Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-46/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X13 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, X1 əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin 8(067)-50/2024-003 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) X1 əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. X3 həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə X6 Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 8(067)-50/2024 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Xaçmaz Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(067)-1396/2021 nömrəli qərardadına əsasən X7 məxsus olan “KİA Opirus” markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. X3 ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(067)-1396/2021 nömrəli qərardadına əsasən “KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(067 1396/2021 nömrəli qətnaməsi ilə iddiaçı X4 iddiasının qismən təmin edilməsi, ondan İtaliya istehsalı əyarı 750, çəkisi 12 qr bazar qiyməti 840 manat olan sırğa və üzük komplekti, Rusiya istehsalı əyarı 585, çəkisi 5 qr., bazar qiyməti 325 manat olan brilliant qaşlı nişan üzüyü, Rusiya istehsalı, əyarı 585, çəkisi 3/9 qr, bazar qiyməti 195 manat olan qolbağ, İtaliya istehsalı, əyarı 750, çəkisi 13.5 q bazar qiyməti 1215 manat olan boyunbağı, 5000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Şirinbəyova (Qarayeva) Leyla Məmmədəli qızına verilməsi, iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Həmçinin KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aralarında bölünməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarından tərəfindən apellyasiya, həmçin kassasiya şikayətləri verilmişdir. AR Ali Məhkəməsinin müvafiq qərarı ilə yenidən baxılmaq üçün Sumqayıt apellyasiya məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-852/2023 saylı xx.xx.2023-cü tarixli qərarı iddiaçının bütün, həmçinin maşına dair tələbləri rədd edilmiş, yalnız boyunbağına görə tərəfindən 1200 manat pul vəsaitinin iddiaçıya ödənilməsi qeyd edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə işi gedən dövr ərzində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1396/2021 nömrəli qərardadına əsasən “KİA Opirus” markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçının nəqliyyat vasitəsinə dair tələbləri əsassız olduğu üçün maşının üzərindəki həbsin götürülməsinə zərurət yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu X2 Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və həbsin götürülməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ilə qəti ilə razı deyil. Belə ki, həmin qərardad qanuni və əsaslı deyildir. Xaçmaz Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(067)-1396/2021 nömrəli qətnaməsi ilə iddiaçı X4 iddiasının qismən təmin edilməsi, ondan İtaliya istehsalı əyarı 750, çəkisi 12 qr bazar qiyməti 840 manat olan sırğa və üzük komplekti, Rusiya istehsalı əyarı 585, çəkisi 5 qr., bazar qiyməti 325 manat olan brilliant qaşlı nişan üzüyü, Rusiya istehsalı, əyarı 585, çəkisi 3/9 qr, bazar qiyməti 195 manat olan qolbağ, İtaliya istehsalı, əyarı 750, çəkisi 13.5 q bazar qiyməti 1215 manat olan boyunbağı, 5000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Şirinbəyova (Qarayeva) Leyla Məmmədəli qızına verilməsi, iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Həmçinin KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aralarında bölünməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarından tərəfindən apellyasiya, həmçin kassasiya şikayətləri verilmişdir. AR Ali Məhkəməsinin müvafiq qərarı ilə yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-852/2023 nömrəli xx.xx.2023-cü tarixli qərarı iddiaçının bütün, həmçinin maşına dair tələbləri rədd edilmiş, yalnız boyunbağına görə tərəfindən 1200 manat pul vəsaitinin iddiaçıya ödənilməsi qeyd edilmişdir. Məhkəmə işi gedən dövr ərzində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1396/2021 saylı qərardadına əsasən KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçının nəqliyyat vasitəsinə dair tələbləriəsassız olduğu üçün maşının üzərindəki həbsin götürülməsinə zərurət yaranmışdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(067)-1396/2021 nömrəli qərardadından müəyyən olunur ki, X4 iddianın təmini tədbirinə dair ərizəsi təmin edilmiş, X7 məxsus olan KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(105)-852/2023 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi ondan 5000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilmişdir. İddia tələbi birgə nikah dövründə əldə edilmiş qiyməti 10000 manat dəyərində olan avtomobilin pulunun bərabər bölünməsi hissəsində təmin edilməmiş, qətnamə cavabdehdən tutulan İtaliya istehsalı, əyarı 750, çəkisi 13.5 qr boyunbağının bazar qiymətinin 1215 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, boyunbağının dəyəri 1200 manat müəyyən edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan “KİA Opirus” markalı, ** LA *** dövlət nəqliyyat vasitəsinə dair hissədə iddia tələbi rədd edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və bələliklə də bu hissədə mübahisə başa catmışdır. Bələ olduğu halda “KİA Opirus” markalı, ** LA *** dövlət nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Lakin məhkəmə qanuna zidd qərar qəbul edərək həbsi götürməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq qərardaddan şikayət verməli olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli və onunla bağlı 29 mart 2024-cü il tarixli qərardadları ləğv edilməli, ərizə təmin edilməli, “KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməlidir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini Xaçmaz Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsinə dair heç bir sübut əlavə edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(105)-852/2023 nömrəli qətnaməsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdeh X5 5000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilmiş, iddia tələbi birgə nikah dövründə əldə edilmiş qiyməti 10000 manat dəyərində olan avtomobilin pulunun bərabər bölünməsi hissəsində təmin edilməmiş, qətnamə cavabdehdən tutulan İtaliya istehsalı, əyarı 750, çəkisi 13.5 qr boyunbağının bazar qiymətinin 1215 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, boyunbağının dəyəri 1200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən göründüyü kimi avtomobilin pulunun bərabər bölünməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Bu baxımdan həmin avtomobilin üzərinə qoyulmuş həbsin saxlanılması zərurəti yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli və onunla bağlı 29 mart 2024-cü il tarixli qərardadları ləğv edilməli, ərizə təmin edilməli, “KİA Opirus" markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli və onunla bağlı 29 mart 2024-cü il tarixli qərardadları ləğv edilsin. Ərizə təmin edilsin. “KİA Opirus" markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(105)-46/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-46/2024
07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver