Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-5/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-482/2024-003 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) təqdimatın qismən təmin edilməsi, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 485/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 815 yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadı ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-482/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Qubadlı Rayon Məhkəməsinin 2(028)-485/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu hər ay 180 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub, xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 180 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 180 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub Tələbkar verilməlidir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimat təqdim edərək, borcluya məxsus əmlakın üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 485/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu hər ay 180 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 180 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 180 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2023-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu ediln zaman Borclu məxsus “Mercedes Benz 815 yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus “Mercedes Benz 815 yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə müvafiq qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın tam ləğv edilməsi,“Mercedes Benz 815 yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aliment təyinindən 11 ay ərzində tələbkar və xx.xx.2016-cı ildə anadan olmuş oğlu X6 ilə birgə yaşamış və tələbkarın bütün maddi ehtiyaclarını ödəmişdir. Həmçinin bildirir ki, mülkiyyətində olan “Mercedes Benz 815 yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qazandığı vəsait hesabına tələbkarı və uşağı saxlayır, alimenti ödəyir. Onun digər bir yerdən qazancı yoxdur. Belə olan halda gələcəkdə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-485/2023 nömrəli qətnaməsinin icrası mümkünsüz olacaqdır. Məhkəmə qərardad qəbul edərkən borclunun maddi vəziyyətini, qətnamənin icrasının gələcəkdə mümkünsüzlüyünü nəzərə almamışdır. Həmçinin məhkəmə obyektiv araşdırma aparmamış, tələbkarın himayəsində yaşamasını nəzərə almamışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(012)-482/2024 nömrəli qərardadının tam ləğv edilməsi,“Mercedes Benz 815 yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin təqdimatın qismən təmin edilməsini borclunun borcunu ödəməməsi, adına əmlakın qeydə alınması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır (İcra haqqında Qanunun 44.1.1., 44.1.2. və 44.1.3. maddələri). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1. maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (İcra haqqında Qanunun 45.1. maddəsi). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-485/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlandıqdan sonra borcluya bildiriş göndərilmiş, icra sənədi üzrə ödəməli olduğu borcu tələbkara ödənilməsini təmin etməmişdir. İcra sənədi üzrə könüllü icra müddətində borclu icranı təmin etmədiyinə görə, icra məmuru məcburi icra tədbirlərini həyata keçirilməsindən ötrü müvafiq sorğu vermiş, borclunun mülkiyyətində Borclu məxsus “Mercedes Benz 815 yük” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. İcra sənədi üzrə icraatın təmin edilməsindən ötrü həmin əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Qətnamənin icrası da ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsini təşkil edir. Qətnamə ilə bərpa edilən hüququn real icrasının təmin edilməsindən ötrü zəruri addımların atılmaması, qətnamə ilə hüquqların real deyil, xəyali bərpasını təmin etmiş olur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin, Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — lakin, məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək hüququnu və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax: Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-İİ, s. 510, § 40). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq borclunun əmlakının üzərinə həbs qoyulması hissəsində təqdimatı təmin etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli və 06 dekabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli və 06 dekabr 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-5/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-5/2025
23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver