Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-49/2021 05.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(012)-501/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) təqdimatın təmin edilməsi, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-223/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Bakı Şəhəri Nizami rayon məhkəməsinin 2(007)-223/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X2 və X1 müştərək qaydada 12213,18 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İcra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə icra sənədinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-223/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X2 və X1 müştərək qaydada 12213,18 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumunun tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan VAZ 21074 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Həbs qoyulan avtomobil onun mülkiyyətində deyil, 2011-ci ildə başqa şəxsə 25 illik ümumi etibarnamə verilmiş, o da digər şəxsə satmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Borclu şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və borclunun izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini icra məmuru tərəfindən tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilməsi, lakin borclunun borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə onun əmlak vəziyyəti araşdırılması, Borclu mülkiyyətində VAZ 21074 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar olunması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (Mülki Prosessual Məcəllənin 158.1.1. maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Apellyasiya baxışı zamanı təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qeyd olunan nəqliyyat vasitəsinin sahibi kimi Şəmkir rayon Düyərli kəndində qeydiyyatda olan X6 göstərilmişdir. Lakin ərizəni təmin edən birinci instansiya məhkəməsi mübahisə predmetinin cavabdehin mülkiyyətində olub-olmamasını ətraflı araşdırmamış, avtomobilin kimə məxsus olmasını dəqiqləşdirməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Borclu şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları ləğv edilməli, icra məmuru tərəfindən verilmiş iddianın təmin tədbirinə dair təqdimata qeyd olunan hallara diqqət yetirilməklə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbirinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №8(105)-49/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-49/2021
05.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver