Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-45/2021 05.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar və onun vəkili X3, İcra sənədi üzrə Borclu və onun vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, iştirakı ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə dair verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizəsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə onun istifadəsinə verilmiş 0.0080 ha torpaq sahəsində cavabdehlər “xxxx” MTK və X1 tərəfindən yerləşdirilmiş dəmir qarajın cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. (hakim C.İ.Səfiyeva) Qətnamədən iddiaçı Tələbkar apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-472/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Tələbkar iddia tələbi Borclu münasibətdə təmin edilmiş, Tələbkar istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0080 ha torpaq sahəsində cavabdeh Borclu tərəfindən qoyulmuş dəmir qarajın cavabdehin vəsaiti hesabına götürülməsi, torpaq sahəsinin boşaldılaraq Tələbkar sahibliyinə qaytarılması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh Borclu kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(012)-6629/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında xx xxxxxx 2020-ci il tarixdə verilmiş icra vərəqəsi, icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə iş üzrə icra tədbirlərinə başlanılmışdır. xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 icra sənədinə izah verilməsi barədə ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib göstərmişdir ki, icra sənədinin icrası ilə bağlı borclu şəxs Borclu icra şöbəsinə dəvət olunmuşdur. xx.xx.2020-ci il tarixdə borclu şəxs şöbəyə gəlmiş, ona icra sənədinin icrasının vacibliyi bildirilmiş, hüquqları və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. Borclu izahatında onun tərəfindən hər-hansı bir qarajın qovulmadığını, qərardan narazı olduğunu və bununla bağlı hazırda Sumqayıt İnzibati Məhkəməsində inzibati işə baxıldığını bildirmişdir. Bundan sonra, icra sənədinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə tələbkarın göstərdiyi ərazidə olmuşlar, lakin mübahisə predmeti olan ərazini müəyyənləşdirmək mümkün olmamamışdır (belə ki, ərazinin dəqiq ünvanı və daşınmaz əmlakın reyestr nömrəsi icra sənədində göstərilməyib). Bununla bağlı müvafiq akt tərtib olunmuş, lakin sonradan xx.xx.2020-ci il tarixdə iş üzrə tələbkar şöbəyə gəlmiş, qeyd olunan aktı təkrarən oxumaq adı ilə icra məmurundan götürmüş və cıraraq məhv etmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə akt tərtib olunaraq icra işinə əlavə olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası zamanı yaranmış zərurətlə əlaqədar icra məmurunun mütəxəssisin dəvət olunması barədə xx.xx.2020-ci il tarixli qərarı əsasında icra sənədi üzrə mübahisə predimeti olan ərazinin (ünvanın) dəqiq koordinatlarını müəyyən etmək üçün DƏDRX-nin 4 saylı X5 və Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının "‘Vətəndaş Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində bir mərtəbəli qeyriyaşayış obyektinin tikintisinə icazə verilməsi barədə” 255 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən tikintisinə icazə verilən bir mərtəbəli (79,50 kv.metr) qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin dəqiq invanı və koordinatları barəsində məlumatın və bununla bağlı müvafiq sənədin təqdim olunması ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Eyni zamanda, mübahisə predmeti olan ərazinin dəqiq koordinatlarını müəyyən etmək üçün Abşeron rayon Mehdiabad Bələdiyyəsinə müraciət olunmuşdur. Lakin Abşeron Rayon İcra Hakimiyyətindən, DƏDRX-nin 4 saylı ərazi idarəsindən və Abşeron rayon Mehdibad Bələdiyyəsindən verilmiş cavab məktublarına əsasən mübahisə predmeti olan ərazinin koordinatlarının müəyyənləşdirmək mümkün olmamışdır. Bu da icra sənədinin icrasında çətinliklərin yaranmasına səbəb olur. Ona görə də həmin icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2080/2019 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə mübahisə predimeti olan ərazinin dəqiq ünvanının və koordinatlarının qeyd olunması və icra sənədinə müvafiq izahın verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 ərizəsini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında icra sənədi üzrə Tələbkar və onun vəkili X7 ərizənin əsassız olduğunu, bunun qətnamənin icra edilməsinin süni şəkildə uzadılması məqsədilə edildiyini bildirdilər və ərizənin rədd olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında icra sənədi üzrə Borclu və onun vəkili İsmayılov Ceyhun Zöhrab oğlu bildirdilər ki, əslində mübahisəli ərazidə hər hansı qaraj mövcud deyildir. Buna görə də qərarın icra edilməsindən artıq söhbət gedə bilməz və ərizə rədd olunmalıdır. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə tərəflər arasındakı mübahisə ilə əlaqədar 2(105)-2080/2019 saylı mülki işi tələb etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və icra sənədinə izah barədə ərizəni, habelə 2(105)-2080/2019 saylı mülki iş materiallarının nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasəni işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun ərizəsi qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, ərizədən görünür ki, icra məmuru icra sənədinə izah verilməsini xahiş etmiş, bunun üçün “İcra haqqında” Qanunun 14-cü maddəsinə istinad etmişdir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Bu normanın tələbinə görə, icra məmuru əgər icra sənədi ona aydın deyilsə, icra sənədinə deyil, onun verilməsinə əsas olmuş qətnaməyə izah verilməsini tələb edə bilər. Qanunvericilikdə qətnamə əsasında verilmiş icra sənədinə izah verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hazırkı ərizə ilə əlaqədar aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun ərizəsində mübahisəli ərazinin dəqiq ünvanının və koordinatlarının məhkəmə tərəfindən qeyd edilməməsinə istinad edilməsi və icra sənədinin guya bu əsaslarla icra edilməsinin mümkünsüzlüyü barədə dəlil əsassızdır. 2(105)-2080/2019 saylı işdə olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 255 №-li sərəncamından görünür ki, Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.0080 ha torpaq sahəsində bir mərtəbəli (79,50 m2) qeyriyaşayış obyektinin tikintisinə icazə verilmişdir. Yenə 2(105)-2080/2019 saylı işdə olan Abşeron Rayon İcra Hakimiyyətinin Tikinti obyektinin istismarına icazə barədə 038 nömrəli, xx xxxx 2018-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, tikinti obyektinin sifarişçisi Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.0080 ha torpaq sahəsində, tikinti altı sahə 64,2 m2, ümumi tikinti sahəsi 57,7m2 ibarət qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Yenə də 2(105)-2080/2019 saylı işdə olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən “xxxx” MMC-yə ünvanlamış xx xxxxxx 2016-cı il tarixli məktubdan görünür ki, Mehdiabad qəsəbəsi ərazisində “xxxx” yaşayış kompleksinin yerləşdiyi ərazidə mövcud 79,50 m2 qeyriyaşayış obyektindən məişət xidməti kimi istifadə edilməsinə etiraz olunmur. Mülki iş materiallarının 11-ci vərəqindəki sxemdən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 255 saylı sərəncamı ilə Tələbkar Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.0080 ha torpaq sahəsində bir mərtəbəli (79,50 m2) qeyri-yaşayış obyektinin planı “xxxx” MMC tərəfindən tərtib edilmiş və Abşeron RİH Memarlıq və Tikinti Şöbəsilə razılaşdırılmışdır. Sxemdə ərazinin elektron sistem əsasında dəqiq koordinatları göstərilməsə də, orada göstərilmiş mövcud obyektlərə əsasən mübahisəli qurğunun dəqiq yeri məlumdur. Ən əsası isə, işdən görünür ki, tərəflər arasında mübahisənin predmetini sökülməsi tələb edilən, cavabdeh tərəfindən özbaşına qoyulmuş qurğu (qaraj) təşkil edir. Bununla bağlı tərəflər arasında uzun müddət mübahisə getmişdir. Başqa sözlə, sökülməsi tələb edilən qurğu (qarj), onun dəqiq yeri bəlli olduğu kimi, həmin qurğunun sökülməsi vəzifəsi üzərinə qoyulmuş şəxs-icra sənədi üzrə borclu da bəllidir. İşin faktiki hallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. Halbuki, 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Hazırda isə icra məmurunun mübahisəli ərazinin dəqiq koordinatlarını tələb etməsi və bu əsasla icra sənədinə izah istəməsi məhkəmə kollegiyasının qənaətinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin operativ və qanunla müəyyən edilmiş qaydada icra edilməsinin yubadılmasına yönəlmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq məhkəmə qətnaməsi aydın, birmənalı çıxarılmışdır və qətnamənin nəticə hissəsində izaha ehtiyac olan hər hansı bir ifadə işlədilməmişdir. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət yoxdur. Şərh olunanlara əsasən və MPM-nin 230, 263-269, 365 və 398-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-45/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-45/2021
05.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver