Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-50/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin “aliment məbləğinin indeksasiya edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadından Borclu (nümayəndəsi X7) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizə ilə müraciət edərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini və ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Bazar qiymətləri artdığına görə cavabdehin ödədiyi aliment ilə uşağın saxlanılması artıq mümkün deyildir. Cavabdehlə aralarında aliment miqdaarının artırılmasına dair razılaşma yoxdur. Sonradan X3nın nümayəndəsi X12 tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini və ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)- 476/2014 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Borclu hər ay 100 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X9 verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadı ilə ərizəçi (tələbkar) X8 ərizəsi təmin edilmiş və həmin Məhkəmənin xx.xx.2014cü il tarixli 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Borclu X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır (hakim Könül Mirzəfərova). Sonradan Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadında yol verilmiş yanlışlıq aradan qaldırılaraq sonuncu qərardadın təsviriəsaslandırıcı hissəsinin 15-ci və nəticə hissəsinin 1-ci abzaslarında işlədilmiş “ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq” sözlərinin (ifadəsinin) çıxarılması qərara alınmışdır (hakim Könül Mirzəfərova). Beləliklə, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, Borclu X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan Borclu nümayəndəsi X7 tərəfindən şikayət verilərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 saylı qərardadının ləğv edilməsi və X8 tələbinin təmin edilməməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qardaşı Borclu artıq 10 ildən yuxarıdır “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Xəstəliyi artıq ağırlaşmış formadadır. 3 dəfə böyrəyindən əməliyyat olunmuşdur. Xəstəliyi ilə əlaqədar heç bir yerdə işləmir, heç bir gəliri yoxdur. Borclu xəstəliyi ağır formada olduğundan, üstəlik müalicəsi üçün özünün maddi imkanı olmadığından onun müalicə xərclərini Rusiya Federasiyasında yaşayan qardaşı çəkir. Halhazırda Borclu Rusiya Federasiyası, Çuvaşiya Respublikası, Çeboksarı şəhərində xəstəxanada müalicələr almaqdadır. Borclu xəstəliyi kəskinləşmiş formada olduğundan onun dərmanları da baha başa gəlir. Belə ki, Borclu adi 1 dərmanının qiyməti 1200 manata başa gəlir. 1 kurs müalicə müddəti isə 6 ay davam edir. Bir kurs müalicə dövründə o, həkim tərəfindən yazılmış bir neçə dərmanlar qəbul etməkdədir. Borclu artıq 1 ildən yuxarıdır ki, Rusiya Federasiyasında müalicələr almaqdadır ki, bu müddət ərzində Rahim Azərbaycan Respublikasına cəmi bir dəfə, o da atasının yas mərasiminə gələ bilmişdir. Hətta 100 manat aylıq aliment pulunu Borclu anası öz pensiyasından ödəməkdədir. Ona görə də alimentin müəyyən edilmiş məbləğinin indeksləşdirilməsi üçün heç bir əsas mövcud deyildir. Borclu ödədiyi aliment Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 saylı qərardadına əsasən minimum əmək haqqının 0,95 misli həddində indeksləşdirildikdə ondan tutulacaq alimentin məbləği bu il üçün 380 manat təşkil edəcək ki, Borclu həm maddi, həm də sağlamlıq vəziyyəti X3nın tələb etdiyi aliment məbləğini ödəməyə imkan vermir. Borclu adında heç bir malı-mülkü yoxdur ki, heç olmasa onları satıb ərizəçinin tələb etdiyi aliment pulunu verə bilsin. Göründüyü kimi, Borclu özü belə qardaşının himayəsində yaşamaqdadır, aliment pulunu da anası ödəyir. Ərizəçi qeyd edir ki, cavabdehin maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Əgər həqiqətən belədirsə, onda ərizəçi məhkəməyə dediyini təsdiq edən heç olmasa bir dənə sübut təqdim edərdi. Aydın məsələdir ki, ərizəçinin qeyd etdikləri hamısı yalandır. Hakim ərizəçinin qeyd etdiklərini araşdırmadan qərardad qəbul etmişdir. Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Ali Məhkəmənin Plenumunun qərarları isə məhkəmələr üçün məcburi xarakter daşımır, sadəcə tövsiyə xarakterini özündə əks etdirir. Həmçinin Ali Məhkəmənin qərarları heç bir normativ hüquqi akta zidd ola bilməz. Şabran Rayon Məhkəməsində işə baxan hakim isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının alimentin indeksləşdirilməsinə dair hissəsini özü üçün məcburi göstəriş hesab edərək qərardad qəbul etmişdir. Göründüyü kimi, məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin adı çəkilərək bu maddəyə formal şəkildə istinad olunsa da, həmin maddənin tələbləri nəzərə alınmamış, bununla da, maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(031)-10/2025 nömrəli qərardadı ilə borclunun nümayəndəsi X5 şikayəti təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli və Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadı dəyişdirilməlidir. Belə ki, Şabran Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1ci bəndinə müvafiq olaraq, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər... Həmin Qərarın 8.4-2-ci bəndinə görə isə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır… Göründüyü kimi, Şabran Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsinə əsasən aliment 100 manat sabit pul məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarından isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli və indeksasiyanın yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyinin nəzərə alınmalı olduğu qeyd edilmişdir. Bu səbəbdən 2014-cü il üzrə müəyyən edilmiş 100 manat sabit pul məbləğində aliment minimum əmək haqqının 0,95 misli həddində indeksasiya edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq məhkəmə təcrübəsində uşaqların saxlanılmasından ötrü sabit pul məbləğində aliment təyin edilərkən qətnamə qəbul edilən zaman ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minumumu əsas meyar kimi götürülür. Məsələn, qanunvericiliklə uşaqlar üçün ölkə üzrə yaşayış minumumu 2025-ci il üçün 246 manat, 2024-cü il üçün 235 manat, 2023-cü il üçün 220 manat və s. məbləğdə müəyyən olunmuş, məhkəmələr də uşaqların saxlanılmasından ötrü sabit pul məbləğində aliment təyin edərkən iddia tələblərini adətən müvafiq yaşayış minimumuna yaxın miqdarda təmin edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında da qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər... Eyni zamanda, diqqətəlayiq haldır ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqnın 2025-ci ildə 0,61 mislini (246/400), 2024-cü ildə 0,68 mislini (235/345), 2023-cü ildə 0,73 mislini (220/300) və s. təşkil etmişdir. Hazırkı iş üzrə tələbkar X4 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)- 476/2014 nömrəli qətnaməsi ilə 1 uşaq üçün təyin olunmuş 100 manat sabit pul məbləğinin indeksasiyası barədə məhkəməyə müraciət etmişdir ki, həmin (2014-cü) ildə ölkə üzrə uşaqlar üçün yaşayış minumumu 103 manat, minimum əmək haqqı isə 105 manat olmuş, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,98 mislini (103/105) təşkil etmişdir. Sözügedən qətnamə ilə uşağa 100 manat, yəni həmin ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqnın 0,95 misli (100/105) məbləğində aliment təyin edilmişdir. 2014-cü ildə təyin olunmuş 100 manat məbləğdə alimenti hal-hazırda qanunvericilikdə nəzərdə tutulmuş qayda üzrə indeksasiya etdikdə alimentin məbləği 380 manat təşkil edəcəkdir ki, bu da uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun indiki məbləğindən (246 manat) əhəmiyyətli dərəcədə (134 manat) çoxdur. Halbuki, 2014-cü ildə təyin olunmuş alimentin məbləği (100 manat) həmin ildə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (103 manat) aşağı olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, indiyədək 100 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə 380 manata artırılması onun vəziyyətinin həddən artıq ağırlaşmasına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb ola bilər. Xüsusən də nəzərə almaq lazım gəlir ki, tələbkar borclunun gəlirləri (qazancı), onun hazırkı maddi vəziyyəti və ayda 380 manat məbləğində alimenti ödəmək imkanına malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, məhkəməyə təqdim olunmuş tibbi sənədlər borclunun sağlamlığında həqiqətən də problemlər olduğunu və bu halın onun maddi imkanlarını məhdudlaşdırmasının labüdlüyünü təsdiqləyir. Belə vəziyyət, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarının mövcud reallığa uyğun dəyişdirilməsi zərurətini yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin indeksasiya əmsalının həmin alimentin miqdarının onun təyin edildiyi dövrdə müəyyən olunmuş yaşayış minimumu məbləğinə (125 manat) nisbəti kimi (0,80 misli) müəyyən edilməsi daha məqsədəuyğun olar. Əslində tələbkar özü də ilkin olaraq həmin əmsalın tətbiqi üçün müraciət etmiş, lakin onun nümayəndəsi sonradan tələbin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə vermişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Borclu (nümayəndəsi X7) tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadı dəyişdirilməli, ərizəçi (tələbkar) X8 qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizəsi qismən təmin edilməli və Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, Borclu X8 xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə isə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında, habelə birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin hazırkı qəbildən olan qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu (nümayəndəsi X7) tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-10/2025 nömrəli qərardadı dəyişdirilsin. Ərizəçi (tələbkar) X8 qətnamə üzrə tutulan aliment məbləğinin indeksasiyası barədə ərizəsi qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-476/2014 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay tutulan 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, Borclu tələbkar X8 xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində aliment tutulsun. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-50/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-50/2025
07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver