Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-50/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Borclu məxsus əmlakların üzərinə həbs qoyularaq, açıq hərracda satılması və tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmişdir (hakim Azər İsmayılov). Qərardaddan narazı qalan Borclu şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilərək, Sumqayıt şəhər üzrə İcra İdarəsinin təqdimatının rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır (hakim Azər İsmayılov). Qərardaddan narazı qalan Borclu şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilərək, Sumqayıt şəhər üzrə İcra İdarəsinin təqdimatının rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Azər İsmayılov). Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının tələblərini nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 56/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı və onun əsasında çıxarılmiş Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına yenidən baxılması üçün iş materialları Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1337/2020 nömrəli, 30.09.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Qızıl kolye-əyarı 750, çəkisi 23 qram, qiyməti-1600 manat, Qızıl komplekt sırğa-üzük (italya)-əyarı 750, çəkisi 14 qram, qiyməti -1000 manat, Brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, Qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti-770 manat dəyərində olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3970 manat pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsi Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1337/2020 nömrəli, 30.09.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus dəyəri 1300 manat olan yataq dəsti: 5 qapılı şfoner, taxt, termo, dəyəri 100 manat olan 2 mərtəbəli çarpayı, dəyəri 130 manat olan kompyuter masası, dəyəri 30 manat olan qatlama stol, dəyəri 40 manat olan kofe- molka, dəyəri 40 manat olan 1 ədəd pərdə, dəyəri 6 manat olan 12 ədəd stəkan, dəyəri 10 manat olan 1 ədəd puxovıy ədyal, dəyəri 150 manat olan yorğan və döşəklər və dəyəri 60 manat olan 1 ədəd çilçırağın üzərinə həbs qoyularaq açıq hərracda satılması və Sumqayıt şəhər Məhkəməsinin 2(060)1337/2020 nömrəli, 30.09.2020-ci il tarixli icra sənədi üzrə tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)1337/2020 nömrəli, 30.09.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Qızıl kolyeəyarı 750, çəkisi 23 qram, qiyməti-1600 manat, Qızıl komplekt sırğa-üzük (italya)-əyarı 750, çəkisi 14 qram, qiyməti -1000 manat, Brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, Qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti- 770 manat dəyərində olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3970 manat pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədi 07.07.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqında qərar” qəbul edilərək icra hərəkətlərinə başlanılımış və könüllü icra haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. Lakin, könüllü icra haqqında bildiriş borcluya sənədin kötüyünə imza etdirilməklə təqdim edilməsinə baxmayaraq göstərilən tələb borclu tərəfindən bu günə kimi yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin “Elektron icra” informasiya sistemindən çıxarış edilmiş, borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar olunmamışdır. Borclu tərəfindən bugünkü tarixədək icra sənədi üzrə borcdan ödəniş həyata keçirilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2365/2021 saylı, 12.03.2021-ci il tarixli icra sənədinə əsasən dəyəri 1300 manat olan yataq dəsti: 5 qapılı şfoner, taxt, termo, dəyəri 100 manat olan 2 mərtəbəli çarpayı, dəyəri 130 manat olan kompyuter masası, dəyəri 30 manat olan qatlama stol, dəyəri 40 manat olan kofe-molka, dəyəri 40 manat olan 1 ədəd pərdə, dəyəri 6 manat olan 12 ədəd stəkan, dəyəri 10 manat olan 1 ədəd puxovıy ədyal, dəyəri 150 manat olan yorğan və döşəklər, dəyəri 60 manat olan 1 ədəd çilçıraq, həmin əşyalar olmadıqda isə onların dəyəri borclular X1 və Tələbkar alınaraq tələbkar Borclu verilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar müvafiq qaydada icraata başlanılmış, bu barədə tələbkar Borclu məlumat verilməsinə baxmayaraq bugünkü tarixədək ona məxsus əmlakları təhvil götürməmişdir. Qeyd olunanlarla əlaqədar icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2365/2021 saylı, 12.03.2021-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakların üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1337/2020 nömrəli, 30.09.2020-ci il tarixli icra sənədi üzrə Borclu məxsus dəyəri 1300 manat olan yataq dəsti: 5 qapılı şfoner, taxt, termo, dəyəri 100 manat olan 2 mərtəbəli çarpayı, dəyəri 130 manat olan kompyuter masası, dəyəri 30 manat olan qatlama stol, dəyəri 40 manat olan kofe- molka, dəyəri 40 manat olan 1 ədəd pərdə, dəyəri 6 manat olan 12 ədəd stəkan, dəyəri 10 manat olan 1 ədəd puxovıy ədyal, dəyəri 150 manat olan yorğan və döşəklər və dəyəri 60 manat olan 1 ədəd çilçırağın üzərinə həbs qoyularaq açıq hərracda satılması və Sumqayıt şəhər Məhkəməsinin 2(060)1337/2020 nömrəli, 30.09.2020-ci il tarixli icra sənədi üzrə tələbin əldə olunan vəsaitə yönəldilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilir. İcra Haqqında AR Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarına əsasən həmin siyahının 13-cü bəndi üzrə fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara: a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri; b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı; c) mebel — hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor; ç) bütün uşaq ləvazimatı. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının tələblərini nəzərə almadan təqdimata düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardad və onun əsasında çıxarılmiş Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-56/2022 saylı, 17 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-50/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-50/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver