Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-51/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu X2 icra hərəkətinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadından Maraqlı şəxs və Borclu2 tərəfindən verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Abşeron Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Borclu1 MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı X4 verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsinin cavabdehlər Borclu1 MMC-nin, Borclu1 MMC-nin direktoru (qanuni təmsilçi) Borclu2, Borclu1 MMC-nin iştirakçısı X5 və Borclu1 MMC-nin iştirakçısı X3 üzərinə qoyulması qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir.
3. Maraqlı şəxs 02 noyabr 2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-435/2021 tarixli icra sənədinin icrası (Borclu1 MMC və direktoru olmuş Borclu2 münasibətdə) mümkün olmadığı üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
4. X1 vəkili və nümayəndəsi Əzimov X7 rayon İcra şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə qərarın ləğv olunmasını xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadı ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-435/2021 nömrəli icra sənədinin Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır.
6. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Maraqlı şəxs rəisi Nümayəndə2 şikayətinin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadı ilə icra sənədi üzrə Borclu2 Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Məhkəmə Maraqlı şəxs və Borclu2 şikayətlərini təmin etməkdən imtina etdikdə gəldiyi nəticələrin əsası kimi göstəmişdir ki, şikayətlərin dəlilləri əsassız. Ona görə də, şikayətlər təmin edilə bilməz.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
9. Maraqlı şəxs verdiyi şikayət onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə dair verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi ilkin icraat zamanı icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)-435/2021 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Buna əsas kimi Borclu1 MMC-nin direktoru Borclu2 direktor vəzifəsindən azad edilsə də, Borclu1 MMC-nin də borclu qismində olması göstərilmişdir. Qeyd olunan icra sənədi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə yenidən icraya yönəlmiş və xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Borclu1 MMC-yə poçt vasitəsilə göndərilmiş “İcraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası barədə müvafiq bildiriş poçt zərfinin üzərində “fəaliyyəti dayandırılb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə tərəfindən qərardad qəbul edilərkən işin halları, habelə icra işinin real vəziyyəti obyektiv şəkildə araşdırılmamış, yalnız tələbkar Ağasəf İsmayılovun ərizəsində göstərilənlərə əsaslanmışdır. Halbuki, icra işində olan - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Borclu2 Borclu1 MMC-nin direktoru vəzifəsindən azad olunmuş, həmçinin Borclu1 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu2lə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildiriş elektron sistemə daxil edilməsi qərara alınmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna qoşma edilmiş Borclu1 MMC-nin nizamnaməsinin 4.6-cı bəndində qeyd olunur ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. İcraat zamanı borclu kimi göstərilən Borclu2 icra şöbəsinə dəvət olunmuşdur. Borclu2 xx.xx.2023-cü il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək qeyd etmişdir ki, Borclu1 MMC-nin direktoru vəzifəsindən azad olunmuş və buna dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Borclu1 MMC-nin təsisçilərinin, o cümlədən hazırkı icra vərəqəsi üzrə tələbkar Ağasəf İsmayılovun iştirakı ilə keçirilən cəmiyyətin xx.xx.2022-ci il tarixli ümumi yığıncağın qərarı olmuşdur. Hazırda Borclu1 MMC ilə bağlı heç bir hüquqi bağlılığı yoxdur və yaşadığı ünvan ünvan 1on icra” informasiya sistemindən alınmış məlumata əsasən Borclu1 MMC-nin fəaliyyəti dayandırılmış və “Vergi məlumatları” bölümündə rəhbərin adı, soyadı və atasının adı qrafası boşdur. Həmçinin, Dövlət Vergi Xidmətinin rəsmi elektron səhifəsində (www.taxes.gov.az) “Kommersiya qurumlarının dövlət reyestri məlumatları” haqqında bölümüdə “QANUNİ TƏMSİLÇİ” sütunu boşdur. Göründüyü kimi Borclu1 MMC-nin direktoru (qanuni təmsilçi) hazırda məhz Borclu2 olması və həmin vəzifənin icra etməsi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
10. Borclu2 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası adından çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2278/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Borclu1 MMC-nin üzərinə onunla aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, təsisçilər X5, X2 və X3 üzərinə bu barədə bildirişin elektron sistemə daxil edilməsi və Borclu2 işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi öhdəliyi həvalə edilmişdir. Yəni təsisçilərdən biri olan X6 borcludur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Azərbaycan Respublikası adından xx.xx.2021-ci il tarixli, 2(005)-2278/2021 saylı qüvvəyə minmiş qətnaməsini icra etsin. Nədənsə Abşeron Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş qətnaməyə məhəl qoymur, əksinə haqsız tələbkar Ağasəf İsmayılovun yalanları əsasında onun hüquqlarını pozan qərardad qəbul edir. Həqiqətdə təsisçi Ağasəf İsmçayılov qətnamə üzrə borclu olaraq öhdəliyini yerinə yetirməyib qanun pozuntusuna yol vermiş və onun hüquqlarını pozmuşdur. Qeyd olunan qətnamənin icrasının təmin edilməsi məqsədi ilə Borclu1 MMC-nin təsisçilərinin 29 sentyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarı qəbul edilmiş və qərara əsasən, Borclu1 MMC-nin qanuni təmsilçisi Borclu2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu barədə bildirişin elektron sisteminə daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq o, Borclu1 MMC-nin təsisçilərinin 29 sentyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına əsasən qanuni təmsilçi (direktor) vəzifəsindən azad edilmişdir. Məhkəmə Borclu1 MMC-nin 29 sentyabr 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarına məhəl qoymadan haqsız tələbkar Ağasəf İsmayılovun yalanları əsasında onun hüquqlarını pozan qərardad qəbul etmişdir. Nəhayət Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixdə e-2-1(118)-3396/2023 nömrəli qərar qəbul etmişdir. Həmin qərara əsasən Borclu1 MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınaraq iddiaçı Borclu2, yəni onun Borclu1 MMCnin qanuni təmsilçisi (direktoru) kimi adının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Qərarın icrası olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi, onun qanuni təmsilçi (direktoru) kimi adını xx.xx.2023-cü il tarixdə kommersiya qürumlarının yenilənmiş dövlət reyestri məlumatlarından çıxartmışdır. O, artıq Dövlət Vergi Xidmətinin reyestrində də rəsmi olaraq Borclu1 MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən çıxarılmışdır, sənədlə də artıq direktor deyildir. Ona görə də, şikayətinin təmin edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətlərə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
12. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
13. Maddə 23. İcra sənədinin qaytarılması 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
14. Maddə 10. İcra hərəkətlərinin həyata keçirildiyi yer 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.
“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu:
15. Maddə 1. İcra məmurlarının funksiyaları İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.
Maddə 7. İcra məmurlarının vəzifələri
16. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.
17. Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
21. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətlərə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
25. Maraqlı şəxs 02 noyabr 2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-435/2021 tarixli icra sənədinin icrası Borclu1 MMC və direktoru olmuş Borclu2 münasibətdə mümkün olmadığı üçün geri qaytarılmışdır.
26. İcra sənədinin qaytarılma əsası və qərardaddan verilmiş şikayətlərin dəlilləri kimi icra sənədi üzrə Borclu2 Borclu1 MMC-nin direktoru vəzifəsindən azad olunması, həmçinin Borclu1 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron sistemə daxil edilməsi, Borclu1 MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərliyin cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilməli olduğuna, Borclu1 MMC-nin fəaliyyətinin dayandırıldığına istinad edilmişdir.
27. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə işə baxaraq Borclu2 halhazırda Borclu1 MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsini icra etdiyini göstərmişdir. Lakin işdə olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsindən əldə olunmuş məlumatdan görünür ki, VÖEN nömrəsi ********** olan Borclu1 MMC ilə bağlı reyestrdən son dəfə verilmiş çıxarışın tarixi xx.xx.2023-cü il olmuşdur. Məlumatda qanuni təmsilçi qrafasının boş olduğu görünür.
28. Kollegiya qeyd edir ki, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. (Mülki Məcəllənin 44.1-ci maddəsi)
29. İşə baxan birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı tamamilə ləğv edərkən icra sənədinin qaytarılması əsaslarına dair araşdırma aparmamış, o cümlədən qərardaddan verilmiş şikayətlərə baxarkən də şikayətlərin dəlillərini yoxlamamış və qiymət verməmişdir.
30. Halbuki, MPM-in 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
31. Bundan başqa, məhkəmə icra sənədi üzrə borclular Borclu1 MMC-ni və Borclu2 işdə iştirak etməyə cəlb etmədən, onların iştirakı olmadan işə baxmış və maraqlarına toxunan qərardad qəbul etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadı ləğv edilməli, hazırki qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayətlər qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-614/2023 nömrəli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.