Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-51/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-41/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-41/2021 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov) Borclu Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli e185910/2020 saylı iş üzrə qərarından verilmiş şikayət geri qaytarılmış və borcluya göstərilən nöqsanı aradan qaldırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin tələblərinə müvafiq qaydada Xaçmaz Rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarından aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Borclu şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)- 41/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-41/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciət edərək, ondan 3287.53 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. O, X2 8 il əvvəl zamin dayanmışdır. Xaçmaz Rayon İcra və probasiya şöbəsi onu bankdan kredit alan şəxs kimi qeyd etmişdir. Həmin qərarı əsassız hesab edir. Ona görə də, ondan 3298.53 manat pulun tutularaq “xxxx” ASC-nin hesabına keçirilməsi barədə qərarın ləğv olumasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Borclu verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Borclu ərizəsini təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində icra məmurunun qərarının ləğv edilməsi və iddia icraatına keçilməsinə dair prosessual qayda nəzərdə tutulmamışdır. Bununla yanaşı ərizədə borclu tərəfindən Xaçmaz Rayon İcra və probasiya şöbəsinin mübahisələndirilən qərarının tarixi göstərilməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, borcluya göstərilən nöqsanı aradan qaldırmaqla Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsininin tələblərinə müvafiq qaydada Xaçmaz Rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarından aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməklə, şikayət (ərizə) geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Borclu Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli e185910/2020 saylı iş üzrə qərarından verilmiş şikayət (ərizə) geri qaytarılması və borcluya göstərilən nöqsanı aradan qaldırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin tələblərinə müvafiq qaydada Xaçmaz Rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarından aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Borclu şikayətin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və ərizəsinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400, 402- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Borclu verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(067)-41/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(105)-51/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-51/2021
10.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver