Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-47/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-492/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər 4 saylı notariat ofisinin 8İ-13061 saylı, xx.xx.2020-ci icra sənədi üzrə «İcra qərarının icraatına xitam verilməsi» barədə X2nun ərizəsi təmin edilməməsi qərara alınmışdır. X2 qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından X2nun şikayəti üzrə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, borclu X1 şəhər İcra İdarəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından şikayət vermiş, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qərara almış, X2 bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X2 tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu müzakirə etmədən, şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğu müəyyən edilmədən şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi, şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.5. maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan tərəfin aldığı tarixdən 10 gün müddətində məhkəməyə şikayət verilə bilər. İş materiallarından da görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı X2ndan xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş, X2 isə şikayəti xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi şikayətin borclu tərəfindən müddəti ötürməklə verməsinə əhəmiyyət verməmiş, şikayəti geri qaytarmaq əvəzinə şikayətə baxaraq qərar qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin qərardadın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-nin 267-268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət Azərbaycan Respublikası MPM-nin 267-268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-47/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-47/2021
17.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver