Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-47/2025 02.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X13 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 8(027)-23/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim A.Babayev) ərizənin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1993/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması qərara alınmışdır. X3 qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 8(027)-23/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 1413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan sabit pul məbləği şəklində aliment indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq, Borclu (xx.xx.1979-cu il təvəllüdlü, Quba rayonunda anadan olmuş, FİN: xxxxxxx, Qeydiyyat ünvanı: ünvan 2lkə üzrə müəyyən olunan minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ X3 Quba Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, Quba rayon Məhkəməsinin 8(027)-23/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ərizənin təmin edilməyən hissəsində ləğv edilməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1993/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Plenumun hüquqi mövqeyini hazırki işə düzgün tətbiq etməmişdir. Eyni zamanda məhkəmə apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə əsaslandırma hissəsinə lazımı diqqət yetirməmişdir. Ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1993/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə cavabdehdən (borcludan) tutulan alimentin məbləğini minimum əmək haqqı ilə yox, həmin il üçün uşaqlara görə yaşayış minimumuna uyğun şəkildə hər uşağa 220 manat olmaqla müəyyən etmişdir. Məhkəmənin qərardadından isə belə çıxır ki, hazırki icra sənədini vermiş apellyasiya instansiya məhkəməsi sanki alimentin məbləğini həmin dövr üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli şəklində qeyd etdiyinə görə tələbkar olaraq tələb etdiyi 0,80 misli həddində müəyyən etmək mümkün deyil. Halbuki yuxarıda da qeyd etdiyi kimi vaxtilə alimentin tutulması üçün yaşayış minimumu əsas götürüldüyü halda Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il, 15 nömrəli qərarından sonra minimum əmək haqqının misli şəklində tutulmağa başlanılmışdır. Hesab edir ki, məhkəmə Plenumun mövqeyi əsasında indeksasiya barədə ərizədə qeyd etdiyi kimi, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan sabit pul məbləği şəklində aliment indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq, Borclu (xx.xx.1979-cu il təvəllüdlü, Quba rayonunda anadan olmuş, FİN: xxxxxxx, Qeydiyyat ünvanı: ünvan 3ar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunan minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul etməli, bununla da alimentin tutulması məsələsini Plenumun mövqeyinə uyğunlaşdırmalı idi. Məhkəmə qərardadda ərizənin tam təmin olunmasını qeyd etsə də, faktiki olaraq ərizəni qismən təmin etməklə, cavabdehdən onun xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 yox, 0,64 misli həddində indeksasiya olunmasını müəyyən etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini qeyd etsə də, qərarın nəticə hissəsindən görünür ki, ərizə qismən təmin edilmişdir. Ərizənin qismən təmin edilməsini aliment məbləği 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-1413/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan sabit pul məbləği şəklində aliment indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq, Borclu (xx.xx.1979-cu il təvəllüdlü, Quba rayonunda anadan olmuş, FİN: xxxxxxx, Qeydiyyat ünvanı: ünvan 2lkə üzrə müəyyən olunan minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli və onunla bağlı 06 mart 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-47/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-47/2025
02.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver