Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-48/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X13 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, X1, onun vəkili X2 və Borclu nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli icra sənədi üzrə “İcraata xitam verilməsi haqqında” Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair tələbkar X9 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X9 cavabdeh Borclunə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu MMC-nin xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmrin ləğv edilməsi, Borclu MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat pulun Borclu MMC-dən alınaraq ona ödənilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(060)-5574/2022 saylı qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddiaçı X6 cavabdeh Borclunə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş məhkəmə xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı X9 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5574/2022-nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli qətnaməsi ilə iddiaçı X7 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(060)-5574/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X6 cavabdeh Borclunə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, Borclu xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı X6 cavabdeh Borclundə mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının işə bərpa olunduğu günədək hesablanaraq iddiaçıya ödənilməsi, mediasiyaya ödənilmiş 50 (əlli) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Borclu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2713/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(105)- 307/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli qətnaməsi üzrə xx.xx.2023-cü tarixdə icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələbin borclu tərəfindən tam şəkildə təmin olunması əsası ilə icra sənədinə xitam verilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından narazı qalan tələbkar X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon icra şöbəsi məhkəmə qərarı tam şəkildə icra olunmadığı halda xx.xx.2024-cü il tarixdə əsassız olaraq 2(105)-307/2023 saylı icra sənədinin icraatına xitam verilməsiə dair qərar qəbul etmişdir. Həmin qərarı xx.xx.2024-cü il tarixdə almışdır. Borclu-cavabdeh OBA Market MMC sənəd üzərində onu kassirinkassator vəzifəsinə bərpa etmiş olsa da hələ də faktiki olaraq onu vəzifə öhdəliklərinin icrasına buraxmır və ona məcburi işburaxmaya görə əmək haqqıni tam şəkildə ödəməmişdir. Bu barədə Nizami rayon icra şöbəsinə dəfələrlə yazılı və şifahi şəkildə məlumat vermişdir . Onun vəzifəyə görə aldığı əmək haqqı 1100 manat olduğu halda məcburi iş buraxmaya görə ona ödənilən məbləğ 420 manatdan hesablanılmışdır. Sənəd üzərində işə bərpa edilmiş olsa belə 4 aydır ki, hələ də kart hesabına heç bir əmək haqqı ödənilməmişdir. Vəzifə öhdəliklərinin icrasına buraxılmır. İşin icra vəxiyyətini əks etdirən reallığı məhkəmənin nəzərinə çatdırmaqla bildirir ki, icra məmuru məhkəməyə yalan məlumat vermişdir. Tələbi isə bundan ibarətdir ki, gecikdirilmiş əmək haqqı ona tam şəkildə, yəni 1100 manatdan ödənilməli və vəzifə öhdəliklərinin icrasına buraxılmağı təmin olunmalıdır. Çünki, Borclu MMC onu sənəd üzərində iş bərpa edilmiş kimi göstrəsə də vəzifə öhdəkiklərinin icrasına buraxmır və vəzifə maaşını düzgün qeyd etmir. Yuxarıda göstərilənlərə əsasən Nizami rayon icra şöbəsi xx.xx.2020-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarını ləğv edərək icra işini icra olunması üçün Nizami rayon icra şöbəsinə göndərilməsini xahiş etmişdir. Borclu MMC ərizəyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, borclu "xxxx" MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı, xx.xx.2023-ci il il tarixli icra vərəqəsi tam icra edilmişdir. Bununla bağlı müvafiq sənədlər Nizami rayon İcra şöbəsinə təqdim edilmişdir. İlk növbədə qeyd edilir ki, “İcra haqqında” qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Yəni qanunvericilikdə birbaşa şikayətin verilməsi nəzərdə tutulub. Lakin, X12 qanunvericiliyin müəyyən etdiyi prosessual hüquq normalarının pozaraq va ya düzgün tətbiq etməyərək icraata xitam verilməsi qərarından etiraz etmişdir. İcra işinin mahiyyəti ilə bağlı bildirilir ki, Borclu MMC-nin xx.xx.2023-cü il tarixli, 07/K №-li əmrinə əsasən X9 işə bərpa edilərək müvafiq işə yerinə buraxılmış və işə çıxmışdır (video görüntülər icra işinə əlavə olunmuşdur). Bilavasitə iş yerində kollektivə təqdim edilmiş və İbrahim Məsimova tapşırılmış hərəkət qrafiki üzrə əmək funksiyanı icrası ilə bağlı ərazi təhkim edilmişdir. İşə çıxdıqdan bir neçə gün sonra 4 günlük əmək məzuniyyətinə çıxma barədə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında o, xx.xx.2024-cü il tarixli, 151 №-li əmrlə 4 təqvim günü müddətinə 52.22 manat ödənilməklə əmək məzuniyyətinə buraxılmışdır. 2024-cü ilin yanvar ayında 4 iş günü əmək fəaliyyətinə görə 72.16 manat məbləğində əmək haqqı hesablanmış və İbrahim Məsimova ödənilmişdir. Borclu MMC tərəfindən xx.xx.2024-cü il tarixdə İR1190 saylı məktubla X11 Xidmətinə xx.xx.2022-ci il tarixli, 235 №-li əmək müqaviləsinə xitam əmrinin ƏMAS portalında ləğv edilməsi üçün müraciət edilmiş və həmin əmri ƏMAS portalında ləğv edilmiş və o, həmin portalda işçi kimi görünmüşdür. Bu hal da Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 307/2023 saylı, xx.xx.2023-ci il il tarixli icra vərəqəsinin tam icra edilməsi faktını təsdiq edir. İbrahim Məsimovun işə davamiyyətsizliyi ilə bağlı ona dəfələrlə xəbərdarlıq edilsə də, hal-hazıradək işə çıxmamışdır. Yuxarda qeyd olunanlardan görünür ki, "xxxx" MMC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-307/2023 saylı, xx.xx.2023-ci il il tarixli icra vərəqəsi Borclu MMC tərəfindən tam icra edilmişdir. Nizami Rayon icra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Fəxrəddin Şahhüseynov İcra haqqında qanunvericiliyin müddəalarını rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdə icra işinin icraatına xitam verilməsi haqqında qərar qəbul etmişdir. İcra məmurunu həmin qərarından da görünür ki, icra sənədində qeyd olunan tələb Borclu MMC tərəfindən tam şəkildə icra edilmişdir. İcra məmurun bu qərarın qanunun tələbinə görə həmin qərar icra qurmunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göründüyü kimi icraata xitam verilməsi haqqında qərar ən azı iki vəzifəli şəxs tərəfindən yoxlanılıb və təsdiq edilib. İcraata xitam verilməsi barədə qərar əsassız olsaydı, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmazdı. Yuxarda qeyd olunanları nəzərə alaraq, X1 icraata xitam verilməsi barədə etirazının (şikayətinin) təmin edilməməsi barədə qərar qəbul etməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar X9 şikayəti müdafiə edərək bildirdi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi tam icra edilmir. İcra məmuru hərəkətsizlik edərək icranı yerinə yetirmir. İşə sənəd üzərində bərpa edilsə də faktiki işə buraxılmır. Əmək kitabçasını özü yaxınlaşaraq icra məmuruna yaxınlaşmış xahiş etmişdir ki, borclu əmək kitabçasını təhvil alıb, orada müvafiq qeydlər etsin. xx.xx.2024-cu il tarixdə əmək kitabçası borcluya təqdim edilib. 2024-cü ilin yanvar ayının 16-da Göyşay rayonuna çağırılaraq işə dəvət edilmiş, onun işini hazırda icra edən şəxsin yanına təhkim edərək bildiriblər ki, ərazi ilə tanış ol, işi öyrən, sonra özün sərbəst icra edəcəksən. Həmin gündən işə çıxmışdır. Bir həftə həmin əməkdaşın yanında işə çıxmış, Bakı şəhərinə gəlib şikayətlə müraciət etmək üçün bir həftəlik məzuniyyətə çıxmışdır. Müraciətlərinə cavab verilməyib, işinə bərpa edilməyib. Lakin borclu təşkilat tərəfindən ona müraciətlər ünvanlaraq işə çıxması tələb edilib. Həmin müraciətləri alıb. Məcburi işburaxmaya görə dənilməli əmək haqqı 420 manatdan hesablanıb, həmin məbləği alıb. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsi, icra tədbirlərinin davam etdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında X1 vəkili X4 bildirdi ki, tələbkar sənəd üzərində xx.xx.2023-cü ildə işə bərpa edilsə də faktiki olaraq işə bərpa edilməmiş, vəzifə səlahiyyətlərinin icra etməsi üçün işə buraxılmamışdır. Eyni zamanda işburaxmaya görə ödənişləri də tam ödənilməmişdir. Müqavilə üzrə karta 420 manat köçürülsə də qalan məbləğ paket şəklində ödənilmişdir. Əmək haqqı 1100 manat olmuşdur. Hazırda borclu məcburi işburaxmaya görə əmək haqqını 420 manatdan hesabat aparmışdır. Borclu təşkilat yalnış məlumatlar verib, icra məmuru da həmin məlumatlar əsasında icra sənədi üzrə icraata xitam verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsi, icra tədbirlərinin davam etdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Borclu nümayəndəsi X5 şikayətə etiraz edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə əmrin ləğv edilməsi, işçinin işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. İşçi özü də etiraf edir ki, işə bərpa edilib, 1 həftə işə çıxıb, sonra bir həftəlik məzuniyyət götürüb, ondan sonra işə çıxmayıb. Bundan sonra təşkilat tərəfindən dəfələrlə müraciət edilib ki, işçi işə çıxsın, əmək kitabçasını təqdim etsin. İşçi faktiki olaraq xx.xx.2024-cü il tarixdə vəzifə səlahiyyətlərini icrasına başlayıb, xx.xx.2024-cü il tarixdə məzuniyyətə çıxıb. Tələbkar inkossator vəzifəsində işləyib, qaydalara görə onlar iki nəfər işə çıxmalıdırlar. Lakin tələbkar özü tək işləmək istəyib. 7248 manat 50 qəpik iş buraxmaya görə ödəniş edilib. Əmək müqaviləsində 420 manat əmək haqqı müəyyən edilib, onun 1100 manat alması barədə hər hansı sübut təqdim edilməyib. İşə bərpa ediləndən sonra işlədiyi günlərə görə də əmək haqqı ödənilmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarınndan verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, tələbkarın işə bərpa edilməsinə dair xx.xx.2023-cü il tarixdə əmr imzalanmış, tələbkar kassir-inkasator vəzifəsinə bərpa edilmiş, əmrdə məcburi işburaxmaya görə əmək haqqı ödənişi, 50 manat mediasiya ödənişinin tələbkarın bank hesabına köçürülməli olması qeyd edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 002 nömrəli arayışdan görünür ki, icra sənədi üzrə tələbkara xx.xx.2024-cü il tarixində məcburi işburaxma müddətinə görə 7248,50 manat əmək haqqı ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, tələbkarın hesabına xx.xx.2024-cü il tarixdə 7248,50 manat məbləğində pul köçürülmüşdür. İşə əlavə edilmiş əmək müqaviləsinin surətindən və xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, tələbkar ilə xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin qurtarma tarixi xx.xx.2022-ci il tarixi, işçinin əmək haqqı məbləği 420 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borclu tələbkarın əmək müqaviləsinə verilmiş xx.xx.2022-ci il tarixli, 235 nömrəli xitam əmrinin ləğv edilməsi və şəxsin işə bərpa edilməsi üçün müvafiq xitam əmrinin ƏMAS portalından ən qısa zamanda ləğv edilməsi üçün X11 Xidmətinə məktub göndərmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmasını xahiş etmiş, xx.xx.2024-cü il tarixdə tələbkara 4 təqvim günü müddətinə əmək məzuniyyətinin verilməsi barədə borclu təşkilat tərəfindən əmr imzalanmışdır. İşə əlavə edilmiş Bakı şəhər Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli, HŞ 408 nömrəli məktubdan görünür ki, icra sənədi xx.xx.2023-cü il tarixdə tam icra edilmişdir. Odur ki, icra sənədinə xitam verilməsi xahiş olunur. İşə əlavə edilmiş Bakı şəhər Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, HŞ 0909 nömrəli məktubdan görünür ki, tələbkar işə bərpa edilmiş və ona müvafiq ödənişlər edilmişdir. Odur ki, icra işinə xitam verilməsi xahiş olunur. İşə əlavə edilmiş Bakı şəhər Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, HŞ 716 nömrəli məktubdan görünür ki, tələbkar işə bərpa olunmuş, xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək məzuniyyətə çıxmış, xx.xx.2024-cü il tarixdən işə qayıtmalı olduğu halda heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Əməkdaşla əlaqə saxlanlıaraq işə gəlməsi tələb edilsə də nəticə əldə edilməmişdir. İcra sənədində nəzərdə tutulmuş işə bərpa olunma məsələsinin rəsmiləşdirilməsinin təmin edilməsi xhaiş edilmişdir. İşə əlavə edilmiş Bakı şəhər Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, HŞ 1090 nömrəli məktubdan görünür ki, icra sənədi tam icra edilmiş, tələbkar işə bərpa edilmiş, xx.xx.2023-cü il tarixdə işə dəvət edilmiş, xx.xx.2024-cü il tarixdənxx.xx.2024-cü il tarixədək məzuniyyətə çıxmış, xx.xx.2024-cü il tarixdən işə qayıtmalı olduğu halda heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Əməkdaşla əlaqə saxlanlıaraq işə gəlməsi tələb edilsə də nəticə əldə edilməmişdir. Tələbkar işə bərpa olunduğu ilk günlərdə işə gəlmiş, əmək məzuniyyətinə çıxana kimi öz əmək funksiyasını icra etmişdir, bununla bağlı video görüntülər təqdim edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara istinad edərək qeyd edir ki, icra sənədi icra edilərək tələbkarın işdən azad edilməsinə dair əmr ləğv edilmiş, tələbkar işə bərpa edilmiş, xx.xx.2024-cü il tarixdə vəzifəsini icrasına başlamış, məcburi işburaxmaya görə ödənilməli olan məbləğ də tələbkara ödənilmişdir ki, bununla da icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməkdə icra məmuru haqlı olmuşdur. Məhkəmə kollegiyası tələbkarın 1100 manat əmək haqqı alması və borclu tərəfindən işə buraxılmaması ilə bağlı şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, tələbkar aylıq 1100 manat əmək haqqı almasını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda tələbkarın 420 manat əmək haqqı alması işə əlavə edilmiş əmək müqaviləsi və əmək müqaviləsi bildirişi ilə təkzib edilmişdir. Həmin məbləğ nəzərə alınmaqla məcburi işburaxmaya görə hesablanmış 7248,50 manat məbləğində pul tələbkara ödənilmişdir. Bundan başqa tələbkar işə buraxılmamasını bildirsə də məhkəmə kollegiyasının iclasında tələbkar xx.xx.2024-cü il tarixdə vəzifəsinin icrası üçün bir həftə işə çıxdığını, bundan sonra xx.xx.2024-cü il tarixdə məzuniyyətə çıxmasını bildirməklə qeyd edilən halı təkzib etmişdir. Qeyd olunan hal işdə olan tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsi ilə də təsdiq olunmuşdur. Tələbkar əmək məzuniyyəti bitdikdən sonra borclu tərəfindən vəzifəsinin icrasına buraxılmadığını iddia etsə də borclu tərəf tələbkarın bu iddiasını qəbul etməyərək, əksinə tərəflərindən tələbkara işə çıxması ilə bağlı dəfələrlə rəsmi qaydada müraciət edildiyini, lakin tələbkarın heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyini bildirmişdir ki, işin qeyd edilən halı hazırkı mübahisənin predmetinə aid olmamaqla, işçi ilə işəgötürən arasında yaranmış yeni əmək mübahisəsi olmuşdur. Belə ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi tələbkar icra sənədi üzrə işə bərpa olunaraq, müəyyən müddət öz vəzifələrini icra etmiş, daha sonra isə ərizə ilə işəgötürənə müraciət edərək qısa müddətli əmək məzuniyyətinə çıxmışdır ki, bununla da icra səndi üzrə tələbkar işinə bərpa olunmuş sayılmışdır. Borclunun əmək məzuniyyətindən sonrakı dövr üzrə işəgötürənlə yaranmış mübahisəsi isə icra sənədinin icra olunmaması anlamına gəlməməklə, yeni yaranmış mübahisə üzrə tələkar olan işçinin ümumi qaydada məhkəmə müdafiəsi hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli icra sənədinin tam icra edilməsi iş materialları və tərəflərin izahatı ilə də təsdiqini tapmışdır. Buna görə də tələbkarın şikayət ərizəsi təmin olunmamalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 şikayət ərizəsi təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-307/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-48/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-48/2024
08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver