Məhkəmə qərarları › İş №8(105)-45/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-45/2022

11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-45/2022 11.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1755/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev tərəfindən verilmiş icra sənədinə izah verilməsi barədə ərizəyə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin iş üzrə 04 mart 2021-ci il tarixli 2(027)-247/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, cavabdeh Borclu mənəvi zərərə görə 200 (iki yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Tələbkar ödənilməsi hissədə qətnamənin ləğv edilməsi, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı borcun qaytarılması və mənəvi təzminatın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İŞİN H A L L A R İ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1755/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1755/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi 26 avqust 2021-ci il tarixdə icraatına daxil olmuş və tərəfindən qətnamə öyrənilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı 25 (iyirmi beş) manat borcun və 10000 (on min) manat mənəvi zərərin ona ödənilməsi tələbinə dair Quba Rayon Məhkəməsində iddia qaldırmışdır. Quba Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin olunması, cavabdeh Borclu mənəvi zərərə görə 200 (iki yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Tələbkar ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Quba Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən qismən ləğv edilmiş, həmin qətnamə əsasında verilmiş icra vərəqəsində cavabdehdən tutularaq iddiaçıya ödənilməli pul vəsaiti barədə dəqiq məlumat göstərilmədiyindən tələb aydın deyildir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1755/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinə izah verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, icra sənədinə izah verilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən qismən ləğv olunduğundan və iddia təmin edilmədiyindən heç bir zəruri icra hərəkətləri həyata keçirməməli və İcra sənədi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən ərizəyə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1755/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1755/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş İcra sənədi geri qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar