Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-5/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X5 (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il il tarixli, 8(105)-884/2022 saylı qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il il tarixli, 8(105)-884/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) tələbkar "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5853/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra üzrə sənədi üzrə icraata xitam verilməsi haqqında 18 oktyabr 2018-ci il tarixli qərarından şikayətin təmin edilməsi, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5853/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra üzrə sənədi üzrə icraata xitam verilməsi haqqında 18 oktyabr 2018-ci il tarixli qərarın ləğv edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İcra sənədi üzrə borclu şəxs Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-884/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qərardadından şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-884/2022 saylı xx.xx.2022 tarixli qərardadı ilə borclu şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Borclu Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmır. Belə ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5853/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında 18 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərarından görünür ki, icra məmuru qərarını hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli Y-70 saylı protokoluna əsasən ona məxsus olan “Kia Cerato” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 üçün icra işinin icra olunması ilə əsaslandırmışdır. İcra məmuru düzgün nəticəyə gəlmişdir. Məhkəmə icra haqqında qanunun tələbini pozmuşdur. Məhkəmə qətnaməsi tam olaraq icra olunmuşdur. Belə ki, borclu şəxs tələbkara 20800 manat ödəniş edib. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədər: Cavabdeh1 "xxxx" Azərbaycan ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 19471 nömrəli məktubdan görünür ki, Bank VTBASC-nin Cavabdeh2 qarşı borcun ipoteka predmetinə yönəldilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5853/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2016-cı il tarixdə Cavabdeh1 icraatına daxil olmuş və xx.xx.2018-ci il tarixdə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icrasına xitam verilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, Y-70 saylı protokolundan görünür ki, Cavabdeh2 məxsus olan “Kia Cerato” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 8500 manata qalib alıcı X1. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə "xxxx" Azərbaycan ASC arasında bağlanmış 2113069-1-6670/1 saylı, xx.xx.2015-ci il tarixli “Avtomobil krediti müqaviləsi”nə əsasən Cavabdeh2 "xxxx" Azərbaycan ASC-yə 10650 ABŞ dolları əsas, 1395,23 ABŞ dolları faiz, 43,96 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 12089,19 ABŞ dolları borcu (ödənilməmiş 30 manat dövlət rüsumu) vardır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmədə tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5853/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında 18 oktyabr 2018-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli Y-70 saylı protokoluna əsasən Cavabdeh2 məxsus olan “Kia Cerato” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 nəticəsində icra sənədinin mahiyyəti üzrə icra olunması halı ilə əsaslandırmış, icra sənədi üzrə icraata xitam verilməsinin əsası kimi tələbin tam icra edilməsi halına istinad edilməmişdir. Halbuki qeyd edilən qərarda icra məmuru “İcra haqqında” qanunun 20.1.5-ci maddəsinə (icra sənədinin tam icra edilməsi halına) əsaslanaraq icra sənədi üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, şikayəti vermiş şəxs (borclu şəxs) şikayətin əsası kimi istinad etdiyi hal qismində icra sənədi üzrə tələbin tam icra edildiyini, ödənişin tələbkara ödənildiyini qeyd etsə də, həmin hala dair heç bir dəlili şikayətə əlavə etməmişdir. Həmçinin, məhkəmə borclu şəxsin şikayətin əsası kimi istinad etdiyi digər halla (şikayət vermə müddətinin ötürülməsi) bağlı onu qeyd edir ki, iş materialları əsasında müvafiq icra sənədi üzrə icraata xitam verilməsinə dair icra məmurunun qərarının tələbkar şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil alması müəyyən edilmişdir. Borclu şəxs tərəfindən isə qeyd edilən halın əksini təsdiq edən heç bir sənəd şikayətə əlavə edilməmişdir. Bununla da,hazırki icra işi üzrə borclu şəxsin şikayətin əsası kimi istinad etdiyi qeyd edilən halların müəyyən edilməsi mümkün olmamışdır.Nəticə etibarilə, indiki halda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5853/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi tam şəkildə icra olunması halı müəyyən edilməmişdir. Halbuki, icra haqqında qanunvericiliyin müvafiq normasında icra sənədi üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi məhz icra sənədi üzrə tələbin tam icra edilməsi halı qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5853/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra üzrə sənədi üzrə icraata xitam verilməsi haqqında 18 oktyabr 2018-ci il tarixli qərarın ləğv edilməsi və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuş, borclu şəxsin şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il il tarixli, 8(105)-884/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. X7 (sədrlik edən) Almaz Süleymanova Səyyad Qafari
Məhkəmə qərarları › İş №8(105)-5/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-5/2023
09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver