Məhkəmə qərarları › İş №8(105)-49/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-49/2025

04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-49/2025 04.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddia qismən təmin edilərək, cavabdehlər Borclu1, Borclu2 oğlu və Borclu3 müştərək qaydada cəmi 97490,74 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul "xxxx" QSC-nin xeyrinə tutulmuş, tutmanın ipoteka ilə yüklü edilmiş Borclu2 məxsus olan Quba rayonu, İkinci Nügədi kəndində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Borclu3, X3 və Borclu4 ümumi paylı mülkiyyətində olan Quba rayonu, İkinci Nügədi kəndində 0,015 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracdan satılması qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Tələbkar "xxxx" QSC “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi” barədə şikayətlə məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Rahim Həsənov) şikayət təmin edilmiş, Quba rayon İcra şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu1 şikayət verərək, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 8(105)-8/2024 nömrəli qərardadı ilə Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra digər Borclu4 xx.xx.2024-cü il tarixdə Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadının ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu4 Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Borclu4 prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində yaşamaqla, onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud deyildir. Buna görə də qeyd olunan halların nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilmiş, Borclu4 Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddətin bərpa edilməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 04 mart 2024-cü il tarixli qərardadından narazı qalan tələbkar "xxxx" QSC şikayət verərək Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(027)359/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Borclu4 ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 14 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 8(105)-43/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Quba Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 14 mart 2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ləğv edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)- 359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Digər borclu X1 Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və "xxxx" QSC-nin icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X1 Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından borclu X2 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsi və Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından borclu X3 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır (hakim Vüqar Seyidov). X2 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından apellyasiya şikayət vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 8(105)-93/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Digər Borclu3 nümayəndəsi və vəkili Vəkil Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi, "xxxx" QSC-nin “icra sənədi üzrə icraatın dayandırılması barədə qərarının ləğv edilməsi” barədə şikayətin təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Borclu3 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Quba Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 8(105)-154/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda Borclu2 Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)- 359/2023 saylı qərardadından şikayət ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 nömrəli qərardadının ləğv edilməsi, "xxxx" QSC-nin “icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə qanunla müəyyən edilmiş prosessual müddət buraxıldığından şikayətin geri qaytarılması qərara alınmışdır. Borclu2 Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verməklə yanaşı, qərardaddan şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Borclu2 prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində yaşamaqla, onun “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud deyildir. Buna görə də qeyd olunan halların nəzərə alınaraq, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-359/2023 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu2 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilməsi, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadından Borclu1 və Borclu4 tərəfindən şikayətlər verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2024-cü il tarixli, 8(105)-8/2024 nömrəli qərardadı ilə Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 8(027)- 359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 8(105)-43/2024 nömrəli qərardadı ilə o cümlədən, Borclu4 şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddətin bərpasından imtina edilmiş, Quba Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 8(027)-359/2023 saylı qərardadından Borclu4 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hazırda iş üzrə digər Borclu2 sözügedən qərardaddan şikayət verilməsi müddətinin bərpa olunmasını xahiş edir. Borclu2 qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməməsini qərardaddan gec xəbər tutması ilə əlaqələndirsə də bu halların hansı əsasa görə üzürlü hal hesab olunmasına dair hər hansı bir dəlil irəli sürə bilməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında onun iştirakıtəmin olunmamışdır. Ona görə də vaxtıdna qərardaddan şikayət verə bilməyib. Hesab edir ki, həmin qərardaddan şikayət vermək hüququ bərpa edilmlidir. Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, 05 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)- 359/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərardadından daha əvvəl Borclu1, Borclu4 və Borclu3 tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq ayrı-ayrılıqda şikayətlər, eləcə də həmin qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizələr verilmiş, həmin şikayətlər və ərizələr məhkəmə qərarları ilə təmin edilməmiş, prosessual müddətin bərpasından imtina edilmişdir. Hazırda iş üzrə digər Borclu2 sözügedən qərardaddan şikayət verilməsi müddətinin bərpa olunmasını xahiş edir. Borclu şikayət verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini iddia etsə də nəiniki buna dair məhkəməyə hər hansı bir sübut, hətta müddətin üzrlü sayıla bilməsi ilə bağlı hər hansı bir əsaslı dəlil də irəli sürə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Beləliklə məhkəmə kolelgiyası hesab edir ki birinci instansiya məhkəməsi haqlı olaraq prosessual müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Bu səbəbdən də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu2 tərəfindən verilmiş şikayət təmin edilməsin Quba Rayon Məhkəməsinin 8(027)-359/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar