Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-49/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5 saylı 26 yanvar 2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-173/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5 saylı, 26 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar tərəfindən verilmiş mülki iddia tam təmin olunmuşdur. Cinayət əməli nəticəsində 16500 ABŞ dolları, yəni 28050 manat məbləğində pul təqsirləndirilən şəxs və mülki iddia üzrə Borclu alınaraq zərərçəkmiş və mülki iddia üzrə Tələbkar ödənilməlidir. İcra sənədi 18 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borclu şəxsə təqdim edilmişdir. Borclu şəxs Borclu borcdan heç bir ödəniş etməmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5 saylı, 26 yanvar 2022-ci il tarixli icra sənədi üzrə borlcu şəxs Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(060)-173/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5 saylı, 26 yanvar 2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatı təmin edilmişdir. Borclu E.Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli 8(060)-173/2023 saylı qərardadından narazı qalaraq şikayət vermişdir və qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli 8(060)-173/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Tələbkar bildirmişdir ki, guya Borclu borcdan heç bir ödəniş etməmişdir. Lakin borclu bu günə qədər 5000 AZN ödəmiş və bu barədə əlində ödəniş qəbzləri də vardır, həmin qəbzlər məhkəmə iclası zamanı təqdim olunacaqdır. Bundan əlavə bildirir ki, icra vərəqəsinin verilməsinə əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5/2022 saylı hökmü ilə Borclu azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Burdan da görünür ki, borclu nəinki ölkəni, heç Sumqayıt şəhərini belə tərk edə bilməz. Burdan da görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatının heç bir hüquqi əsası yoxdur və formal xarakter daşıyır. Qanunvericiliyə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməsi nəzərdə tutulsa da, Borclu icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Eyni zamanda borclunun ölkədən getmək hüququ barədə təqdimat icra məmuru tərəfindən əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin yarandığı göstərilməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-173/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Borclu bu müddət ərzində tələbkara olan borcunu ödəməkdən qəsdən boyun qaçırmasını müəyyən edərək təqdimatı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə borclunun 5000 manat ödəməsini nəzərə almamış, icra işini tələb edərək işin hallarını tam araşdırmadan təqdimatı təmin etmişdir. İş materiallarından görünür ki. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-5 saylı 26 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Tələbkar tərəfindən verilmiş mülki iddia tam təmin olunmalıdır. Cinayət əməli nəticəsində 16500 ABŞ dolları, yəni 28050 manat məbləğində pul təqsirləndirilən şəxs və mülki iddia üzrə Borclu alınaraq zərərçəkmiş və mülki iddia üzrə Tələbkar ödənilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Bundan başqa Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013cü il 22 aprel tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1-ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını da yoxlamalıdır. Hazırki işdə isə icra məmuru təqdimatla məhkəməyə müraciət edən zaman yuxarıda qeyd olunan təlimata uyğun hərəkət etməmiş, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamamış, eyni zamanda həmin hərəkətləri etməsi barədə hər hansı sübutu təqdim etməmiş, təqdimatı isə yuxarıda qeyd edilən Təlimata uyğun tərtib etməmişdir. Həmçinin iş materiallarında borclunun icra sənədinin icrasından üzrsüz olaraq yayınmasına dair hər hansı sübut təqdimatı verən şəxs tərəfindən təqdim edilməmişdir. Halbuki «İcra haqqında» Qanunun 84-1-ci maddəsinin tətbiqi üçün borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansıya məhkəməsi iş üzrə icra işini tələb edərək icra sənədinin icrası ilə əlaqədar aparılmış hərəkətləri araşdırmalı və bundan sonra qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxılarkən icra işi tələb edilməli, yuxarıda sadalanan hərəkətlərin aparılıb-aparılmaması müəyyən etməli, təqdimata yenidən qiymət verilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-173/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-173/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-49/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-49/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver