Məhkəmə qərarları › İş №8(105)-43/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-43/2021

15.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-43/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-211/2020 saylı qərardadından Tələbkar verdiyi şikayət üzrə mülki işə baxaraq, MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-211/2020 saylı qərardadı ilə (hakim A.B.Sadıqov) Xaçmaz rayon İcra və probasiya şöbəsinin Borclu məcburi qaydada gətirilməsinə dair təqdimatı təmin edilməmişdir. Tələbkar E.V.Hacıbalayev şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-211/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-211/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-5336/2017 saylı icra sənədinə əsasən Borclu 4771.56 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Borclu dəfələrlə icra şöbəsinə gəlməsi barədə çağırışlar göndərilsə də o, Xaçmaz rayon icra və probasiya şöbəsinə gəlməmişdir. Ona görə də, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Tələbkar verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Borclu 2017-ci il dekabrından ötən 3 il müddətində borclu 30 manat hesabı ilə 3 il ərzində cəmisi 1100 manat ödəniş etmişdir. Bu hesabla qalan məbləği 120 aya, 10 ilə ödəyəcəkdir. Bu isə faktiki olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasız qalmağına gətirib çıxarır. Ona görə də, Xaçmaz rayonu üzrə İcra və probasiya Şöbəsinə məcburi gətirilməsinə dair təqdimatı təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi V.Ş.Hacıbabayev şikayəti müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Borclu və Xaçmaz rayon İcra və probasiya şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Borclu və Xaçmaz rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materallarında olan Xaçmaz Rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-5336/2017 saylı icra sənədinə əsasən Borclu 4771.56 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Xaçmaz rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəmənin icra sənədi üzrə Borclu icra sənədini könüllü icra etməsi və İcra və probasiya şöbəsinə gəlməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan izahatdan məlum olur ki, Borclu borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarından və icra məmurunun izahatından müəyyən olunur ki, borclu 1100 manat ödəniş edib və hazırda təqaüd alır. «İcra haqqında» Qanunun 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qeyd edilən qanunun 8.5-ci bəndində isə göstərilmişdir ki, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Qeyd edilən qanunun 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirləridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinin tələblərinə əsasən həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi gətirilmə haqqında icra məmurunun təqdimatı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən maddənin tərkib hissəsi olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinin bir mərhələsidir. Belə ki, məcburi gətirilmə barədə icra məmurunun qərarının qəbul edilməsi mərhələsinə kimi ilk növbədə icra məmuru icra hərəkətlərinin iştirakçıları üçün qanunla müəyyən edilmiş tədbirlər görməli və göstərilən tədbirlər nəticə vermədiyi hallarda məhz qanunvericiliyin müəyyən etdiyi digər icra haqqında qanunvericiliyin pozulmasına görə məsulliyyəti müəyyən edən səlahiyyətindən istifadə etməlidir. Məhz bu aspektdən yanaşdıqda nəzərə alınmalıdır ki, qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Tələbkar şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Tələbkar verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(067)-211/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar