Məhkəmə qərarları › İş №8(105)-5/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-5/2021

11.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-5/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-101/2019 saylı xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-nin əmlakı üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Faqil Adıgözəlovun təqdimatına əsasən Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından tələbkarın nümayəndəsi S.F.Dadaşov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.B.Sadıqov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-101/2019 saylı xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-nin əmlakı üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Faqil Adıgözəlovun təqdimatın təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Borclu MMC-nə məxsus “Rance Rover” markalı, **-PD-*** və “Hyundai HD120” markalı, HO-29-763 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrnə dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitələrinə yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(085)-101/2019 saylı xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 783730 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar MMC-nin hesabına ödənilməlidir. Borclu icra sənədini icra etmədiyindən, tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu MMC-yə məxsus olan “Rance Rover” markalı, 10-PD005 və “Hyundai HD120” markalı, HO-29-763 dövlət qeydiyyat nömrə nişanlı avtomobillər qeydə alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalı olduğunu nəzərə alaraq Borclu MMC-yə məxsus olan “Rance Rover” markalı, **-PD-*** və “Hyundai HD120” markalı, HO-29-763 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitələrinə yönəldilməsi xahiş olunmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Tələbkarın nümayəndəsi S.F.Dadaşov şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə təqdimatı təmin etmədikdə, icra məmura tərəfindən avtomobillərin borclunun mülkiyyətində olmasına dair sübutların təqdim edilməməsi, borclunun məhkəmə iclasında bildirdiyi ifadəyə istinad etmişdir. İcra məmura tərəfindən məlumat üçün təqdim olunmuş elektron portaldan çıxarışdan görünür ki, mübahisə olunan nəqliyyat vasitələri vardır. Məhkəmə isə borclu tərəfindən hər-hansı bir sübut təqdim edilmədən və yalnız sözə inanaraq avtomobillərin borclunun mülkiyyətində olmaması qənaətinə gəlmişdir. Məhkəmə işə baxarkən tələbkar kimi onların iştirakını təmin etməmiş, bununla da “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” haqqında Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə tələbkarın və icra məmurunun iştirakını da təmin etsəydi onda əsl həqiqətə və işin düzgün həll olunmasına nail olardı. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(067)-145/2020 saylı qərardadının ləğv edilməsi və əmlaka dair sərəncam vermək hüququnun qadagan olunması və əmlaka yönəldilməsinə dair təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə borclu, tələbkarın nümayəndəsi və İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-2(085)-101/2019 saylı xx xxx 2019-cu il tarixli icra sənədindən müəyyən olunur ki, Borclu MMC-dən 783730 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar MMC-nin hesabına ödənilməlidir. İşdən müəyyən olunur ki, “Rance Rover” markalı, **-PD-*** və “Hyundai HD120” markalı, HO-29-763 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin hazırda Borclu MMC-nin mülkiyyətində olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İş materiallarından görünür ki, borcluya icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinədən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edlməsinə prosesin istənilən mərhələsində yol verilir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Tələbkarın nümayəndəsi X1 şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 8(067)- 145/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar