Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-52/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1332/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə tələbkar "xxxx" KB ASC tərəfindən verilən ərizənin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" KB ASC ilə cavabdeh Borclu1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı kredit müqaviləsinə xitam verilməsi, Borclu1 "xxxx" KB ASC-nin xeyrinə 25.12.2014-cü il tarixli, 112/14 saylı saylı kredit müqaviləsi üzrə 31604,08 ABŞ dolları əsas borcun, 4047,20 ABŞ dolları faiz borcunun, 6,02 ABŞ dolları cərimə borcunun, cəmi 35657,30 ABŞ dolları borcun manat məzənnəsilə ilə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidməti haqqının əvəzinin tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə yönəldilməsi, Borclu1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, kredit borcunun və dövlət rüsumlarının əvəzinin mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, yaranmış borc ödənildikdən sonra artıq qalan vəsaitin Borclu1 qaytarılması, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və həmin evin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. (hakim Ş.Nəcəfova) Qətnamədən narazı qalan cavabdehlər Borclu1, Borclu2, Borclu3 və Borclu4 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsinin qismən-kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi və oranın boşaldılması hissəsində ləğv edilməsini, bu hissədə mübahisə üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1332/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Borclu1, Borclu2 Siyavuş qızı, Borclu3 və Borclu4 apelyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin hərracda satılmasından sonra qalan vəsaitin ipoteka qoyana qaytarılması və cavabdehlərin bu ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməsi hissələrinə ləğv edilmiş, qalan hissələrdə, yəni iddianın qismən təmin olunması, "xxxx" KB ASC ilə cavabdeh Borclu1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı kredit müqaviləsinə xitam verilməsi, Borclu1 "xxxx" KB ASC-nin xeyrinə 25.12.2014-cü il tarixli, 112/14 saylı saylı kredit müqaviləsi üzrə 31604,08 ABŞ dolları əsas borcun, 4047,20 ABŞ dolları faiz borcunun, 6,02 ABŞ dolları cərimo borcunun, cəmi 35657,30 ABŞ dolları borcun manat məzənnəsilə ilə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidməti haqqının əvəzinin tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə yönəldilməsi, Borclu1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, kredit borcunun və dövlət rüsumlarının əvəzinin mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, mübahisəli yaşayış sahəsinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hazırda icra sənədi üzrə tələbkar "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1332/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qətnaməsinin icrasına hansı mərhələdən başlanılmalı olmasına dair qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası ərizənin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyası ərizənin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı ərizəyə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tələbkar "xxxx" KB ASC tərəfindən verilən ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, bununla da, prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, elektron kabinet vasitəsilə verilməmiş ərizə hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılmaq üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10- 1.3-cü və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1332/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə tələbkar "xxxx" KB ASC tərəfindən verilən ərizə və ona əlavə edilmiş sənədlər tələbkar "xxxx" KB ASC-yə qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-52/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-52/2022
19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver