Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-43/2022 04.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraata başlamaq haqqında qərarının ləğv edilməsi haqqında X2 şikayətinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibatı binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli, 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu X3 tərəfindən verilmiş şikayət Quba Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra Quba Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)- 50/2022 saylı qərardadından X2 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş, X2 Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddət bərpa edilmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib, hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materialları ilə aydın olur ki, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X3 tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsi tərəfindən baxılmadan, Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, MPM-in 269.1-269.3-cü maddələrinin tələblərinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılmadan, hazırkı şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, daha öncə qeyd olunan səbəblərdən şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunduğundan icraata qəbul qərardadı ləğv edilərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 saylı qərardadından X3 tərəfindən verilmiş şikayət üzrə apellyasiya baxışı qeyri-mümkün hesab edilməli, iş qeyd olunan nöqsanların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-43/2022 nömrəli, 28.03.2022-ci il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli 2(105)-520/2020 saylı icra sənədinə əsasən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraata başlamaq haqqında qərarının ləğv edilməsi haqqında X2 şikayətinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 8(027)-50/2022 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(105)-43/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-43/2022
04.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver