Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-52/2025 07.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Maraqlı şəxs hərəkətlərinin qanunsuz hesab edilməsi barədə icra sənədi üzrə Borclu şikayət ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)- 1/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İcra sənədi üzrə Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə tutulmalı olan alimentə görə 15978 manat aliment borcunun silinməməsi və həmin məbləğin tələb edilməsi ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə 136,60 manat alimentin alınaraq verilməsi qət edilmişdir. Bir neçə gün bundan əvvəl Maraqlı şəxs tərəfindən (icra məmuru Qəribağa Mirhəşimov) ona xx.xx.2024-cü il tarixli “cinayət məsuliyyətinə cəlb olunma haqqında” xəbərdarlıq təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda onun aliment borcunun guya 15978 manat təşkil edildiyi göstərilmişdir. Halbuki, uzun illər ərzində onun tərəfindən Tələbkar çoxsaylı ödənişlər edilmişdir. Xəbərdarlıq məktubunda göstərilmiş borc məbləği həqiqəti əks etdirmədiyindən, 15978 manat məbləğində borc silinməlidir. Ona görə də müvafiq ərizə ilə Maraqlı şəxsnə müraciət edilərək, Tələbkar etdiyi ödənişlərə dair bütün qəbzləri də təqdim etməklə, 15978 manat aliment borcunun silinməsinin təmin edilməsi və müraciətinə 2 gün ərzində cavab verilməsi xahiş edilmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmiş, əsassız olaraq müraciəti təmin edilməmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı ilə (hakim Məlahət Abbasova) şikayət ərizəsi qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkətləri (hərəkətsizliyi) qanunsuz sayılmış, qalan hissədə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, icra işində olan sənədlərdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2223/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlanılmış, bir sıra icra tədbirləri görülmüşdür. Məhkəməyə təqdim edilmiş bir neçə qəbzdən görünür ki, Borclu qət edilmiş aliment məbləğlərini qismən ödəmiş, icra sənədi üzrə tələbkar isə bu ödənişlərin alimentə görə deyil, kirayə haqqının ödənilməsi məqsədilə edildiyini iddia edir. Lakin iş materiallarında bu barədə mötəbər sübutlar mövcud deyildir. İcra məmuru bu ödənişlərin alimentə görə ödənilməsini nəzərə almamış, məhkəmə aktının icra edilməsində hərəkətsizlik etmiş, bunun nəticəsində isə borclunun alimentə görə 15978 manat borcu olduğunu göstərmişdir. İcra icraatı ilə məşğul olan icra məmuru borclu tərəfindən təqdim edilmiş qəbzlərdəki ödənişlərin məhz aliment borcuna görə icra edilməsini araşdırmalı, təyinatı üzrə icra edilmiş ödəmələri dəqiq hesablamalı və hazırda onun nə qədər borcunun olduğunu müəyyən etməli, bununla da qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin operativ və qərəzsiz şəkildə icra edilməsini təşkil etməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadından narazı qalan Borclu şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilmədiyi hissədə gəldiyi nəticəni, eləcə də bütövlükdə qərardadın əsaslandırma hissəsini düzgün əsaslandırmamış, təqdim edilmiş sübutları qəbul etdiyi qərardadda sadalamamış, həmçinin onlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qəbul edilmiş qərardadın məzmunundan verilən şikayətin dəlillərinin əsaslı olduğu aydın olsa da ümumilikdə qərardadın əsaslandırılma və nəticə hissələri işdəki sübutlara və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən lazımi qaydada əsaslandırlmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X1 Ceyhun Səyyar oğluna məxsus olan Abşeron rayonu, Novxanı kəndində olan evdə 2018-ci ildən 2024-cü ilin iyun ayınadək kirayə qaldıqlarını, kirayə haqqı məbləğinin 250 manat olduğunu, lakin bəzən 200, yaxud 225 manat kirayə haqqı ödədiklərini, kirayə haqqı məbləğini Borclu göstərişi əsasında Tələbkar aliment məbləği kimi ödədiklərini, hətta Ceyhunun qardaşı onları həmin evdən çıxarmaq istədikdə, Borclu qardaşına evi kirayəyə verməkdə məqsədinin kirayə haqqı məbləği əsasında Tələbkar ödəməli olduğu alimentin ödənilməsinin təmin edilməsi olduğunu dediyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş Tələbkar 2018-ci ildən 2024-cü ilin iyun ayınadək Emin Əliyev və ailəsi tərəfindən ona hər ay göstərilən məbləğdə kirayə haqqı məbləğinin ödənildiyini təsdiq etsə də həmin məbləğlərin guya Borclu məxsus Abşeron rayonu, Novxanı kəndindəki evə olan hüququndan imtina etməsi müqabilində ona kirayə haqqı məbləği kimi ödənildiyini qeyd etmişdir. Tələbkar verilən “həmin evə məgər sizin hər hansı bir hüququnuz mövcud olmuşdurmu?” sualına cavabında “bu barədə məhkəməyə müraciət etdiyini, həmçinin hüququnun tanınması ilə bağlı məhkəmə qərarının olduğunu” qeyd etsə də bu faktları təsdiq edə biləcək hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Abşeron rayon İcra Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq icra işinin materialları da qeyd etdiyi halı bir daha təsdiq etmişdir. Belə ki, 2024-cü ilin iyun ayınadək Borclu tərəfindən aliment məbləğinin bütünlüklə Tələbkar ödənilməsi, həmçinin həmin tarixədək alimentlə bağlı hər hansı bir borcunun olmaması həm də onunla təsdiq edilir ki, G. Səmədovanın 2024-cü ilin iyun ayınadək ona aliment ödənilməməsi ilə bağlı uzun illər ərzində Abşeron İcra Şöbəsinə hər hansı bir şikayəti və ya müraciəti olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı ləğv edilməli, ərizə yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, borcluya Maraqlı şəxs tərəfindən (icra məmuru Qəribağa Mirhəşimov) xx.xx.2024-cü il tarixli “cinayət məsuliyyətinə cəlb olunma haqqında” xəbərdarlıq təqdim edildikdən sonra Maraqlı şəxsnə müraciət edərək tələbkara etdiyi ödənişlərə dair qəbzləri də təqdim etməklə, 15978 manat aliment borcunun silinməsinin təmin edilməsi və müraciətinə 2 gün ərzində cavab verilməsi xahiş etmiş, lakin icra məmuru verilmiş ərizəyə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bir sıra icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi ilə baxılan işlər üzrə məhkəmə tərəfindən müvafiq qərarın qəbul edilməsi yalnız icra məmurunun hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməsini təsbit etməkdən ibarət deyilir. İcra məmurunun hərəkət və ya hərəkətsizliyinin qanunsuzluğunun təsbiti icra icraatı çərçivəsində yaranmış mübahisəyə dair məhkəmənin mahiyyəti üzrə qərarında öz əksini tapmalıdır. İşin hallarından göründüyü kimi icra məmuru işin mübahisə predmeti olan kirayə üzrə verilmiş pulların məhz aliment borcuna görə ödənilməsini nəzərə almamışdır. Borclu isə icra məmurunun bu hərəkətindən şikayət verərək, onun hərəkətlərinin qanunsuz hesab edilməsi və aliment borcunun silinməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq yazılı sübutlar təqdim edilməklə yanaşı, məhkəmə tərəfindən qeyd edilən halın müəyyən edilməsi üçün şahidin dindirilməsi də həyata keçirilmişdir. Lakin, birinci instansiya məhkəməsi borclu tərəfindən təqdim edilmiş qəbzlərdəki ödənişlərin məhz aliment borcuna görə icra edilib-edilməməsinin araşdırmalı olması məsələsini yenidən icra məmurunun üzərinə vəzifə kimi qoymuşdur. İcra məmurunun isə qeyd edilən məsələ ilə bağlı mövqeyi aydın olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təkrarən işə baxan məhkəmə, zəruri olduğu təqdirdə tərəflərə əlavə sübutlar təqdim edilməsini təklif etməklə yanaşı, tərəflərin izahatına, təqdim edilmiş müvafiq yazılı sübutlara, iş üzrə dindirilmiş şahid ifadəsinə və işin digər hallarına hüquqi qiymət verib, təqdim edilmiş qəbzlərdəki ödənişlərin məhz aliment borcuna görə icra edilib-edilməməsini müəyyən etməklə, aliment borcunun silinməli olub-olmamasını və ya qismən silinməli olmasını müəyyən etməklə tərəflər arasında icra icraatı çərçivəsində yaranmış mübahisəyə dair mahiyyəti üzrə müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Borclu şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 8(012)-1/2025 saylı qərardadı ləğv edilsin. Şikayətə yenidən baxılması üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-52/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-52/2025
07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver