Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-47/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5074/2017 nömrəli, 09.03.2017-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına dair Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 58/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərardadından Tələbkar ASС tərəfindən verilmiş verdiyi şikayətə apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-5074/2017 nömrəli iş üzrə verilmiş 09.03.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi Tələbkar ASC-nin xeyrinə 4014,94 manat borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimat verərək Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-5074/2017 nömrəli iş üzrə verilmiş 09.03.2017-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 158/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı). Tələbkar ASС qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 158/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 158/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, təqdimatın təmin edilməməsi icra sənədinin icra edilməsinə maneəçilik yaradır. Qanuni qüvvəyə minmiş məhkəmə əmri icrasız qalır. Məhkəmə əmri ilə müəyyən edilmiş məbləğin qaytarılmaması tələbkarın hüquqlarını pozur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 158/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-158/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5074/2017 nömrəli, 09.03.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi Tələbkar ASC-nin xeyrinə 4014,94 manat borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Borclu icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etməmiş, məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Borclunun ölkədən getmək ehtimalı olduğundan ölkədən getmə hüquqları məhdudlaşdırılmalıdır. Şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə təqdimatı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013cü il 22 aprel tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını da yoxlamalıdır. Hazırki işdə isə icra məmuru təqdimatla məhkəməyə müraciət edən zaman yuxarıda qeyd olunan təlimata uyğun hərəkət etməmiş, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamamış, eyni zamanda həmin hərəkətləri etməsi barədə hər hansı sübutu təqdim, təqdimatı isə yuxarıda qeyd edilən Təlimata uyğun tərtib etməmişdir. Həmçinin iş materiallarında borclunun icra sənədinin icrasından üzrsüz olaraq yayınmasına dair hər hansı sübut təqdimatı verən şəxs tərəfindən təqdim edilməmişdir. Halbuki «İcra haqqında» Qanunun 84-1-ci maddəsinin tətbiqi üçün borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı mövcud olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-158/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar Tələbkar ASС tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-47/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-47/2022
12.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver