumum aliment olan 240 manat müəyyən edilmişdir. Bu qərardadla razı deyil və ləğv olunmalıdır. Belə ki, o, hal-hazırda ailə qurmuş, 2 övladı dünyaya gəlmişdir. Kirayədə yaşayır. Rəsmi olaraq işi yoxdur. Özü fəhlə işləyir və iş olandan olana günəmuzd əmək haqqı olur. Stabil işi olmadığı üçün keçim şəraiti çətindir. Qanunlar hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu bildirir. Ölkədə bir nəfərin yaşayış minimumu 285 manat, uşaqlar üçün isə 246 manat təyin edilmişdir. Nəzərə alsa ki, onun 2 ailəsindən olmaqla 4 uşağı var və o, buna görə 964 manat aliment ödəməlidir. O isə 285 manatla dolanmalıdır. Halbuki, ümumi qazancı 13 manat olmalıdır ki, Azərbaycanda bu əmək haqqı ilə iş tapmaq mümkünsüzdür. Bundan öncə Şabran Rayon Məhkəməsi birgə nikahdan olan uşaqlarının saxlanılması üçün 1 uşağa 150 manat olmaqla 2 uşağa ümumilikdə 300 manat aliment təyin etmişdir. Faktiki olaraq yeni qurduğu ailəsindən birgə nikahdan 2 azyaşlı övladı dünyaya gəlib və o onlarında saxlanılmasına da cavabdehdir. Qeyd edir ki, iddiaçının aliment artımı uşaqların ehtiyaclarının artmasına deyil, qərəzli olaraq onun tez-tez narahat edilməyinə hesablamışdır. İddiaçının qərəzli mövqeyi ondan ibarətdir ki, iddiaçı 2 uşağın ehtiyaclarını tam ödəyir. İddiaçı Şabran rayonun 2 məktəbində Kimya-biologiya müəlliməsi işləyir. 2 məktəb üzrə 1000 manatdan çox əmək haqqı alır. Həmçinin Repetitorluq kursları təşkil edərək 50 dən yuxarı şagird hazırlaşdırır. Bundan əlavə iddiaçının Şabran Parkında qadın geyimləri dükanı mövcuddur. Özü dəyəri 15 min manat olan Mercedes markalı avtomobil idarə edir. Göründüyü kimi araşdırılsa bütün bunların həqiqət olduğu üzə çıxar və görünən odur ki, iddiaçı uşaqlardan istifadə edərək ondan üstünlük qazanmaq istəyir. Qeyd edir ki, xx.xx.2020-ci ildə Süleymanov Ülviyyə adlı xanımla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü qızları Bağırova Nilay və xx.xx.2023-cü il təvəllüdlü Bağırov Rüfad adlı övladları dünyaya gəlmişdir. Hal-hazırda çətinliklə də olsa alimenti ödəməyə çalışır, lakin iddiaçı öz qərəzli əməllərindən əl çəkməyərək qanunun üstünlüklərindən yararlanmağa çalışır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilməlidir. İşdən görünür ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şabran rayon məhkəməsinin 2(031)-339/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Cavabdehin maddi imkanının aşağı olduğunu, rəsmi iş yeri olmadığını, fəhlə olaraq günəmuzd işlədiyini, həmin məbləğində aliment ödəyə bilməyəcəyini əsas gətirərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdehin maddi imkanının aşağı olması onun bir valideyn kimi məsuliyyətdən azad etməsə də, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki alimenti vaxtlıvaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşağın maddi tələbatının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Qeyd olunmalıdır ki, uşağın saxlanılması, onların maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, qərardad dəyişdirilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-339/2021 nömrəli 07 may 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay bir uşağa görə sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləği 0.50 misli həddində indeksasiya aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-339/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay bir uşağa görə sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləği 0.50 misli həddində indeksasiya aparılsın. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-42/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-42/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver