Məhkəmə qərarları › İş №8(105)-43/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-43/2023

30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-43/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X5 ibarət tərkibdə Göyçay Rayon İcra və X4 Rayon Məhkəməsinin 2(012)- 435/2021 nömrəli 19 fevral 2021-ci il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsinin rədd edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-9/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X1, "xxxx" MMC-nin iştirakçısı X3 və "xxxx" MMC-nin iştirakçısı Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19 fevral 2021-ci il tarixli icra sənədinin icra üsulu ilə bağlı “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən izah verilməsini məhkəmədən xahiş etmişdir. Göyçay Rayon İcra və Probasiya Şöbəsi ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(012)-435/2021 saylı qətnaməsi ilə iddiaçı Borclu MMC-nin iştirakçısı Tələbkar iddiası təmin edilərək Borclu MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X2 verilməsi, eləcə də iştirkaçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər Borclu MMC-nin, Borclu MMC-nin direktoru (qanuni təmsilçisi) X1, Borclu MMC-nin iştirakçısı X3 və Borclu MMC-nin iştirakçısı Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Qətnamənin icra olunması üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə 30 oktyabr 2022-ci il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında tərəfimdən qərar qəbul edilmiş və Cavabdeh icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Borclu Cavabdeh özünə münasibətdə, yəni Cəmiyyətin təsisçilərindən biri kimi Cəmiyyətin iştirakçılarının növbədənkənar yığıncağını çağırdığı zaman Tələbkar İsalam oğluna da bildiriş göndərmiş və onun iştirakını təmin etmişdir (bildirişlərin və iştirakçıların növbədənkənar protokolunun surəti izaha əlavə olunur). Lakin borclu icra sənədində qeyd olunmuş digər tələbi, yəni Borclu MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X2 verilməsi hissəsində icra etməmişdir. Bununla bağlı borclu Cavabdeh Göyçay rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında icra sənədində göstərilmiş digər tələbi icra etməməsini onunla əsaslandırmışdır ki, “O da Tələbkar İsalam oğlu kimi Borclu iştirkaçılarından (təsisçilərindən) biridir, Cəmiyyətdə eyni paya (33.3%) və hüquqlara sahibdir. Borclu MMCnin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunmamış, adından çıxış etməmiş və Borclu MMC-də hər hansı vəzifəyə sahib olmamışdır. Mülki qanunvericiliyin tələbinə görə Borclu MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayanın dəyəri həddində risk daşıyır. İcra səndindən də göründüyü kimi tələbkar Borclu MMC-yə məxsus indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatları istəyir. Bildirir ki, həmin məlumatlar Cəmiyyətə məxsusdur və bu məlumatlar Cəmiyyətdə olur. Cəmiyyət isə müstəqil hüquqi şəxsdir, Mülki Məcəllənin 52.1 ci maddəsinə görə öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir, həmin məlumatları Cəmiyyət özü tələbkara verməlidir və bu məlumatların tələbkara verilməsinə etiraz etmir. Cəmiyyət həmin məlumatları təsisçi kimi ona da verməmiş və bu məlumatlar onda yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 87.1-ci maddəsində qeyd olunur ki, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 91-ci maddəsində göstərilir ki, Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək, şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Qeyd olunanlardan göründüyü kimi, təsisçi kimi onun Borclu MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağını çağırmaq və digər təsisçilərə hesabat vermək vəzifəsi yoxdur. Cəmiyyətin icra orqanı Tələbkar İsalam oğlu kimi onu da təsisçilərin növbəti və növbədən kənar yığıncağına çağırmalı və hesabat verməlidir. Bu onun hüququdur və buna bənzər digər hüquqları AR Mülki Məcəlləsinin Məhdud Məsuliyyətli Cəmiyyətlərə aid maddələrində öz əksini tapmışdır. Mülki Məcəllənin 49.6-cı maddəsində göstərilir ki, Bu Məcəllənin 49.4cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir. Mülki Məcəllənin 49.6-cı maddəsinin tələbindən də görünür ki, hüquqi şəxsə məxsus sənədlər hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs tərəfindən verilməlidir.” Qeyd olunanlardan göründüyü kimi, məhkəmə qərarının Magna Trans” MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi hissəsində icra olunmasında çətinlik yaranmışdır. İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-9/2023 nömrəli qərardadı ilə Göyçay Rayon İcra və X4 Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim Elman Məmmədov). Həmin qərardaddan narazı qalan borclu Cavabdeh şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-9/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və Göyçay Rayon İcra və X4 Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı 19 fevral 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-9/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə icra məmurunun ərizə ilə məhkəməyə müraciət etməsinə əsas verən halları tam və hərtərəfli araşdırmamış, formal mülahizələrdən çıxış edərək onun təmin edilməməsi qərarına gəlmişdir. Məhkəmə səhv olaraq hesab etmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmış və iddia tələbinə uyğun qətnamə çıxarmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada qətnaməyə izah verilməsi qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Lakin məhkəmə nəzərə almamışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012) 435/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinə izah verilməməsi onun icrasının Cavabdeh münasibətdə mümkün olmaması ilə nəticələnə bilər. Cavabdeh da Tələbkar İsalam oğlu kimi Borclu iştirkaçılarından (təsisçilərindən) biridir, Cəmiyyətdə eyni paya (33.3%) və hüquqlara sahibdir. Borclu MMC-nin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunmamış, adından çıxış etməmiş və Borclu MMC-də hər hansı vəzifəyə sahib olmamışdır. Mülki qanunvericiliyin tələbinə görə Borclu MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayanın dəyəri həddində risk daşıyır. İcra səndindən də öz əksini tapmış Borclu MMC-yə məxsus indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumatlar Cəmiyyətə məxsusdur və bu məlumatlar Cəmiyyətdə olur. Cəmiyyət isə müstəqil hüquqi şəxsdir və Mülki Məcəllənin 52.1 ci maddəsinə görə öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir, həmin məlumatları Cəmiyyət özü tələbkara verməlidir. Cavabdeh bu məlumatların tələbkara verilməsinə etiraz etmir. Cəmiyyət həmin məlumatları bir təsisçi kimi ona da verməmiş və bu məlumatlar onda yoxdur. Qeyd olunanlardan göründüyü kimi, təsisçi kimi onun Borclu MMC-nin təsisçilərinin növbəti ümumi yığıncağını çağırmaq və digər təsisçilərə hesabat vermək vəzifəsi yoxdur. Cəmiyyətin icra orqanı Tələbkar İsalam oğlu kimi ona da təsisçilərin növbəti və növbədən kənar yığıncağına çağırmalı və hesabat verməlidir. Bu, onun hüququdur və buna bənzər digər hüquqları AR Mülki Məcəlləsinin Məhdud Məsuliyyətli Cəmiyyətlərə aid maddələrində öz əksini tapmışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə qərarının Borclu MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi hissəsində icra olunmasında çətinlik yaranacaqdır. Əgər məhkəmə kifayət qədər səy göstərib Göyçay Rayon İcra və Probasiya Şöbəsinin ərizəsinə və əlavə edilmiş sənədlərlə tanış olsaydı icra məmurunun qətnamənin izah edilməsi barədə ərizəsi təmin edilməməsi ilə bağlı düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnməzdi. Məhkəmə nəzərə almamışdır ki, Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı (Cavabdeh) onun öhdəlikləri üzrə məsuliyyət daşımır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)- 9/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, qətnamənin izаh оlunmаsınа zərurət yоxdur. Əvvəla ona görə ki, “İcra haqqında” Qanunun 14.1-ci maddəsində icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədində tələblər dəqiq və aydın göstərildiyindən həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərara izah verilməsinə hər hansı bir lüzum olmamışdır. İkincisi, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ərizəsinin məzmunu qətnamənin izahı ilə bağlı deyil, qətnamənin həqiqi məzmununun dəyişdirilməsinə nail olmağa cəhd xarakteri daşıyır. Çünki cavabdehə qarşı yönələn tələbi iddiaçı müəyyənləşdirir. İddiaçı da öz tələbini müəyyənləşdirərək məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilərək "xxxx" MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı Tələbkar verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər "xxxx" MMC-nin, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) X1, "xxxx" MMCnin iştirakçısı X3 və "xxxx" MMC-nin iştirakçısı Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Göründüyü kimi sözügedən qətnamə dəqiq, aydın və anlaşılan formada yazılmışdır. Kollegiyanın qənaətinə görə qətnamədə aydın olmayan, izahata ehtiyacı olan hər hansı məqam yoxdur, qətnamənin məzmunu tаm аydındır və оrаdа аnlаşılmаyаn fikir və ifаdələrdən istifadə olunmamışdır. Məhkəmə kollegiyası sonda qeyd etməyi zəruri hesab edir ki, qətnamədə istifadə olunan hüquqi terminlərin hər biri barədə izah verilməsinin istənilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Çünki qətnamə dövlətin adından çıxarılan məhkəmə aktıdır və onun icrası hamı üçün məcburidir. Ərizədə qeyd olunan məsələlər icra məmurunun icra sənədinin icrası ilə əlaqədar icra mərhələsində bilavasitə etdiyi və ya etməli olduğu hərəkətlərə aiddir. İcra sənədində göstərilən tələblər isə dəqiq və aydın olduğundan həmin icra sənədinin icrası ilə əlaqədar icra məmuru qanunvericiliyin tələbini rəhbər tutaraq düzgün qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MPM-in 15.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(012)-435/2021 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 8(012)-9/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar