Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-52/2023 28.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)-58/2023 nömrəli qərardadından Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) ərizəçi-tələbkar "xxxx" MMC-nin şikayətinin təmin edilməsi, Abşeron rayon İcra və Probasiya şöbəsinin Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)- 6595/2018 nömrəli icra sənədi əsasında qəbul olunmuş “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması” barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsi həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadı ilə Abşeron rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)-58/2023 saylı qərardadından Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməsin və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-6595/2018 nömrəli əmrinə əsasən, Borclu abunə haqqı müqaviləsinə əsasən "xxxx" MMC-nin xeyrinə 39.15 manat abunə və xidmət haqqı, dövlət rüsumu olaraq 20 manat olmaqla, cəmi 59.15 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Ərizəçi-tələbkar "xxxx" MMC şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-6595/2018 nömrəli icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən “İcra haqqında” Qanunun 23.1.2-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixdə “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul edilmişdir. İcra şöbəsi tərəfindən qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. İcra məmuru qərarında borclunun əmlakının tapılmamasına istinad edərək icra sənədini məhkəməyə qaytarmışdır. İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman qanunun yuxarıda qeyd edilən maddəsinin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Adına banklarda hesabların olması ilə bağlı icra məmuru tərəfindən həmin banklara sorğuların göndərilməsi və hesablar üzərinə inkasso sərəncamının qoyulması barədə heç bir sənəd qərara əlavə edilməmişdir. Borclunun cari hesabları olan əsas banklara isə ümumiyyətlə, sorğular göndərilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə isə əmlakla bağlı heç bir sorğu göndərilməmişdir. Bütün bu halları araşdırmaq əvəzinə, icra məmuru sadəcə “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etməklə kifayətlənmişdir. Eyni zamanda, icra məmuru qərarın surətini məktubla iddiaçıya göndərmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Abşeron Rayon İcra və Probasiya Şöbəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İlk öncə qeyd olunmalıdır ki, hazırkı iş üzrə tələbkar "xxxx" MMC-nin şikayət ərizəsinə dair etiraz məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir. Lakin əfsuslar olsun ki, həmin məktubda işin halları barədə göstərilmiş xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qərardaddan görünür ki, tələbkar tərəfindən verilmiş şikayət ərizəsində göstərilənlər işin real vəziyyətini əks etdirmir. Digər tərəfdən tələbkarın məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində qeyd olunanlar əsassızdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6595/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 59.15 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi əmr edilmişdir. Sözügedən icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmışdır. İcra icraatı zamanı borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir aşkar edilməmişdir. Borclu şəxs Borclu İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) iştirakçısıdır, tələbi müharibə veteranına verilən sosial ödənişə yönəltmək olmur. Göstərilənlər öz təsdiqini “Elektron icra” informasiya sistemi vasitəsi ilə elektron şəkildə aidiyyəti qurumlardan alınmış məlumatlarda, və xx.xx.2022-ci il tarixli aktda tapır. Belə olan halda, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə qeyd olunan icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, qərar qəbul olunarkən elektron şəkildə alınmış məlumatlara əsasən borclu şəxsin adına nə iş yeri, nə əmlak, nə bank hesabı, nə də ki, əlillik dərəcəsi müəyyən olunmamışdır. Lakin tələbkar ərizəsində qeyd edir ki, guya borclunun əlilliyi var və bu barədə icra məmuru hər hansı sənəd təqdim etməmişdir. Halbuki, icra şöbəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktubla göndərilmiş sənədlərdən, daha dəqiq “Elektron icra” informasiya sistemindən çıxarışdan aydın şəkildə görünür ki, borclu şəxs Borclu İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) iştirakçısıdır və müharibə veteranına verilən sosial ödənişə tələbi yönəltmək mümkün deyildir. “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Normanın mənasından aydın şəkildə görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda tələbin icra edilmədiyi icra sənədi məhkəməyə və digər orqana qaytarılır. Hazırki iş üzrə də qərar qəbul edilərkən borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Digər tərəfdən Abşeron Rayon Məhkəməsinin 8(012)-58/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında icra məmurunun qərarının ləğv olunmasına əsas kimi “İcra haqqında” AR Qanununun 43, 82, 84.2-ci maddələrinin göstərilməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsilə nəticələnmişdir. Göründüyü kimi, 43-cü maddəsinin tələblərinin hazırki iş üzrə tətbiq edilməsinə əsas mövcud deyildir. Başqa sözlə, borlcunun adına əmlak, pensiya, üçüncü şəxslərdə pul vəsaiti və digər əmlak yoxdur, həmçinin icra sənədində əşyaların borcludan götürülərək tələbkara verilməsi nəzərdə tutulmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini tələbkarın mənafeyi nəzərə alınmaqla icra sənədinin icrasının həyata keçirilməsi istiqamətində icra məmuru tərəfindən icra hərəkətlərinin həyata keçirilməməsi öz təsdiqini tapması ilə əsaslandırmışdır. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli və onunla bağlı 03 aprel 2023-cü il tarixli qərardadları ləğv edilməli, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Belə ki, "xxxx" MMC Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından şikayət verərək, qərarın ləğv edilməsi və icra vərəqəsi üzrə icraatının davam etdirilməsi haqqında məhkəmə qərardadının qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi şikayəti təmin edərək, icra məmurunun qərarını ləğv edərək icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qərar qəbul olunarkən elektron şəkildə alınmış məlumatlara əsasən borclu şəxsin adına iş yeri, nə əmlak, nə bank hesabı, əlillik dərəcəsi müəyyən olunmamışdır. “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən, borclu şəxs Borclu İkinci Qarabağ müharibəsi (Vətən müharibəsi) iştirakçısıdır və müharibə veteranına verilən sosial ödənişə tələbi yönəltmək mümkün deyildir. O cümlədən, hazırki iş üzrə qərar qəbul edilərkən borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarına əhəmiyyət verməmiş, zərurət yarandığı halda icra işlərini tələb edib baxış keçirməmiş və tərəflərin bu məsələyə münasibətini ətraflı müzakirə etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi icra məmurunun qərarından verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli və onunla bağlı 03 aprel 2023-cü il tarixli qərardadları ləğv edilməli, qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətə yenidən baxılıb məhkəmə aktının qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli və onunla bağlı 03 aprel 2023-cü il tarixli qərardadları ləğv edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-52/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-52/2023
28.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver