Məhkəmə qərarları › İş №8(105)-53/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-53/2021

16.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-53/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Tələbkar Kamaləddin qızının iştirakı ilə, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, tutmanın pensiyaya yönəldilməsi barədə icra məmurunun qərarının ləğv edilməsinə dair borclu Məmmədbağırova Tamella Qeybulla qızının ərizəsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-3867/2017 saylı qətnaməsilə iddiaçı Tələbkar Kamaləddin qızının cavabdehlər Məmmədbağırova Tamella Qeybulla qızına və X2 qarşı cehiz əmlakının və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X3 və Məmmədbağırova Tamella Qeybulla qızından qiyməti 3192 manat, kütləsi 42 qram olan 750 əyarlı, sep (böyük gül klon ilə); qiyməti 660 manat, kütləsi 12 qram olan 583 əyarlı qaşsız qolbaq; qiyməti 1900 manat, kütləsi 17,6 qram olan 750 əyarlı brilyant dəst (üzük,sırğa (1,6 kr); qiyməti 715 manat, kütləsi 13 qram olan 585 əyarlı ürək şəklində sep klon (uşaq); qiyməti 550 manat, kütləsi 4,8 qram olan 750 əyarlı brilyant qaşlı üzük; qiyməti 550 manat, kütləsi 6,6 qram olan 750 əyarlı 2 cüt sırğa uşaq üçün; qiyməti 860 manat, kütləsi 7,5 qram olan 750 əyarlı nişan üzüyü (brilyant qaşlı); qiyməti 1200 manat, kütləsi 8,5 qram olan 750 əyarlı sırğa (qara brilyant qaşlı); qiyməti 360 manat, kütləsi 4,5 qram olan 750 əyarlı kəpənək formalı üzük; qiyməti 1793 manat, kütləsi 23,6 qram olan 750 əyarlı qaşlı qolbaq enli; qiyməti 2470 manat, kütləsi 32,5 qram olan 750 əyarlı qızıl yarpaq kolye, 2560 manat dəyərində yataq dəsti, şifoner, taxt, kamod, tumbalar, 940 manat dəyərində divan kreslo, 1250 manat dəyərində qorka, 820 manat dəyərində kompüter, 750 manat dəyərində paltaryuyan maşın, 1300 manat dəyərində soyuducu, 380 manat dəyərində stol, stul, 450 manat dəyərində pərdə (3 növ), 80 manat dəyərində karniz, 480 manat dəyərində lüstür, 1450 manat dəyərində xalça (5 ədəd), 280 manat dəyərində yastıqlar (tük, sintifon), 870 manat dəyərində yorğanlar (taxt, tək-tək), 280 manat dəyərində ədyallar hər mövsümə uyğun, 675 manat dəyərində yataq örtüyü (yay, qış), 15 manat dəyərində asılqanlar, 70 manat dəyərində ütü, 360 manat dəyərində 8-12 nəfərlik qonaq yemək dəsti, 30 manat dəyərində çəngəl-qaşıq dəstləri gündəlik, 70 manat dəyərində çəngəl qaşıq çemodanı, 170 manat dəyərində 1 ədəd nabor podnos, 35 manat dəyərində 1 ədəd nabor tək-tək podnoslar, 275 manat dəyərində 12 nəfərlik gündəlik yemək və nahar dəsti, gündəlik və qonaq üçün ayrı süfrələr, 55 manat dəyərində salat və meyvə masaları, 7 manat dəyərində çörək səbəti, 76 manat dəyərində gündəlik qazan dəsti, 320 manat dəyərində tefal qazan dəsti, 180 manat dəyərində şirli qazan dəsti, 17 manat dəyərində süzgəclər (böyük, balaca), 35 manat dəyərində stəkan, 40 manat dəyərində nəlbəki, 128 manat dəyərində kofe dəsti, 190 manat dəyərində qəfədan dəsti, 200 manat dəyərində çayniklər, 45 manat dəyərində çömçə, taxta qaşıq dəsti, 37 manat dəyərində meyvə bıçağı, tort götürənlər, 80 manat dəyərində mikser, 60 manat dəyərində saxlama qabları, 35 manat dəyərində ədviyyat qabları dəsti, 23 manat dəyərində kəsmə taxtası dəst, 4 manat dəyərində rəndə, 280 manat dəyərində elektrik samovarı, 480 manat dəyərində 2 ədəd yaşıl böyük bogema meyvə qabı, 240 manat dəyərində 2 ədəd yaşıl balaca bogema meyvə qabı, 560 manat dəyərində 12 ədəd xrustal konfet qabı, 150 manat dəyərində 1 ədəd qırmızı böyük bogema güldan, 80 manat dəyərində 1 ədəd böyük xrustal güldan, 240 manat dəyərində 1 ədəd böyük qırmızı bogema meyvə qabı, 240 manat dəyərində 2 ədəd balaca qırmızı konfet qabı, 680 manat dəyərində bokallar, 380 manat dəyərində nahar servisi, 60 manat dəyərində ət çəkən maşın, 48 manat dəyərində şirə çəkən maşın, 35 manat çərəz qabları, 60 manat dəyərində külqabılar, 145 manat tozsoran, 120 manat aş qazanları, 75 manat dəyərində 1 ədəd böyük qazan, 45 manat dəyərində banka bağlayan maşın, 970 manat dəyərində fujerlər (5 nabor), 40 manat dəyərində şərbət qabı, 150 manat dəyərində tək yataq dəsti, 250 manat dəyərində cüt yataq dəsti, 35 manat dəyərində böyük ləyən, 24 manat dəyərində balaca ləyən, 28 manat dəyərində hamam vannaları, 60 manat dəyərində şirli vedrə, 20 manat dəyərində dəmir vedrə, 330 manat dəyərində ehramlar, 180 manat dəyərində əl-üz dəsmalları, 70 manat dəyərində çay dəsmallarından ibarət əşyalar, həmin əşyalar olmadıqda isə onların dəyəri alınaraq, iddiaçı Tələbkar Kamaləddin qızına verilsin; cavabdehlər X3 və Məmmədbağırova Tamella Qeybulla qızından 30 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçı Tələbkar Kamaləddin qızına ödənilməsi qət edilmişdir. Qətnamədən iş üzrə cavabdehlər Məmmədbağırova Tamella Qeybulla qızı və X3 apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-3867/2017 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin 820 manat dəyərində kompüter, 750 manat dəyərində paltaryuyan maşın, 1300 manat dəyərində soyuducu, 2 ədəd xalça, 280 manat dəyərində ədyallar, 15 manat dəyərində asılqanlar, 7 manat dəyərində çörək səbəti, 320 manat dəyərində tefal qazan dəsti, 17 manat dəyərində süzgəclər (böyük, balaca), 45 manat dəyərində çömçə, 80 manat dəyərində mikser, 4 manat dəyərində rəndə, 48 manat dəyərində şirə çəkən maşın, 145 manat tozsoran, 45 manat dəyərində banka bağlayan maşın, 40 manat dəyərində şərbət qabı, 24 manat dəyərində balaca ləyən, 28 manat dəyərində hamam vannaları, 60 manat dəyərində şirli vedrə, 20 manat dəyərində dəmir vedrənin təmin edilməsi hissəsində rədd edilməsi, cavabdehlər Məmmədbağırova Tamella Qeybulla qızından və X1 qiyməti 700 manat, 750 əyarlı, sep (böyük gül klon ilə); qiyməti 450 manat, kütləsi 17,6 qram olan 750 əyarlı dəst (üzük,sırğa); qiyməti 715 manat, kütləsi 13 qram olan 585 əyarlı ürək şəklində sep klon (uşaq); qiyməti 2470 manat, kütləsi 32,5 qram olan 750 əyarlı qızıl yarpaq kolye; qiyməti 550 manat, kütləsi 4,8 qram olan 750 əyarlı brilyant qaşlı üzük; qiyməti 40 manat olan uşaq üçün sırğa; qiyməti 350 manat, kütləsi 7,5 qram olan 750 əyarlı nişan üzüyü (brilyant qaşlı); qiyməti 1200 manat, kütləsi 8,5 qram olan 750 əyarlı sırğa (qara brilyant qaşlı); qiyməti 360 manat, kütləsi 4,5 qram olan 750 əyarlı kəpənək formalı üzük; qiyməti 1793 manat, kütləsi 23,6 qram olan 750 əyarlı qaşlı qolbaq (enli) alınaraq iddiaçı Tələbkar Kamaləddin qızına verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Tələbkar Kamaləddin qızı və cavabdeh Məmmədbağırova Tamella Qeybulla qızı kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2(102)-5248/2019 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyindən xx xxxxxx 2019-cu il tarixdə icraya yönəldilmiş, xx xxxxxx 2019-cu il tarixli qərarla icra icraatına başlanılmışdır. İcra vərəqəsi üzrə borclu Məmmədbağırova Tamella Qeybulla qızı xx xxxxxx 2021ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, yəni tutmanın onun aylıq pensiyasının 15 faizinə yönəldilməsi, habelə icra məmurunun tutmanın onun aylıq pensiyasının 50 faizinə yönəldilməsi barədə qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İcra vərəqəsi üzrə borclu Məmmədbağırova Tamella Qeybulla qızı ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)- 861/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra məmuru onun xəbəri olmadan tutmanın aylıq pensiyasının 50 faizinə yönəldilməsi barədə qərar vermişdir. Bu qərar hələ də ona təqdim edilməmişdir. Onun pensiyasının miqdarı 234 manatdır. İcra məmurunun qərarına əsasən onun pensiyasının hər ay yarısının tutulması onu əlverişsiz şəraitə düçar edir, minimal həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Özü tənha qoca qadındır. Yeganə övladı, digər borclu Məmmədbağırov Pərvin ruhi xəstədir. Göstərilənlərə əsasən ərizə təmin olunmalı, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnaməsinin icra üsulu dəyişdirilməli, tutmanın onun aylıq pensiyasının 15 faizinə yönəldilməsi, habelə icra məmurunun tutmanın onun aylıq pensiyasının 50 faizinə yönəldilməsi barədə qərarının ləğv edilməsi barədə qərardad qəbul olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ : Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında borclu Məmmədbağırova Tamella Qeybulla qızı ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar Kamaləddin qızı ərizəyə etiraz edərək bildirdi ki, bu ərizə qanuni qüvvəyə minmiş qətnamənin icrasınn faktiki uzadılmasına xidmət edir və buna görə də təmin edilməməlidir. İcra vərəqəsi üzrə digər borclu X3 və Quba rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Məhkəmə sorğusuna əsasən iddiaçı Tələbkar Kamaləddin qızının cavabdehlər Məmmədbağırova Tamella Qeybulla qızına və X2 qarşı cehiz əmlakının və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş Quba Rayon Məhkəməsindən, bununla bağlı icra icraatının materialları isə Quba rayon İcra və Probasiya Şöbəsindən tələb edilmiş və araşdırılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, habelə tutmanın pensiyaya yönəldilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi barədə icra vərəqəsi üzrə borclu Məmmədbağırova Tamella Qeybulla qızının ərizəsini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, cehiz əmlak və qızıl-zinət əşyaları ilə bağlı məhkəmə mübahisəsi olmuş və Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-3867/2017 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin 820 manat dəyərində kompüter, 750 manat dəyərində paltaryuyan maşın, 1300 manat dəyərində soyuducu, 2 ədəd xalça, 280 manat dəyərində ədyallar, 15 manat dəyərində asılqanlar, 7 manat dəyərində çörək səbəti, 320 manat dəyərində tefal qazan dəsti, 17 manat dəyərində süzgəclər (böyük, balaca), 45 manat dəyərində çömçə, 80 manat dəyərində mikser, 4 manat dəyərində rəndə, 48 manat dəyərində şirə çəkən maşın, 145 manat tozsoran, 45 manat dəyərində banka bağlayan maşın, 40 manat dəyərində şərbət qabı, 24 manat dəyərində balaca ləyən, 28 manat dəyərində hamam vannaları, 60 manat dəyərində şirli vedrə, 20 manat dəyərində dəmir vedrənin təmin edilməsi hissəsində rədd edilməsi, cavabdehlər Məmmədbağırova Tamella Qeybulla qızından və X1 qiyməti 700 manat, 750 əyarlı, sep (böyük gül klon ilə); qiyməti 450 manat, kütləsi 17,6 qram olan 750 əyarlı dəst (üzük,sırğa); qiyməti 715 manat, kütləsi 13 qram olan 585 əyarlı ürək şəklində sep klon (uşaq); qiyməti 2470 manat, kütləsi 32,5 qram olan 750 əyarlı qızıl yarpaq kolye; qiyməti 550 manat, kütləsi 4,8 qram olan 750 əyarlı brilyant qaşlı üzük; qiyməti 40 manat olan uşaq üçün sırğa; qiyməti 350 manat, kütləsi 7,5 qram olan 750 əyarlı nişan üzüyü (brilyant qaşlı); qiyməti 1200 manat, kütləsi 8,5 qram olan 750 əyarlı sırğa (qara brilyant qaşlı); qiyməti 360 manat, kütləsi 4,5 qram olan 750 əyarlı kəpənək formalı üzük; qiyməti 1793 manat, kütləsi 23,6 qram olan 750 əyarlı qaşlı qolbaq (enli) alınaraq iddiaçı Tələbkar Kamaləddin qızına verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda icra vərəqəsi üzrə borclu Məmmədbağırova Tamella Qeybulla qızı xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, yəni tutmanın onun aylıq pensiyasının 15 faizinə yönəldilməsi, habelə icra məmurunun tutmanın onun aylıq pensiyasının 50 faizinə yönəldilməsi barədə qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə AR-in MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. AR MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra edilməsi, habelə icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə qaydasında baxılır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi dedikdə bir icra üsulunun başqası ilə əvəz edilməsi, o cümlədən könüllü icra üsulunun məcburi icra üsulu ilə əvəz olunması, qətnamə qəbul edildikdən sonra yeni aktla dərhal icraya yönəldilməsi və s. nəzərdə tutulur ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ərizəçinin ərizəsində göstərdiyi qaydada qətnamənin icra üsulunun dəyişdirilməsi qanuni qüvvəsini almış məhkəmə aktının olduqca uzun müddətə icra edilməsinə gətirib çıxaracaqdır. Belə ki, qətnamə ilə tutulmalı olan əmlakların bir qismini təşkil edən qızıl-zinət əşyalarının ümumi dəyərinin 8628 manat olması nəzərə alınarsa, borclunun aylıq pensiyasının yarısı ilə (117 manat) bu əmlakların dəyərinin 73 aydan da çox müddət ərzində ödənilməsi məlum olur. Ərizədən isə görünür ki, borclu tutmanın onun pensiyasının 15 faizinə yönəldilməsini xahiş edir ki, bu zaman təkcə qızılzinət əşyaları hissəsində qətnamənin icrasına 246 ay müddət tələb olunur. Başqa sözlə, icra sənədi üzrə borclunun hazırkı ərizəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin faktiki olaraq icra edilməməsinə xidmət edir, bu isə qanunvericiliyə əsasən qadağandır. Belə ki, AR MPM-nin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, habelə tutmanın pensiyaya yönəldilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi barədə icra vərəqəsi üzrə borclu Məmmədbağırova Tamella Qeybulla qızının ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-861/2019 saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, tutmanın pensiyaya yönəldilməsi barədə icra məmurunun qərarının ləğv edilməsinə dair borclu Məmmədbağırova Tamella Qeybulla qızının ərizəsi təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar