Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-45/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə dair Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 8(060)-183/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər X2, X5, X9, X3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4634,35 manat məbləğində kredit borcu, 409,13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053,48 manat kredit borcunun, 003R********** saylı kredit razılaşması üzrə 4669,14 manat məbləğində kredit borcu, 588,78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5267,92 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0,0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid qiymətinin 41000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına 003R********** saylı kredit razılaşması üzrə 4634,35 manat məbləğində kredit borcu, 409,13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053,48 manat kredit borcunun, 003R********** saylı kredit razılaşması üzrə 4669,14 manat məbləğində kredit borcu, 588,78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267,92 manat məbləğində kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X2, X5, X9, X3 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0,0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X12, X11, X10, X4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(105)-205/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 nömrəli qətnaməsi X8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6015/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh X11 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(105)-205/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 377C saylı evə tutmanın yönəldilməsinin 1 (bir) il müddətinə təxirə salınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" QSC ilə onun arasında bağlanmış 003R********** saylı kredit razılaşmanın ləğv edilməsi, cavabdeh kimi ondan, X5, X9, X3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə, 003R********** saylı kredit razılaşması üzrə cəmi 5053,48 manatın, 003R********** saylı kredit razılaşması üzrə cəmi 5267,92 manat borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi 377C ünvanında yerləşən 0,0418 ha torpaq sahəsində yerləşən 138,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(105)-205/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi 377C ünvanında yerləşən fərdi evdə yaşayır. Yuxarıda adı çəkilən məhkəmə aktına əsasən tutma yönəldikdən 1 ay sonra həmin fərdi yaşayış evindən çıxarılmalıdırlar. Bildirir ki, onun yeganə yaşayış yeri Sumqayıt şəhəri, Corat qəsəbəsi 377C ünvanda yerləşən fərdi evdir, qış vaxtında mənzildən (fərdi evdən) ailə üzvləri ilə birlikdə çıxarılmaları, onların küçələrdə yaşamasına səbəb olacaqdır. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 8(060)-183/2023 nömrəli qərardadı ilə ərizəçi X6 Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)- 1342/2021 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 377 C saylı evə tutmanın yönəldilməsinin 1 (bir) il müddətinə təxirə salınması barədə ərizəsi rədd edilmişdir (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan X1 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 8(060)-183/2023 nömrəli qərardadınının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 231.1-ci və “İpoteka haqqında” Qanunun 39.4 və 39.5-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İpoteka haqqında” Qanunun 39.4-cü maddəsinə görə tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 39.5-ci maddəsinə görə bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə qanunun tətbiqində yanlışlığa yol vermiş, tətbiq edilməli hüquq normalarını tətbiq etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 8(060)-183/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 8(060)-183/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilərək cavabdehlər X2, X5, X9, X3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0,0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138,7 kv.m.-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid qiymətinin 41000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X12, X11, X10, X4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(105)-205/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda X1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi 377C ünvanda yerləşən fərdi yaşayış evinin onun yeganə yaşayış yeri olduğunu əsas göstərərək Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-1342/2021 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 377C saylı evə tutmanın yönəldilməsinin 1 (bir) il müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə və apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə kollegyiası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə qətnamənin icrasına möhlət verilməsinə o hallarda yol verilir ki, icranın həyata keçirilməsi hər hansı səbəblərə görə mümkün olmur və məhkəmə müəyyən müddət keçdikdən sonra icraya maneçilik törədən halların aradan qalxacağı və icranın mümkün olacağı qənaətinə gəlir. Məhkəmə belə hesab edir ki, nə ərizəçinin istinad etdiyi hallar, nə də iş materiallarında olan sübutlar belə qənaətə gəlməyə əsas vermir.Belə olan halda, ərizənin təmin edilməsi məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Məhkəmə kollegiyası qeyd edilənləri, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyini, iş üzrə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə ipoteka saxlayanın razılığının olmadığını, əsassız olaraq məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına yönələ biləcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 8(060)-183/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-45/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-45/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver