Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-43/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadından tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddia qismən təmin edilərək, cavabdehlər Borclu1, Borclu2 oğlu və Borclu3 müştərək qaydada cəmi 97490,74 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul "xxxx" QSC-nin xeyrinə tutulmuş, tutmanın ipoteka ilə yüklü edilmiş Borclu2 məxsus olan Quba rayonu, İkinci Nügədi kəndində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Borclu3, X1 və Borclu4 ümumi paylı mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində 0,015 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracdan satılması qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Tələbkar "xxxx" QSC “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi” barədə şikayətlə məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Rahim Həsənov) şikayət təmin edilmiş, Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu1 şikayət verərək, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 8(105)-8/2024 nömrəli qərardadı ilə Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra digər Borclu4 xx.xx.2024-cü il tarixdə Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu4 Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Borclu4 prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində yaşamaqla, onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud deyildir. Buna görə də qeyd olunan halların nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilmiş, Borclu4 Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadından narazı qalan tələbkar "xxxx" QSC şikayət verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)359/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Borclu4 ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə həm Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, həm də Quba Rayon Məhkəməsində uzun müddət məhkəmə çəkişmələri davam etmişdir. Yekunda tələbkar bankın haqlı şikayətləri təmin edilmiş və Quba rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarı ləğv edilmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardad Borclu1 tərəfindən mübahisələndirilmiş və onun şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsi bu işlə bağlı xx.xx.2024-cü il tarixli qərardadında qeyd etmişdir ki, şikayətdə qeyd olunan hallar icra sənədinin dayandırılması üçün əsas hesab edilə bilməz. Çünki bu kimi hallar yeni və qeyri-müəyyən məhkəmə presedentinin yaranmasına səbəb olmaqla yanaşı, həm də kredit verənin mənafeyinə zərər vurmaqla, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirə bilər. Hazırda eyni qərardad digər Borclu4 tərəfindən mübahisələndirilir. Hesab edilir ki, borclular məqsədi yenə də qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını yubatmaq və bank qarşısındakı öhdəliklərinin icrasından yayınmaqdan ibarətdir. Borclu4 şikayətində qeyd etdyi hallara Borclu1 şikayəti üzrə işə baxan məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Bundan başqa iş materiallarından görünür ki Borclu4 işdə vəkil vasitəsi təmsil olunur. Borclu4 və vəkili Vəkil tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verilmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Borclu məhkəmə icraatında vəkillə təmsil olunduğundan, prosessual müddətlərin ötürülməsinin hansı hüquqi nəticələrə səbəb olacağı vəkilə məlumdur. Borclunun müddətin bərpası barədə ərizəsində qeyd etdiyi hallar üzürlü səbəb kimi qəbul oluna bilməz. Belə ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə haldır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Hazırki halda borclu prosessual hüquqlarından suiistifadə edir. Bütün bu qeyd edilənlərə əsasən hesab edirlər ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət borclu və onun vəkili tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Buna görə də qərardad ləğv edilməli və müddət bərpası barədə ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)- 359/2023 saylı qərardadı və həmin qərardadla bağlı 14 mart 2024-cü il tarixli, 8(027)- 359/2023 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(027)359/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Borclu4 ərizəsi təmin edilməməlidir. Belə ki, şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi şikayətçinin məhkəməyə çatımlılıq hüququnun təmin edilməsi baxımından hazırkı mülki iş üzrə apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbini üzürlü hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd edir ki, hazırkı işin hallarına görə şikayətçiyə münasibətdə məhkəməyə əlçatanlılıq prinsipi pozulmamışdır. İş materiallarında olan poçt göndərişinin verilməsinə dair xəbərnaməyə əsasən Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadı Borclu4 tərəfindən xəbərnaməyə imza edilməklə xx.xx.2023-cü il tarixdə alınmış, şikayət isə 31 yanvar 2024-cü il tarixdə verilmişdir ki, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bir aydan çox müddətə ötürülmüşdür. Borclu4 qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməməsini Bakı şəhərində yaşaması və elektron kabinetinin olmaması ilə əlaqələndirsə də bu halların hansı əsasa görə üzürlü hal hesab olunmasına dair hər hansı bir dəlil irəli sürə bilməmişdir. Hərçənd ki, iş materiallarından görünür ki, Borclu4 tərəfindən şikayət nümayəndəsi olan vəkil vasitəsi ilə verilmişdir ki, nümayəndənin də “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olmuşdur. Yəni, borclunun şəxsi elektron kabinetinin olmamasının hər hansı bir əhəmiyyəti olmamışdır. Buna görə də Borclu4 elektron kabinetinin mövcud olmaması ilə bağlı dəlili prosessual müddətin ötürülməsi üçün üzrlü hal hesab olunmamışdır. Borclunun Bakı şəhərində yaşaması faktının isə şikayətin qanunla müəyyən edilmiş müddətdə verilə bilməməsi ilə hansı əlaqəsinin olması isə ümumiyyətlə anlaşılan olmamışdır. Beləliklə, borclu şikayət verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini iddia etsə də nəiniki buna dair məhkəməyə hər hansı bir sübut, hətta müddətin üzrlü sayıla bilməsi ilə bağlı hər hansı bir əsaslı dəlil də irəli sürə bilməmişdir. Birinci instansiya məhkəməsi isə yalnız məhkəməyə əlçatanlılıq prinsipinə istinad etməklə, əsassız olaraq buraxılmış prosessual müddəti bərpa etmişdir. Buna görə də şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 14 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ləğv edilməli, prosessual müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 130, 133, 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 14 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilsin. Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-43/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-43/2024
22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver